NƏHC-ül-BƏLAĞƏ - 83-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Əmr ibn As barəsindəki xütbələrindəndir:
(Zahirən Əmrin atası adlandırılan As ibn Vail Allahın rəsuluna (s) düşmən kəsildiyi kimi, Əmr də Əmirəl-mömininlə düşmənçilik edərək Həzrət barədə yalan sözlər danışmağa çalışırdı.

O, Əmirəl-mömininin məhəbbət və sevgisini qəlblərdən qoparıb, onu kiçiltmək fikrinə düşmüşdü. Onun, Həzrət barədə yalanlarından biri bu idi ki, Şam əhalisinə demişdi: «Əli çox zarafat etdiyinə görə işlərin gedişatını islah etməyə o qədər də çalışmır. Buna görə də onu özümüzə rəhbər seçmədik». Ancaq İmam əleyhis-salam burada Əmrin sözlərinin səhv, böhtan və yalan olduğunu sübut edir.)
Zinakar arvadın oğluna heyrətlənirəm. (Nabiğə Əmrin anasının adıdır. Onu zinakarlıqda məşhur olduğuna görə belə adlandırırdılar. Hamı onu tanıyırdı və ərəblərin adətinə görə anaları yaxşılıqda və ya pislikdə ad çıxardıqda övladlarını onların adına çıxardılar. Nabiğə əsir düşmüş bir kəniz idi və Abdullah ibn Cudan Təyyimi onu Məkkədə satın alsa da, zinakar qadın olduğuna görə saxlaya bilməyib azad etmişdi. Sonra, Əbu Ləhəb ibn Əbdülmüttəlib, Üməyyə ibn Xələf, Hişam ibn Müğeyrə, Əbu Süfyan ibn Hərb və As ibn Vail «eyni bir tuhr»da (yəni, iki heyz arasındakı müddətdə) onunla birlikdə oldular və nəticədə Əmr dünyaya gəldi. Həmin beş nəfərin arasına ixtilaf düşdü və hər biri Əmrin onun oğlu olduğunu iddia etdi. As ibn Vail Nabiğənin xərcini başqalarından daha çox çəkdiyinə görə, Əbu Süfyana daha çox oxşasa da uşağın Asın oğlu olduğunu bildirdi.) (Belə atasızın biri) Şam camaatına yalandan deyir ki, mən xoştəb və zarafatcıl bir adamam və daim zarafatla, oyunla məşğulam. Batil (nadürüst) söz danışır və bu sözləri ilə günahkardır. Agah olun ki, sözlərin ən pisi yalandır. Əmrin dilinə alıb danışdığı söz yalandır və (hər kəsə) vəd etsə, onun əksinə əməl edər, bir şey istədikdə israr edər, ondan bir şey istəndikdə isə  xəsislik edər, əhd-peymanını pozar, öz qohumlarından uzaqlaşar. Müharibə meydanına gəldikdə qılınclar işə düşməyənə qədər (fəsadı və müharibə atəşini alovlandırmaq üçün) çox əmrlər verər, qadağalar qoyar, söz oynadar. Qılınclar qınından çıxandan, müharibə başlanandan sonra isə onun ən böyük hiyləsi cinsiyyət üzvünü camaata göstərməkdir. (Siffeyn döyüşündə Əmr meydanda Əmirəl-mömininlə üzləşdikdə, Həzrət onu öldürmək üçün üstünə atıldıqda Əmr özünü atdan arxası üstə yerə ataraq, torpağın üstünə sərildi. O böyük şəxsiyyətin qarşısında ayaqlarını göyə qaldıraraq, cinsiyyət üzvünü göstərdi. Həzrət gözünü yumaraq, geri qayıtdı. Müaviyənin qoşun başçılarından biri Busr ibn Əbi Ərtah həmin Siffeyn döyüşündə Əmrin üsulundan istifadə edərək ölümün çəngindən yaxa qurtardı. Bundan sonraيَمْنَحُ القَومَ سَبَّتَهُ  cümləsi hadisələr zamanı zillət və xarlığı qəbul edənlərin haqqında işlədilən zərbül-məsələ çevrildi.) Bilin və agah olun! Allaha and olsun, ölümü xatırlamaq məni zarafatdan və oyundan saxlayır, axirəti unutması isə Əmrə haqq sözü danışmağa mane olur. O, hədiyyə və bəxşiş şərti olmasaydı, dinindən əl çəkmək üçün (öz zəmanəsinin İmamının əleyhinə çıxması üçün) ona azacıq rüşvət (Misirin bir neçə günlük hakimliyi) bağışlanmasaydı, Müaviyəyə beyət etməzdi.

وَ مِنْ كَلامٍ لهُ عليه السلام
(في ذكر عمرو بن العاص)

 عَجَباً لِابْنِ النَّابِغَةِ! يَزْعُمُ لِأَهْلِ الشَّامِ أَنَّ فِيَّ دُعَابَةً، وَ أَنِّي امْرُوءٌ تِلْعَابَةٌ: أُعَافِسُ وَ أُمَارِسُ! لَقَدْ قَالَ بَاطِلاً، وَ نَطَقَ آثِماً. أَمَا وَ شَرُّ الْقَوْلِ الْكَذِبُ - إِنَّهُ لَيَقُولُ فَيَكْذِبُ، وَ يَعِدُ فَيُخْلِفُ، وَ يُسْأَلُ فَيَبْخَلُ، وَ يَسْأَلُ فَيُلْحِفُ، وَ يَخُونُ الْعَهْدَ، وَ يَقْطَعُ الْإِلَّ؛ فَإِذَا كَانَ عِنْدَ الْحَرْبِ فَأَيُّ زَاجِرٍ وَ آمِرٍ هُوَ! مَا لَمْ تَأْخُذِ السُّيُوفُ مَآخِذَهَا، فَإِذَا كَانَ ذلِكَ كَانَ أَكْبَرُ مَكِيدَتِهِ أَنْ مَنَحَ الْقِرْمَ سُبَّتَهُ. أَمَا وَ اللَّهِ إِنِّي لََيمْنَعُنِي مِنَ اللَّعِبِ ذِكْرُ الْمَوْتِ، وَ إِنَّهُ لََيمْنَعُهُ مِنْ قَوْلِ الْحَقِّ نِسْيَانُ الآخِرَةِ، إِنهُ لَمْ يُبَايِعْ مُعَاوِيَةَ حَتَّى شَرَطَ أَنْ يُؤْتِيَهُ أَتِيَّةً، وَ يَرْضَخَ لَهُ عَلَى تَرْكِ الدِّينِ رَضِيخَةً

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

84-CÜ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!