NƏHC-ül-BƏLAĞƏ- 53-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (camaatın o böyük şəxsiyyətə) beyəti barədə olan kəlamlarındandır.
(Osmanın öldürülməsindən) Sonra camaat mənim yanımda özlərini bir-birinə vurdular, sarbanın açıb buraxdığı, dizlərinin kəndiri açılmış susuz dəvələrin su içərkən yaratdıqları izdiham kimi (beyət etmək üçün) izdiham yaratdılar.

(Mənə elə hücum çəkdilər ki,) elə bildim ya məni öldürmək istəyirlər, ya da bəziləri mənim hüzurumda digərlərini qətlə yetirmək niyyətindədirlər (beləliklə, onların beyətlərini qəbul etdim, bundan sonra Təlhə və Zübeyr kimiləri əhd-peymanını pozdular). Mən bu işin zahir və batinini o qədər ələk-vələk etdim ki, (bu barədə düşünməkdən) yuxum çəkildi. Onlarla (əhd-peymanı pozanlarla) vuruşmaqdan, ya da Mühəmmədin (səlləllahu əleyhi və alih) gətirdiyini inkar etməkdən başqa çarəm qalmadı.1 (Allahın Rəsulunun əhkamını inkar etmək ilahi əzaba səbəb olduğundan) beləliklə, mənim üçün müharibəyə əlac etmək (dözmək) ilahi əzaba əlac etməkdən (dözməkdən) daha asan idi, dünya ölümləri (məşəqqət və çətinlikləri) mənə qiyamət çətinliklərindən (əzablarından) daha asandır.

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
 فَتَدَاكُّوا علَيَّ تَدَاكَّ الْإِبِلِ الْهِيمِ يَوْمَ وِرْدِهَا،وَ قَدْ أَرْسَلَهَا رَاعِيَها، وَ خُلِعَتْ مِثَانِيَها؛ حَتَّى ظَنَنْتُ أَنَّهُمْ قَاتِلِيَّ، أَوْ بَعْضُهُمْ قَاتِلُ بَعْضٍ لَدَيَّ. وَ قَدْ قَلَّبْتُ هذَا الْأَمْرَ بَطْنَهُ وَ ظَهْرَهُ حَتَّى مَنَعَنِي النَّوْمَ، فَما وَجَدْتُنِي يَسَعُنِي إِلاَّ قِتَالُهُمْ أَوِ الْجُحُودُ بِما جَاءَ بِهِ مُحَمَّدٌصلى الله عليه وآله وسلم؛ فَكانَتْ مُعَالَجَةُ الْقِتَالِ أَهْوَنَ عَلَيَّ مِنْ مُعَالَجَةِ الْعِقَابِ، وَ مَوْتَاتُ الدُّنْيَا أَهْوَنَ عَلَيَّ مِنْ مَوْتاتِ الآخِرَةِ. 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

54-CÜ XÜTBƏNİ BURADAN OXUYUN


1. Yağılarla vuruşmaq İmama vacibdir, imkanı və qüdrəti olduğu halda vuruşmasa vacibi tərk etmiş olar və bu da imam Əli üçün həzrət Mühəmmədin əhkamını inkar etmək kimidir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!