NƏHC-ül-BƏLAĞƏ - 90-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın «əl-Əşbah» adı ilə məşhur olan xütbəsidir.1
Bu, böyük və əzəmətli xütbələrdəndir. (İmam əleyhis-salam bu xütbəni ona görə buyurmuşudur ki,) bir nəfər o böyük şəxsiyyətdən Allahı sanki aşkar görürmüş kimi vəsf etməyi xahiş etmişdir. Həzrət bu xahişdən (böyük Allahı cisimlərə xas sifətlərlə təsvir etməyin mümkünlüyünə xahiş sahibinin inanmasından) qəzəbləndi.

(Məsədə ibn Sədəqə imam Cəfər Sadiq ibn Mühəmməd əleyhimas-salamdan bunları nəql edir: Əmirəl-möminin əleyhis-salam Kufədə minbərdə bu xütbəni ona görə bəyan etmişdir ki, bir kişi Həzrətə yaxınlaşaraq dedi: «Ya Əmirəl-möminin! Allahımızı bizlərə elə vəsf et ki, Ona olan məhəbbətimiz və elmimiz artsın». İmam əleyhis-salam (belə cahil sualdan) qəzəbləndi və camaatı hamılıqla namaza çağırdı. Camaat o qədər yığışdı ki, məscid doldu. O Həzrət rəngi dəyişmiş və qəzəbli halda minbərə qalxaraq böyük Allaha şükr edib həzrət Peyğəmbərə (səlləllahu əleyhi və alih) salam və salavat göndərərək buyurdu:)
Həmd olsun Allaha ki, əta etməyi kəsməsi və bağışlamaması malını, dövlətini artırmaz, səxavət və bəxşişi sərvətini azaltmaz. Çünki (bəndələritək əta və bəxşişi topladıqlarından verməz, əta etdiyini yaradar. Buna görə də İmam əleyhis-salam buyurur:) Allahdan başqa hər bir bəxşiş edənin malı azalar. Haqq-taaladan başqa bəxşişi kəsən hər kəs pislənilməlidir.2 Odur böyük nemət, nəsib və bəhrələri (Öz bəndələrinə) ehsan edən. Yaradılmışlar Onun böldüyü payı yeyənlərdir, (Allah) onların rüzisinin zəmanətçisidir. (Varlıqları onun üzərində qurulan) yediklərini nəsib etmiş və müəyyənləşdirmişdir. Ona yol tapmaq (hidayət olmaq) istəyənlərə, Onun dərgahında olanlar üçün çalışanlara (peyğəmbər və vəsilərin əxlaqına, sözlərinə əməl etməklə əldə olunan əbədi cənnət və səadətin) yolunu aydın və işıqlı etmişdir. Ondan istənilən şeydəki əta və bəxşişi, istənilməyən şeydəki ehsanından çox deyil.3 İlk olan (mövcud olan hər bir şeyin başlanğıcı) Odur. Deməli, Onun üçün bir başlanğıc olmayıb ki, Ondan öncə nəsə olsun. Son olan (fani olan hər şeyin qayıdış yeri) Odur. Deməli, Onun üçün bir qayıdış yoxdur ki, Ondan sonra bir şey olsun.4 (İnsanların onun vasitəsilə əşyanı gördüyü) gözlərin bəbəklərinin Ona çatmasına (Onu zahiri gözlə görmələrinə) və Onu dərk etməsinə mane olan Odur.5 Onun üçün ruzigar dəyişməz (əmrinə zidd rəftar etməz) ki, halında (qüdrət və gücsüzlük, yoxsulluq və varlılıq, sağlamlıq və xəstəlik və bu kimi) dəyişikliklər olsun. Bir yerdə deyil ki, köçmə və (bir yerdən başqa yerə) hərəkət Ona rəva olsun.6 Dağ mədənlərinin nəfəs çəkə-çəkə çölə çıxartdığı saf gümüşü, xalis qızılı dənizlərin gülə-gülə aşkar etdiyi sədəfləri, (camaatın böyük əziyyətlə əldə etdiyi) yup-yumru dürr və mirvarini, (dəniz bitkisi olan) mərcan salxımlarını (xülasə, yerdə və dənizdə olan xəzinə və mədənlərin hamısını bir