NƏHC-ül-BƏLAĞƏ-70-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın İraq camaatını pislədiyi kəlamlarındandır.1 (Həzrət buyurdu:)

Böyük Allaha şükr və sitayişdən və həzrət Peyğəmbərə salamdan sonra, ey İraq camaatı! Siz hamiləliyi başa vurduqdan sonra uşağını salaraq, ölü doğan, əri ölən və dulluq müddəti uzun çəkən, (öldükdən sonra oğlu və əri olmadığına görə) tamamilə yad adamların, irsinə sahib çıxdığı hamilə qadın kimisiniz.2 Bilin ki, Allaha and olsun, mən öz ixtiyarımla sizə doğru gəlmədim (Mədinədən yola düşməyim, sizə tərəf gəlməyim və Kufədə qalmağım ürəyimcə deyildi). Ancaq (Cəməl döyüşündə Hicaz qoşunu kömək barədə əhdinə vəfa etmədiyinə görə, sizin qoşunu istədim. Buna görə də) naçar qalıb gəldim.3 Mənə xəbər çatıb ki, siz (nifaqa və ikiüzlülüyünüzə görə) deyirsiniz: «Əli yalan deyir. Allah sizi həlak etsin! (Öz rəhmətini sizdən uzaq tutsun!) Kimə yalan danışıram (kimi təkzib edirəm)? Allah barəsində yalan danışıram? Mən ki, ona ilk iman gətirən şəxsəm. Yoxsa onun Peyğəmbərini təkzib edirəm? Mən ki, onu təsdiqləyən ilk şəxsəm. Allaha and olsun, belə (sizin dediyiniz kimi) deyil. Dediklərim doğru, sözlərim aydındır. Siz (bu sözləri Peyğəmbərdən öyrəndiyim) vaxtlar orada yox idiniz və (əgər olsaydınız belə) onu eşitməyə layiq deyildiniz (qeybin xəbərlərini başa düşmədiyinizə görə sizə gizli qalmışdır). Vay (mənim yalan danışdığımı söyləyənin) anasının halına! (Yəni, anası onun yasını tutsun. Çünki) pulsuz müamilə edirəm (umacaqsız və pulsuz hər şeyi öyrədirəm). Onun qabında bir şey olsa (zərfiyyəti olsa, bacarığı olsa), bundan sonra həqiqətən sözümün doğruluğunu başa düşəcək.4

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
(في ذم أهل العراق و فيها يوبخهم على ترك القتال و النصر يكاديتم ثم تكذيبهم له)

 أَمَّا بَعْدُ يا أَهْلَ الْعِرَاقِ، فَإِنَّما أَنْتُمْ كَالْمَرْأَةِ الْحَامِلِ! حَمَلَتْ فَلَمَّا أَتَمَّتْ أَمْلَصَتْ وَ مَاتَ قِيِّمُهَا، وَ طَالَ تَأَيُّمُهَا، وَ وَرِثَهَا أَبْعَدُهَا. أَمَا وَ اللَّهِ مَا أَتَيْتُكُمُ اخْتِيَاراً؛ وَ لكِنْ جِئْتُ إِلَيْكُمُ سَوْقاً. وَ لَقَدْ بَلَغَني أَنَّكُمْ تَقُولُونَ: عَلِيٌّ يَكْذِبُ، قَاتَلَكُمُ اللَّهُ تَعَالَى! فَعَلَى مَنْ أَكْذِبُ؟ أَعَلَى اللَّهِ؟ فَأَنَا أَوَّلُ مَنْ آمَنَ بِهِ! أَمْ عَلَى نَبِيِّهِ؟ فَأَنا أَوَّلُ مَنْ صَدَّقَهُ! كَلاَّ وَ اللَّهِ، لكِنَّهَا لَهْجَةٌ غِبْتُمْ عَنْهَا، وَ لَمْ تَكُونُوا مِنْ اَهْلِهَا. وَيْلُ امِّهِ كيْلاً بِغَيْرِ ثَمَنٍ! لو كانَ لَهُ وِعاءٌ. وَ لَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِين.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

71-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Siffeyn döyüşündə Şam qoşunu məğlub olduğuna görə Əmr ibn Asın göstərişilə Quranları nizələrə taxaraq, özlərini aciz və yazıq göstərdilər. Bu hiylə, məkr nəticəsində İraq qoşunu onlarla döyüşdə süstləşdi, qazanacaqları mütləq qələbədən keçərək döyüşə son qoydular.
2. Bu müharibədə çox əziyyət çəkdiniz və fəth, qələbə sizə yaxın olduqda aldanaraq onu əldən verdiniz. İki hakimin hökmünə razılaşaraq İmamınızın sözünə əməl etmədiniz. Özünüzü başçısız fərz etdiniz. Beləliklə, yadelli düşmən şəhərlərinizi ələ keçirib sizə hakim kəsildi.
3. Bəsrə camaatı ilə müharibədən sonra Şam camaatı ilə müharibə baş verdiyindən sizin şəhərinizdə qalmağa məcbur oldum.
4. Qiyamətdə öz sözlərinin cəzasını çəkəcək və ya o Həzrətin vəfatından sonra Bəni-Üməyyənin onlara hakim kəsilməsilə o böyük şəxsiyyətin gələcəkdən verdiyi bütün xəbərlər aydın olacaq. وَلَتَعْلَمُنَّ نَبَأَهُ بَعْدَ حِينٍ cümləsini Qurani-Kərimin ”Sad” surəsinin 88-ci ayəsindən iqtibas buyurmuşdur.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!