NƏHC-ül-BƏLAĞƏ- 58-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Xəvariclə müharibə etmək qərarına gəldiyi və onların Nəhrəvan körpüsündən keçməsi o Həzrətə deyildiyi vaxt buyurmuşdur:

Onların qətlgahları (öldürüldükləri yer) suyun (Nəhrəvanın) bu tərəfidir. Allaha and olsun, onlardan on nəfəri belə (ölməkdən) xilas olmayacaq, sizlərdən onca nəfər də həlak olmayacaqdır.1
(Seyid Rəzi buyurur:) Həzrətin نُطْفَة (saf su) sözündən məqsədi çay suyudur. Su çox həcmdə olsa belə, bu, su üçün ən fəsahətili ifadədir. Bundan öncə bu məna (Xəvariclə müharibə barədə olan qırx səkkizinci xütbənin sonlarında) qeyd olunmuşdu.


وَ مِنْ كَلامٍ لهُ عليه السلام
 و قال عليه السلام لما عزم على حرب الخوارج، و قيل له: إن القوم عبروا جسر النهروان
 مَصَارِعُهُمْ دُونَ النُّطْفَةِ، وَ اللَّهِ لاَ يُفْلِتُ مِنْهُمْ عَشَرَةٌ، و لا يَهْلِكُ مِنْكُمْ عَشَرَةٌ

 

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

59-CU XÜTBƏNİ BURADAN OXUYUN


1. Həzrət Xəvariclə döyüşmək üçün onları təqib etdiyi vaxt, səhabələrindən bir kişi Xəvaricin Nəhrəvandan keçdiklərini ona dedi. Həzrət buyurdu: «Onların keçdiyini özün görmüsənmi?» Cavab verdi ki, bəli. Həzrət buyurdu: «Allaha and olsun, onlar keçmədilər və heç vaxt da keçməyəcəklər. Onların ölüm yeri çayın bu tərəfidir». Bundan sonra ata minərək getdilər. Çayın yaxınlığına çatdıqda Xəvaricin hamısının qılınclarını qından çıxararaq öz atlarının ayaq damarlarını kəsib «لا حُكْمَ إلّا لِلّهِ» yəni, «hökm ancaq Allaha məxsusdur» qışqıraraq döyüşə hazırlaşdıqlarını gördülər. Onlar həmişə bu sözü öz şüarlarına çevirərək qalmaqal yaradırdılar. Sonra Həzrət müharibə əmrini verdi. Döyüş başa çatdıqdan sonra Xəvaricdən doqquz nəfərin qaçaraq ölümdən canlarını qurtardığını və Həzrətin səhabələrindən yalnız səkkiz nəfərin öldüyünü bildilər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!