nəfərə bəxş etsə) bağışlasa, Onun bəxşiş və səxavətinə təsir etməz, Onun nemətlərini tükəndirməz. Camaatın istəklərinin tükəndirə bilmədiyi (bəşəriyyətin xəbərsiz olduğu) sonsuz gizli nemətlər Ondadır. Çünki O, elə bir səxavət sahibidir ki, istəyənlərin istəkləri Onun bəxşişini azaltmaz, israrlarla istəyənlərin diləkləri Onda xəsislik yaratmaz (çünki paxıllıq və nöqsan mümkünə xasdır, vacibə aid deyil).7 Ey “sual verən”, (düşüncə əsasında Allahı vəsf etmək istəsən) nəzər sal və Quranın sənə göstərdiyi (öyrətdiyi) yolla Onun sifətlərindən hər birinin ardınca get. (Allah-taalanı həmin sifətlə vəsf et). Quranın hidayət nuru ilə aydınlığa (səadətə, qurtuluşa) çıx. Şeytanın səni öyrənməyə vadar etdiyi və kitabda (Qurani-Kərimdə) onu bilmək sənə vacib qılınmadığı, həzrət Peyğəmbər və doğru yol göstərən İmamların sünnəsində izi-tozu olmayan (bəyan edilməyən) sifətlər barədə elm və biliyi Allahın öhdəsinə burax. (Onu öyrənməyə, ona inanmağa çalışma.) Bu, Allah-taalanın sənin öhdənə qoyduğu haqqın son həddidir (ki, Onu Qurani-Kərimdə, həzrət Peyğəmbərin, doğru yol göstərən İmamın hədislərində bəyan edilmiş adlar və sifətlərlə çağırasan, vəsf edəsən).8 Bunu bil ki, elm və bilikdə qüvvətli və möhkəm olanlar (pak İmamlar əleyhimus-salam) o kəslərdir ki, örtülü, pərdə arxasında olan və təfsirlərin bilmədikləri barəsində etirafları onları örtülü şeylərin qarşısında asılmış qapılara girməkdən ehtiyacsız etmişdir. Allah-taala da onların elm və biliklərinin əhatə etmədiyi şeylərə çatmaqda acizilk və gücsüzlüklərini etiraf etmələrini mədh etmiş və onların həqiqət və zatı barədə danışıb, bəhs etməyi əmr etmədiyi bir şey haqda düşünməmələrini dönməzlik və mətanətlilik adlandırır.9 Belə isə sən də Quranın göstərdiyi yolla kifayətlən (qavrayışına uyğun gəlməyən, bilməli olmadığın şeylər haqqında düşünmə). Pak və nöqsansız Allahın əzəmətini və böyüklüyünü öz ağlınla ölçmə ki, həlak və puç olarsan. (Çünki) O, elə güclüdür ki, əgər bütün xəyallar Onun qüdrət və gücünün sonunu tapmaq üçün can atsalar, şeytani vəsvəsələrə bulaşmamış düşüncə və fikirlər qeyb və görünməyən aləmlərdə padşahlığının son həddinin böyüklüyünə varmaq istəsələr, qəlblər sifətinin keyfiyyətini, necəliyini tapmaq üçün Ona heyran və vurğun olsalar, ağıllar sifətlərinin həqiqəti aşkar olmadığına görə zatının əslini başa düşmək üçün çox maraqlansalar, (ağıllı insanlar düşüncələrini işlətsələr) Allah-taala, (gücü və qüdrəti) həlakət yolunu, qeyb aləmlərinin qaranlıqlarını keçərək (hər yerdən əli üzülərək) ixlasla Ona üz tutmuş olsalar belə, onların ağıl və düşüncələrini geri döndərər. (Bu təhlükəli yolları keçib bir yerə çatmadıqda və Onun zatının, sifətinin həqiqətini dərk etmələri) qadağan edilib geri qayıtdıqları vaxt bu yola düşməyin səhv olduğunu, Onu tanımağın dərinliklərini dərk edilmədiyini, Onun izzət və böyüklüyünü ölçməyin ağıl, düşüncə sahiblərinin