NƏHC-ül-BƏLAĞƏ - 84-CÜ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (tövhid və Allah Taalanın bəzi sifətləri haqqında) xütbələrindəndir.
Şəhadət verirəm ki, Allahdan başqa heç bir məbud yoxdur, şəriksiz və təkdir. Əvvəldir, ondan öncə heç bir şey olmayıb (əzəlidir və hər bir mövcudun mənşəyidir).

Axırdır, onun üçün heç bir hədd və son yoxdur (əbədidir və hər bir mövcud onda sonlanır). Təsəvvürlər onun heç bir sifətinə yetişməz (Dərk etməz, çünki onun zatına əlavə olunmuş sifəti yoxdur ki, təsəvvürlər onu dərk edib vəsf edə bilsin.) və qəlblər (ağıllar) onun necəliyini təsdiq edə bilməz (çünki onun necəliyi yoxdur ki, ağıl onu dərk etsin). Bölünmə və ayrılma onun üçün rəva deyil (çünki hissə və tərkib varlığı mümkün olanlara layiqdir). Gözlər və qəlblər onu əhatə etməz. (Çünki bir hədlə məhdudlaşmır ki, göz onu görə bilsin və ağıl onun həqiqətini dərk edə bilsin. O Həzrət bu bir neçə qısa cümlədə bütün tövhid məsələlərini fəsahət və bəlağətin son dərəcəsindən istifadə edərək bəyan etmişdir və bu, o böyük şəxsiyyətin başqalarına məxsus olmayan böyük fəzilətlərindən biridir.)
Bu, xütbənin (camaata nəsihət etdiyi) hissəsidir.
Ey Allah bəndələri, faydalı ibrətlərdən öyüd götürün, parlaq və aşkar əlamətlərdən (Xeyir və şəri, günah və itaətsizlik nəticəsində keçmiş ümmətlərin başına gələn hadisələri bəyan edən Quran ayələri nəzərdə tutulur) ibrət alın, (Quran və sünnədə) gələn (günahlardan) hər növ qorxudulduğunuz şeylərdən (ilahi əzabdan) çəkinin, xatırlatmalardan və öyüdlərdən (nəsihət verənlərin öyüdlərindən) bəhrələnin. Sanki ölüm pəncələri (yırtıcı heyvanların pəncələri kimi) sizdən asılıb (əcəl sizə yaxındır), dilək-istək bağları sizdən üzülübdür, çətin rüsvayedici işlər (can vermək, dünyanı əliboş tərk etmək, dəhşət və qorxu məkanı olan qəbirdə qalmaq və sairə), gedilməli olan yerə (qiyamətə) sürülüb aparılmaq sizi bürümüşdür. (Bütün məxluqat ora gedəcək) və (bu yolda) hər insanın bir sövq edəni və bir də şəhadət verəni vardır: sövq edən (ölüm) onu Məhşərə qovur, şəhadət verən (bədən üzvləri) onun (yaxşı və pis) işlərinə şəhadət verir.
Bu da həmin xütbənin Cənnətin vəsfi barəsindəki bir hissəsidir.
Cənnətin biri digərindən üstün olan dərəcələri, bir-birinin müqabilində imtiyaza sahib mənzilləri var. (Çünki iman əhlinin mərifət və kamalı bir-birindən fərqlənir. Deməli, hər kəsin dünyadakı rəftar və ixlasına uyğun orada mənzili var. Qurani-Kərimin Ənam surəsinin 132-ci ayəsində buyurulduğu kimi: وَلِكُلٍّ دَرَجَاتٌ مِّمَّا عَمِلُواْ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ «Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir») Onda rahatlıq və xoşluq puç olmur. (Qurani-Kərimin Rəd surəsinin 35-ci ayəsində buyurulur: مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ أُكُلُهَا دَآئِمٌ وِظِلُّهَا تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَواْ وَّعُقْبَى الْكَافِرِينَ النَّارُ «Pərhizkarlara vəd edilən Cənnətin vəsfi belədir: (Onun) altından çaylar axar, meyvələri də, kölgələri də daimidir. Bu, Allahdan qorxub pis əməllərdən çəkinənlərin son mənzilləridir. Kafirlərin aqibəti isə Cəhənnəm atəşidir».) Orada yaşayanlar köçmürlər və oradan bayıra çıxmayacaqlar. (Necə ki, Qurani-Kərimin Hədid surəsinin 12-ci ayəsində buyurulur: يَوْمَ تَرَى الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ يَسْعَى نُورُهُم بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِم بُشْرَاكُمُ الْيَوْمَ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ «O gün mömin kişilərin və qadınların iman nurunun onların önlərindən və sağ tərəflərindən şölə saçdığını görəcəksən. «Bu ona görədir ki, onların əməl dəftəri önlərindən və sağ tərəflərindən verilər. Kafirlərin və münafiqlərin əməl dəftəri isə, bundan fərqli olaraq, başlarının arxasından və sol tərəflərindən verilər». Mələklər onlara deyəcəklər: Bu gün sizin müjdəniz altından çaylar axan bağlardır. Siz orada əbədi qalacaqsınız!» Bu onlar üçün böyük qurtuluşdur.) Orada əbədi olan qocalmaz, oranın sakini yoxsullaşmaz. (Çünki qocalıq və yoxsulluq əziyyət və gücsüzlük gətirər. Bunların heç biri Cənnətdə yoxdur. Qurani-Kərimin Fatir surəsinin 34 və 35-ci ayəsində buyurulduğu kimi: وَقَالُوا الْحَمْدُ لِلَّهِ الَّذِي أَذْهَبَ عَنَّا الْحَزَنَ إِنَّ رَبَّنَا لَغَفُورٌ شَكُورٌ الَّذِي أَحَلَّنَا دَارَ الْمُقَامَةِ مِن فَضْلِهِ لَا يَمَسُّنَا فِيهَا نَصَبٌ وَلَا يَمَسُّنَا فِيهَا لُغُوبٌ - yəni: Cənnətə daxil olanlar deyərlər: qüssəni bizdən uzaq edən Allaha həmd olsun. Rəbbimiz günahkarları bağışlayan və şükr edənlərə mükafat verəndir. Elə bir Rəbb ki, öz lütfü və kərəmi ilə bizə əbədi məkanda yer verdi. Orada bizə nə bir yoxsulluq üz verəcək, nə də bir məşəqqət, əziyyət toxunacaqdır».)

