NƏHC-ül-BƏLAĞƏ- 54-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Siffeyndə səhabələrinin onun (Şam əhalisi ilə) müharibəni gecikdirdiyini və yubatdığını güman etdikləri vaxt buyurduğu) kəlamlarındandır.1

Amma sizin sözünüz: bu qədər düşünmək və gecikdirmək ölmək və öldürülmək qorxusuna görədirmi? And olsun Allaha, ölümə doğru getməkdən (döyüş meydanında öldürülməkdən), ya da ölümün məni qəfil yaxalamasından heç bir qorxum yoxdur.
Amma sizin Şam əhli ilə (döyüşün vacibliyinə) şəkk və tərəddüd barəsində olan sözünüzə gəldikdə isə, Allaha and olsun, (onlardan) bir dəstəsinin mənə birləşərək hidayət olmalarını (azğınlıqdan əl çəkərək doğru yola gəlmələrini), yolumun aydınlığını öz zəif gözləri ilə görmələrini istəməsəydim döyüşü bir gün belə təxirə salmazdım.
Azğınları öldürməkdənsə döyüş barəsində düşünməyi və təxiri daha çox sevirəm. Hərçənd ki, (onlar azğınlıqdan əl çəkməyib son nəticədə öldürüləcəklər və qiyamətdə İmama qarşı çıxdıqlarına və o Həzrətin düşmənlərinə itaət etdiklərinə görə) günahları öz boyunlarına olacaqdır (məşəqqətdə olacaqlar).

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
( و قد استبطأ أصحابه إذنه لهم في القتال بصفين)
 أَمَّا قَوْلُكُمْ: أَكُلَّ ذلِكَ كَرَاهِيَةَ الْمَوْتِ؟ فَواللَّهِ مَا أُبالِي؛ دَخَلْتُ إِلَى الْمَوْتِ أَوْ خَرَجَ الْمَوْتُ إِلَيَّ. وَ أَمَّا قَوْلُكُمْ شَكّاً فِي أَهْلِ الشَّامِ! فَوَاللَّهِ مَا دَفَعْتُ الْحَرْبَ يَوْماً إِلاَّ وَ أَنا أَطْمَعُ أَنْ تَلْحَقَ بِي طَائِفَةٌ فَتَهْتَدِيَ بِي، وَ تَعْشُوَ إِلَى ضَوْئِي، وَ ذلِكَ أَحَبُّ إِلَيَّ مِنْ أَنْ أَقْتُلَهَا عَلَى ضَلالِها، وَ إِنْ كَانَتْ تَبُوءُ بِآثامِهَا. 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

55-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki Siffeyndə su Həzrətin əlinə keçdikdə, o, suyu Şam əhalisinin üzünə bağlamadı və bir neçə günlük müharibə dayandı. Buna görə də döyüşçülərdən bəzisi dedilər: «Onun müharibə fərmanı verməkdə düşünməsi, ola bilər ki, ölmək və öldürülməkdən qorxduğu üçündür». Başqa bir hissəsi isə onun Şam əhalisi ilə vuruşmağın vacibliyinə şəkk və şübhəsi olduğu üçün belə etdiyini dedilər. Həzrət (ə) onların cavabında bunları buyurmuşdur.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!