ürəklərindən belə keçmədiyini (Onu tam dərk etməkdən söhbət belə gedə bilməz) etiraf edərlər. Odur oxşarı yaradılmamış, surət və örnəkdən iqtibas etmədən, özündən əvvəlki xaliq və məbuddan nümunə götürməyə ölçü və əndazə olmadığı halda məxluqatı xəlq edən.10 Öz padşahlığının güc və qüdrəti, Onun hikmətinin nümunə və nişanələrinin (dilə gələrək) dediyi qəribəliklər, mövcudatın (başqasına) olan ehtiyacları, öz qüdrəti ilə onları ayaq üstə saxlamalarını etiraf etmələri kimi zəruri sübut və qəti dəlilləri bizə göstərdi və bizi Onu tanımağa yönəltdi. Onun sənətinin nümunələri və hikmətinin nişanələri yaratdığı bütün şeylərdə aşkardır. Beləliklə, yaratdığı hər bir şey (cansız şeylər və bitkilər kimi) dilsiz olsa belə (zahirdə bir şey deməsələr də), Onun varlığına dəlil və sübutdur. (Bu mövcudatın) nəzmi, nizamı Onun xaliqliyinin bariz sübutu, Onun yaratmasına möhkəm (ağıla əsaslanan) dəlildir. (İndi Onun bütün məxluqatın yaradıcısı olan yeganə və misilsiz Allah olması aydınlaşdığı vaxt, Onun paklığı və müqəddəsliyi barədə buyurur:)
Şəhadət verirəm ki, Səni öz yaratdığın müxtəlif üzv, bir-birinə birləşmiş, Sənin hikmətinin uzaqgörənliyi, nizamı ilə (dərinin və ətin altında) gizlənən kiçik oynaqları olan məxluqata bənzədən əslində həqiqətən də Səni tanımamış, Sənin bənzərin, oxşarın olmadığına yəqinlik əldə edə bilməmişdir. (Cism təsəvvür etmişdir. Cismin isə yeni yaranış, yox olma və imkan tələbatı vardır.) Sanki bütpərəstlərin (qiyamət günündə) ibadət etmiş olduqları bütlərə nifrət edərək تَاللهِ إن كُنّا لَفِى ضَلالٍ مُبينٍ إذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعالَمِينَ  «Allaha and olsun ki, sizi aləmlərin Rəbbinə bərabər tutduğumuz zaman biz haqq yoldan açıq-aydın azmışdıq» deyəcəklərini eşitməmişdir. (Qurani-Kərimin Şuəra surəsinin 97-98-ci ayələri.) Yalan söylərlər Səni bütlərinə bənzədib öz əbəs düşüncələrinə görə yaradılmışlar kimi qələmə verərək və fikirlərində Səni hissələri olan cism kimi güman edərək öz naqis ağılları ilə Sənin üçün müxtəlif məxluqlar kimi miqdar, ölçü olduğuna inanaraq Səni (məxluqlarla) bərabərləşdirənlər. Şəhadət verirəm ki, Səni yaratdığın bir şeylə bərabər bilən Səndən üz döndərmişdir. Səndən üz döndərən isə Sənin tərəfindən nazil edilmiş, açıq-aydın ayələrə, bütün bunları (Sənə bənzər və oxşar bilənlərin küfrünü) bəyan edən Sənin aşkar dəlil və sübutlarının (əqli əsaslandırmaların) hökmünə (qarşı) kafirdir.11 Şəhadət verirəm: Sən elə bir Allahsan ki, Sənin üçün ağıllarda son və nəhayət yoxdur. Buna görə də düşüncələrin mənşəyində keyfiyyət və necəliyə malik deyilsən, ağıllarda düşüncələrdə bir hədlə hüdudlanmazsan və yerdən yerə dəyişməklə vəsf edilməzsən. (Çünki məhdudiyyət və dəyişiklik mümkünül-vücudun tələbatlarındandır.)

Bu da həmin xütbənin (əşyanın xilqəti və pak Allahın yaradılmışların sifətlərindən uzaq olmasının bəyan edildiyi) bir hissəsidir.

