NƏHC-ül-BƏLAĞƏ-48-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Şama gedərkən (Nuxeylədə) buyurduğu xütbələrdəndir. (Siffeyn müharibəsi iyirmi beş şəvval 37-ci h.q. ilində baş vermişdir.)

Gecənin düşdüyü və dünyanın zülmətə qərq olduğu hər zaman Allah həmd olunmağa layiqdir. Ulduzların görünüb və gizləndiyi hər vaxt Haqq-taalaya sitayiş etmək rəvadır (həmişə, günün hər bir vaxtında Allah-taalaya həmd və şükür etmək hər bir kəsə vacib və lazımdır). Saysız-hesabsız şükürlər bütün kamal sifətləri özündə cəmləşdirən, nemət və bəxşişləri bitib-tükənməyən (hamıya şamil olan), fəzl və kəramətinin bərabəri olmayan bir məbuda məxsusdur. Sonra öz qoşunumun önündə gedənləri (Ziyad ibn Nəsr və Şüreyh ibn Hanini on iki min süvari ilə) göndərdim və mənim (hərəkət barədə) fərmanım onlara çatana qədər Fəratın sahilində ləngimələrini əmr etdim. Məsləhət bildim ki, bu sudan (Fəratdan) keçərək Dəclənin ətrafında yaşayan (Mədain əhalisi) sizlərdən (müsəlmanlardan) bir dəstənin yanına gedim və onları təchiz edərək sizinlə birgə düşmənlərinizə qarşı döyüşə gətirim, onları sizə köməkçi edim.
(Seyid Rəzi buyurur:) Deyirəm: Həzrət (ə) مِلْطَاط (miltat) dedikdə Fəratın sahilində yerləşən və öz qoşununun öndə olanlarına ora enməyi əmr etdiyi yeri nəzərdə tutur. Bundan başqa, dəniz sahilinə də مِلْطَاط deyirlər. Bu sözün əsl mənası isə «hamar yer» deməkdir. Həzrətin نُطفَة (nutfət) dedikdə məqsədi (az və ya çox miqdarda saf su mənasını daşıyır) Fəratın suyudur. Bu təbirlər (ibarələr) qeyri-adi və heyrətamiz ifadələrdəndir.

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
( عند المسير إلى الشام
 قيل إنه خطب بها و هو بالنخيلة خارجاً من الكوفة الى صفين)

 اَلْحَمْدُ لِلَّهِ كُلَّمَا وَقَبَ لَيْلٌ وَ غَسَقَ، وَ الْحَمْدُ لِلَّهِ كُلَّمَا لاحَ نَجْمٌ وَ خَفَقَ، وَ الْحَمْدُ لِلَّهِ غَيْرَ مَفْقُودِ الْإِنْعَامِ وَ لاَ مُكَافَإِ الْإِفْضَالِ.
 أَمَّا بَعْدُ، فَقَدْ بَعَثْتُ مُقَدِّمَتِي وَ أَمَرْتُهُمْ بِلُزُومِ هذَا الْمِلْطَاطِ، حَتَّى يَأْتِيَهُمْ أَمْرِي، وَقَدْ رَأَيْتُ أَنْ أَقْطَعَ هذِهِ الْنُّطْفَةَ إِلَى شِرْذِمَةٍ مِنْكُمْ، مُوَطِّنِينَ أَكْنَافَ دَجْلَةَ فَأُنْهِضَهُمْ مَعَكُمْ إِلَى عَدُوِّكُمْ، وَ أَجْعَلَهُمْ مِنْ أَمْدَادِ الْقُوَّةِ لَكُمْ.

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

49-CU XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!