NƏHC-ül-BƏLAĞƏ-51-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Siffeyn döyüşündə Müaviyənin qoşunu o böyük şəxsiyyətin səhabələrindən önə keçdiyi və Fərata çıxış yolunu bağladığı, ondan su götürmələrini qadağan etdiyi vaxt) buyurduğu kəlamlarındandır.

Müaviyənin qoşunu (Fəratın mənsəbini tutmaq və sizi ordan su götürməyə qoymamaqla) sizlərlə döyüşmək istəyir. Belə olduqda siz ya zəlillik və rəzilliyi boynunuza alaraq şücaət və şərəfinizi əldən verməli (acizlik və gücsüzlüyünüzü bildirməli, susuzluqdan əlacsız qalaraq, özünüzü düşmənə təslim etməlisiniz), yaxud da sudan doymanız üçün qılınclarınızı (onların) qanı ilə doydurmalısınız. Deməli, əgər məğlub olsanız (əsl) ölüm sizin həyatınızda, (düşmənə) qalib gəlsəniz (həqiqi) həyatınız ölümünüzdə olacaq (şərəfli və başıuca ölüm, rəzillik və zillət içində yaşamaqdan yaxşıdır). Agah olun ki, Müaviyə az sayda azğın və nadanı döyüşə gətirib  və (Osmanın qanının alınmasını bəhanə edəcək) işin həqiqətini (hakimiyyət və rəhbərliyi əldə etmək üçün müharibə apardığını) onlardan gizlətmişdir ki, onlar öz boğazlarını ölümün (oxlarının) hədəfinə çevirsinlər. (Nadanlıqlarına və azğınlıqlarına görə ölümə hazırdırlar.)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
 لما غلب أصحاب معاوية أصحابه عليه السلام على شريعة الفرات بصفين و منعوهم الماء
 قَدِ اسْتَطْعَمُوكُمُ الْقِتَالَ، فَأَقِرُّوا عَلَى مَذَلَّةٍ،وَ تَأْخِيرِ مَحَلَّةٍ؛ أَوْ رَوَّوا السُّيُوفَ مِنَ الدِّمَاءِ تَرْوَوْا مِنَ الْماءِ؛ فَالْمَوْتُ فِي حَيَاتِكُمْ مَقْهُورِينَ، وَ الْحَيَاةُ فِي مَوْتِكُمْ قَاهِرِينَ. أَلاَ وَ إِنَّ مُعَاوِيَةَ قَادَلُمَةً مِنْ الْغُوَاةِ. وَ عَمَّسَ عَلَيْهِمِ الْخَبَر حَتَّى جَعَلُوا نُحَورَهُمْ أَغْرَاضَ الْمَنِيَّةِ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

52-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Müaviyənin qoşunu çox olsa da, onlar azsaylı dəstəyə bənzədilib. Onların müharibə (taktikasını) elmini bilməmələrinə işarə olunur.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!