Böyük Allah yaratdığının varlıq və mövcudluğunu müəyyən etmiş və onu gücləndirərək möhkəmləndirmişdir. (Belə ki, azalıb çoxalmayacaqdır.) Lütfkarlığına (hikmət və məsləhətinə) görə onu nizamlamış, hər birini, yaradıldıqları iş üçün ayırmışdır (günəşin nur saçması, buludun yağması və arının bal toplaması kimi). Deməli, (yaradılmışlardan heç biri) onlar üçün təyin olunmuş hədləri aşmadı və məqsədə çatmaqda səhlənkarlıq etmədi (öz vəzifələrinə uyğun əməl etdilər). Vəzifə tapşırıldığı vaxt Onun iradə və istəyini yerinə yetirmək üçün vəzifəni çətin sanmadı (itaətsizlik etmədilər). Necə itaətsizlik edə bilər ki, bütün əşyalar Onun iradə və istəyindən yaranmışdır. (Deməli, o, Allahın təkvini əmrinə itaət edərək təvazökarlıq boyunbağısını boynundan asmışdır.) Odur düşüncə işlətmədən, əvvəlcə təsəvvür etmədən yaradan, ruzigarda baş verən hadisələrin sınaq və təcrübəsindən istifadə etmədən, heyranedici məxluqları yaratmaqda köməklik və yoldaşlıq edəcək şəriki, bənzəri olmadan müxtəlif növ məxluqatı xəlq edən Allah. Fərmanına uyğun olaraq xəlq etməsi və yaratması başa çatdı. (Onun iradə və istəyi əsasında məxluqlar yarandı.) Ona itaətlə boyun əyib dəvətini qəbul etdilər. Elə bir məxluq yox idi ki, əmrində lənglik və süstlük etsin, əmrini yerinə yetirməyi təxirə salsın.12 Əşyanın əyriliklərini düzəltdi, (onları hikmət əsasında yaratdı) hədlərini aydın və aşkar şəkildə müəyyən etdi (layiq olduqları şeylə onları bəhrələndirdi). Güc və qüdrəti ilə onların bir-birinə zidd olan xüsusiyyətlərini, müxtəlif təzadlarını (istilikdən tündməcazlıq, soyuqdan soyuqqanlılıq, rutubətdən istiqanlılıq, quraqlıqdan məyusluq kimi ünsürləri bir məzacda) uyğunlaşdırıb yığdı. Onları ayrılmamaları üçün bir-birinə birləşdirdi. (Biri digərindən üstün olan) müxtəlif hədd və ölçülərdə, sifət və xasiyyətlərdə yerləşdirdi. Xilqətlərini möhkəmləndirib öz iradə və istəyinə uyğun yaratdığı (məxluqlar) heyrətamiz məxluqlardır.

Bu xütbənin bir hissəsi səmanın vəsfi haqqındadır.
(Allah-taalanın əşyanın yaradılmasındakı güc və qüdrətinin vəsfinin ardınca həzrət Əli əleyhis-salam ecazkar məxluq sayılan və Onun gücünə, qüdrətinə dəlalət edən səmanın necə yaradıldığını bəyan etmişdir:)
Səmanın geniş yollarını (bir şeydən) asılmadan nizamlayıb bərqərar etdi, böyük parçalarını bir-birinə birləşdirdi, onunla oxşarları arasında bağlılıq yaratdı.13 Onun fərmanı ilə yerə enənlər (rəhmət daşıyan mələklər) və bəndələrinin əməllərini, rəftarını qeydə alan (yazan) göylərə yüksələnlər üçün (gediş-gəliş yolunu) çətinliyini asanlaşdırdı. Səma tüstü və buxar olduğundan, bir-birindən arası çox olan hissələrin birləşərək toplanmalarını əmr etdi.14 Onun bağlanmış qapılarını yığıldıqdan sonra15 açdı.16 Parlaq ulduzlardan onun yollarına gözətçi qoydu (ki, şeytanların ora gəlməsinin qarşısını alıb mələklərin sözlərini eşitməyə qoymasın. Sonrakı cümlələrdə İmam əleyhis-salam buna toxunur) Öz güc və qüdrəti ilə onu havanın qatlarında (açılmış səmada) titrəməkdən və dağılmaqdan