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
(و فيه ثماني صفات من صفات الجلال)

وَ أَشْهَدُ أَنْ لاَ إِلهَ إِلاَّ اللَّهُ وَحْدَهُ لاَ شَريكَ لَهُ: الْأَوَّلُ لاَ شَيْءَ قَبْلَهُ، وَ الآخِرُ لاَ غَايَةَ لَهُ، لاَ تَقَعُ الْأَوْهَامُ لَهُ عَلَى صِفَةٍ، وَ لاَ تُعْقَدُ الْقُلُوبُ مِنْهُ عَلَى كَيْفِيَّةٍ؛ وَ لاَ تَنَالُهُ التَّجْزِئَةُ وَ التَّبْعِيضُ، وَ لاَ تُحِيطُ بِهِ الْأَبْصَارُ وَ الْقُلُوبُ
و منها: فَاتَّعِظُوا عِبَادَ اللَّهِ بِالْعِبَرِ النَّوَافِعِ، وَ اعْتَبِرُوا بِالآيِ السَّوَاطِعِ، وَ ازْدَجِرُوا بِالنُّذُرِ الْبَوَالِغِ،وَ انْتَفِعُوا بِالذِّكْرِ وَ الْمَوَاعِظِ، فَكَأَنْ قَدْ عَلِقَتْكُمْ مَخَالِبُ الْمَنِيَّةِ،وَ انْقَطَعَتْ مِنْكُمْ عَلاَئِقُ الْأُمْنِيَّةِ، وَ دَهَمَتْكُمْ مُفْظِعَاتُ الْأُمُورِ، وَ السِّيَاقَةُ إِلَى الْوِرْدِ الْمَوْرُودِ، فَكُلُّ نَفْسٍ مَعَهَا سَائِقٌ وَ شَهيدٌ: سَائِقٌ يَسُوقُهَا إِلَى مَحْشَرِهَا؛ وَ شَاهِدٌ يَشْهَدُ عَلَيْهَا بِعَمَلِهَا
و منها في صفة الجنة
دَرَجَاتٌ مُتَفَاضِلاَتٌ، وَ مَنَازِلُ مُتَفَاوِتَاتٌ، لاَ يَنْقَطِعُ نِعِيمُهَا، وَ لاَ يَظْعَنُ مُقِيمُهَا، وَ لاَ يَهْرَمُ خَالِدُهَا، وَ لاَ يَبْأَسُ سَاكِنُهَا

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

85-Cİ XÜTBƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!