qorudu.17 Öz yerində dayanıb Onun buyruq və iradəsinə tabe olmağını əmr etdi.18 Onun hər şeyi göstərən (işıqlıq verən) günəşini günün əlaməti, nuru məhv olmuş ayı isə gecənin nişanəsi etdi. (Ayın işığının məhv olması onun işığının bəzi gecələrdə qismən, bəzən də tamamilə gizlənməsinə işarədir). Sonra onları getməli olduqları yolda hərəkətə gətirdi və getməli olduqları mənzil və yollarda hərəkətlərini müəyyən etdi19 ki, onların hərəkətlərinə görə gecənin gündüzdən üstünlüyü olsun, illərin sayı və işlərin hesabı onların hərəkətinin əsasında bilinsin.20 Göyün fəzasında fələyi (ulduzların orbiti olan fırlanan kürə və cismi) asılı vəziyyətdə saxladı. Ağ dürr kimi (bizə nisbətən uzaqlığına görə) gizlin olan ulduzları və (bizlərə yaxın olmaları səbəbindən) qəndil kimi işıqlı olan ulduzları onun zinətinə, bəzəyinə çevirdi. Onun (səmanın) (ox kimi) deşən parlaq ulduzlarını oğurluq yolla qulaqlarını dikmiş şeytanlara tərəf atdı.21 Hərəkətsiz ulduzları, həmişə hərəkətdə olanları, enib-yüksələnləri (batıb-doğmalarını), uğurunu və uğursuzluğunu (müvafiq olanları və müvafiq olmayanlarını Öz iradəsi və əmri ilə) ram və bərqərar etdi.22

Bu xütbənin bir hissəsi mələklərin vəsfi barəsindədir.23
Pak Allah Özünün səmavi hakimiyyətindən biri olan göyləri yaratdıqdan sonra oraları məskunlaşdırmaq və onun üst qatını abadlaşdırmaq üçün misilsiz və heyrətamiz məxluq olan bir dəstə mələk yaratdı. Onlara göylərlə fəzanın genişliyi arasındakı enli yollarda yer verdi. O enli yolların arasında pak və təmiz yerlərdə əzəmət və böyüklük pərdələrinin arxasında (onları ibadət və itaəti üçün hazırlanmış yerlərdə) onların təsbih edənlərinin avazı ucalır. Qulaqları kar edən o iztirablı və narahat səslərin arxasında onların, gözlərinin görməyə taqəti olmadığı nur və işıq parıltıları var. Deməli, öz yerlərində heyran və sərgərdan dayanırlar.24 Allah-taala onları müxtəlif surət və şəkildə, qanadlı yaratdı ki, zikr edə-edə Onun böyüklüyünü və ucalığına həmd etsinlər.25 Yaradılmışlarda Pərvərdigarın yaratmağının aşkar və aydın olanlarını (nişanələrini) özlərinə çıxmırlar (insan kimi Allahlıq iddiasında bulunmurlar). Xaliqi və yaradıcısı yalnız Allah olan bir şeyi yaratdıqlarını iddia etmirlər. (Bütləri Allaha şərik çıxan bütpərəstlərdən fərqli olaraq özlərini Allaha şərik bilməzlər.) Onlar sözlərində Allahdan önə keçməyən, Onun əmrinə, fərmanına uyğun hərəkət edən sevimli bəndələrdir.26Onları (bəzilərini) Öz vəhyinin yerlərdə qoruyucusu qoyub Öz qadağa və əmrlərinin əmanətlərini peyğəmbərlərə çatdırmaq üçün təyin etdi.27 Mələklərin hamısını şəkk-şübhədən (şeytanın vəsvəsəsindən) məsum saxladı. Onların arasında Allahın razı olduğu yoldan dönən yoxdur. Onlara kömək edərək ibadətlərinə imkan yaratdı. Sakitlik və vüqar tələb edən təvazökarlığı qəlblərinin şüarına çevirdi. (Şeytan və nəfsi-əmmarə qarşısını ala bilmədiyi) asan olan öz şükr və həmd qapılarını onlar üçün açdı. Özünün təkliyinə, tövhidə dəlalət edən aşkar əlamətləri (qəti dəlilləri) onlar üçün qaldırdı. Günahların yükü onların çiyinlərini əymədi. (Günah etmirlər, çünki şəhvətlərə və nəfsi-əmmarəyə malik deyildirlər). Bir-birinin ardınca keçən gecə-gündüzlər onları dəyişmədi (buna görə də insan kimi zəifləyib qocalmır, sınmırlar). İmanlarını heç bir şəkk və şübhə sarsıtmadı. (Allahın birliyinə olan) möhkəm və güclü inamlarına, etiqadlarına heç bir zənn və güman yol tapmadı (ki, zənn və yəqinlik bir-biri ilə döyüşərək imanlarında süstlük yarada bilsin). Onlar arasında (bir-biri ilə məqam üstünlüyünə görə) kin və düşmənçilik məşəli alovlandırılmadı. (Heç biri digərinə paxıllıq etmədiyinə görə aralarında düşmənçilik yaranmır.) Heyrət və sərgərdanlıq onlara aid olmadığına görə ürəklərində yer verdikləri Allahı tanımanı (heç kəs) onlardan oğurlaya bilməz. (Çünki heyranlıq və sərgərdanlığın mənşəyi ağılla xəyalın mübarizəsidir. Xəyal isə onlara yol tapa bilməz.) Allah-taalanın əzəməti və böyüklüyü sinələrinin ortasında yer tapıb (Allahdan başqa heç kəs ürəklərinə yol tapmayıb). (Şeytani) vəsvəsələr onlara tamah salmadığına görə düşüncələrinə hakim kəsilməyib (və qəlblərini çirkləndirməyib, onları Allahı yada salmaqdan çəkindirməyib). Mələklərin bir dəstəsi yağış dolu buludların arasında, böyük və uca dağlarda, yolların itirildiyi zülmətin qaranlığında yerləşiblər.28 Mələklərin bəzilərinin ayaqları torpağı deşib yerin ən son nöqtələrinə gedib çıxıb. Ayaqları hava və boş yerin arasındakı ağ bayrağa bənzəyir. Ayaqlarının altında onları çatdıqları və yerləşdikləri yerdə saxlayan xoşətirli külək vardır. Allaha ibadət və itatət onları hər şeydən saxlayıb və imanın həqiqətləri onlarla Allahı tanıma arasında vasitəçi olmuşdur. (Əqidələrinin gözəlliyi Allahı tanıyıb ibadət etmələrinə səbəb olmuşdur.) Allaha yəqinlkləri və inamları onları başqasına diqqət etməkdən daşındırmış, Allaha şövq və sevgilərinin çoxluğundan bütün diqqətləri Ona yönəlmişdir. İstədiklərini Ondan istəyirlər və başqa birisindən təvəqqeləri yoxdur. Allahı tanımağın şirinliyini dadmışlar və Ona məhəbbət, sevgi ilə dolu olan doydurucu camdan içmişlər. (Allah-taalanın qüdrət və əzəmətini bildiklərinə görə) Onun (əzabının) qorxusu ürəklərinin xallarına qədər kök atıb yer tutmuşdur. İbadət və itaətin çoxluğundan belləri bükülmüş, Ona rəğbət və meylin çoxluğu onların ahu-zarını sona yetirməmişdir. (Daima ibadətlə məşğuldurlar.) Məqam və rütbələrinin yüksəkliyi təvazökarlıq kəndirini boyunlarından açmamışdır (böyük məqamlarına rəğmən çox təvazökardırlar). Xudpəsəndlik və özündən razılıq onlara yol tapmayıb ki, öz ibadətlərini çox hesab etsinlər. Onların Haqqın cəlalı və böyüklüyü müqabilində ahu-zarları və təvazökarlıqları özlərinin gözəl əməllərini böyük saymalarına (ona əhəmiyyət vermələrinə) səbəb olmamışdır. İşdə (ibadət və bəndəlikdə) göstərdikləri səylərin çoxluğunun süstlüyü onlara hakim kəsilməmişdir.29 Onların Allahlarına olan rəğbətləri azalmır ki, Ona olan ümidlərə göz yumsunlar (və başqasına ürək bağlamırlar). Münacat və (Allah-taala ilə) razü-niyazlarının uzunluğu dillərinin ətrafını qurutmur, işlər onları məşğul etmir ki, pünhan səslər və Haqla olan razü-niyazları kəsilsin. İbadət və itaət üçün dayandıqları yerlərdə çiyinləri bir-birindən ayrılmır (hamılıqla çiyin-çiyinə ibadət sıralarına düzülüb Allaha ibadətlə məşğul olur və öz yerlərindən dönmürlər). (İbadətin əziyyətindən və itaətin çoxluğundan) rahatlıq və dinclik istəmirlər ki, Allah-taalanın əmr və fərmanından boyun qaçıraraq təqsirkar olsunlar. (Çünki əziyyət və rahatlıq heyvani məzacın tələbatlarındandır və mələklər belə sifətlərdən azaddır.) Onların (ibadətdə) qərar və səylərinə anlaşılmazlıq və unutqanlıq qalib gəlməz və məkr və yalan, aldadıcı şəhvətlər, nəfsi istəklər onların (itaətdəki) səy və zəhmətlərini yox edə bilməz. (Çünki mələklərin şəhvət qüvvəsi yoxdur ki, ona aldanaraq ibadətdən əl çəksinlər.) Ərş sahibini (Allah-taalanı) ehtiyac günü üçün ehtiyat saxlayrılar. Yaratdıqları ondan üz döndərib məxluqata üz tutduqları vaxt belə onların meyl və rəğbətləri Onadır. Ona ibadətin ən yüksək, son həddinə çatmırlar.30 Mələklərin Allaha ibadət və itaətlə məşğul olmaq şövqü və sevgisi onların qəlblərində olan məhəbbətdəndir. Bu məhəbbət onlardan heç vaxt ayrılmayan Onun rəhmətinə ümiddən və əzabının qorxusundan ibarətdir (həmişə xof və ümid içində olar və bir an belə ibadətdən ayrılmazlar). Onların nəzərində əzab xofunun və qorxusunun səbəbləri aradan getməyib ki, öz xidmət və səylərindən əl çəksinlər və süstləşib tənbəlləşsinlər. (Dünyəvi) tamahlar onları əsir etməyib ki, (dünyadakı) səy və zəhmətlərin çoxluğunu (əbədi axirət səadətini qazanmaq üçün olan) ciddi-cəhddən üstün tutsunlar. Öz etdikləri əməlləri və yerinə yetirdikləri ibadətləri böyük sanmadılar (ki, bu səbəbdən məğrurlaşaraq öz əməllərinin mükafatına ümid etsinlər). Əgər böyük sansaydılar, (ibadətələrinin mükafatına olan) ümidləri cürbəcür qorxu və xofu onlardan götürərdi. (Ancaq onlar həmişə qorxu və xof içindədirlər.) Şeytanın hakimiyyəti cəhətdən onların Allahları barədə ixtilafları olmamışdır. (Şeytan onları ələ keçirməyib ki, Allah-taala barədə bir-birinin ziddinə söz söyləsinlər.) Ayrılıqları və bir-birinə düşmənçiliyin pisliyi onları ayırmamışdır. Bir-birinə paxıllıq və kin onlara yaxın düşməmişdir. Cürbəcür şəkk və şübhələr onları dəstə-dəstə etməmiş, əzm və iradələr, qərarlar onları bir neçə yerə bölməmişdir. (Böyük əzm və iradələri Allaha ibadət və itaətə sərf olunur.) Mələklər imanın əsir-yesiridirlər. (Belə ki, ondan əl çəkib ilahi əmr və fərmanın ziddinə rəftar etmələri qeyri-mümkündür.) Meyl, (haqdan) dönmə, (ibadətdə) süstlük və tənbəllik onları imandan ayrı salmamışdır. Göy qatlarında bir qabıq yeri (qədər belə yer) yoxdur ki, orada səcdə edən bir mələk və ya tələsik (Allahın əmrini yerinə yetirməyə) çalışan, səy göstərən mələk olmasın. Allahlarına ibadətin və itaətin çoxluğu nəticəsində elmlərini və yəqinliklərini artırırlar. Allahlarının izzəti və qüdrəti qəlblərindəki əzəmət və böyüklüyü çoxaldır.31

Bu xütbənin bir hissəsində yerin yaradılması və su üzərinə sərilməsi bəyan edilir.32
(Allah-taala) yeri (yerin çoxunu) erkək dəvə öz dişisinə hücum edərkən həyəcanlandığı kimi çalxalanan (su) dalğaları arasında, köpüklənmiş və biri digərini itələyən əzəmətli dalğaları təlatümdə olan su ilə dolu dənizlərdə batırdı. Sonra təlatümlü su ona sərilən yerin ağırlığı altında həyəcan və dikbaşlıqdan əl çəkdi və təvazökarlıq yolunu seçdi. Yer onun içinə bataraq sərildikdə dalğanın həyacanı və enib-qalxması sakitləşdi. Öz çiyinləri ilə (ətrafları ilə) suyun üzərində çevrildikdə (yerləşdikdə) su (dalğaları) zəlil oldu və sındı (sakitləşdi). Dalğaları səs-küy və qovğadan sonra sakitləşərək məğlub oldu və boynunu cilovun dəmir halqalarına qoyaraq itaətcil oldu. (Qısası, torpağın suda yerləşməsindən sonra onun çalxalanması dayandı və dalğaları sakitləşdi.) Yer çox dalğalı suyun arasında yerləşib onu təkəbbür, qürrələnmək və böyüklükdən (öz dalğalarının coşub daşması nəticəsində səs-küy salmaqdan) saxladı. Sürətlə axmasına (altına-üstünə çevrilməsinə) mane oldu. Su yüngülləşmə və enişlərdən sonra öz yerinə oturdu. Boyun əyməmək və sıçrayışdan (bir-birinin üstünə çevrilməkdən) sonra yerin ətrafını bürüdü. Onun həyəcanı yerin aşağı nahiyələrində sakitləşdikdə Allah-taala böyük və uca dağları onun çiyinlərində (kənarlarında) yerləşdirdi. Yerin yuxarılarından su çeşmələrinin yolunu açdı və geniş çöllərə, onun ətrafına, yan-yörəsinə yaydı. Yerin hərəkətini bərk, böyük və hündür daş parçasından olan hərəkətsiz dağlara görə sabit etdi. Yer də dağların onun səthinin kənarlarına batması, dərinliklərinə sancılması, onun çökəklik və hündürlüklərində yerləşməsi nəticəsində hərəkətdən və silkələnmədən aramlıq tapdı. Allah-taala atmosferlə (göylə) yerin arasını geniş açaraq havanı onun sakinlərinin nəfəs alması üçün hazırladı. Yer əhlinin (onun üzərində yaşamaq üçün) bütün ehtiyaclarını ödəyən şeyləri yerdən çıxatdı (yerdə bitirdi). Sonra hündür olduğuna görə su çeşmələrinin enib çatmadığı və kiçik çayların yüksəkliklərinə yol tapmadığı bitkisiz torpaqları öz ixtiyarına buraxmadı. Onun ölmüşlərini diriltmək üçün havada yaranan buludu xəlq etdi ki, (yerə su versin) onun bitkilərini cücərtsin.33 Yer üzərinə yağmaq üçün hazır və bir-birindən aralı, dağınıq olan parlaq bulud parçalarını birləşdirdi. Beləliklə, çox sulu ağ buludlar təlatümə gələrək yağmağa hazır oldu. Dirildilmiş dairəvi buludların ətrafında Onun işığı parıldadı, işığı böyük ağ bulud parçaları ilə üst-üstə düşüb qurtarmamış dalbadal yağan buludları göndərdi. Ağırlığı səbəbindən aşağı enməyə meylli olan yağış yerə yaxınlaşdı və cənub küləyi buludu ardı-arası kəsilmədən hərəkət etdirərək yağışını çıxardı (heyvanların döşündən süd sağan kimi sağdı). Sonra bulud (ağır yüklü dəvə sinəsi üstə yerə çökən kimi) öz sinəsini və ətraflarını yerə söykədi (yağış yağdı). Özündə olan çoxlu suyu aşağı axıtdı. Allah-taala quru çöllərə otlar, boş dağlarda isə təzə-tər yaşıllıqlar bitirdi.34 Beləliklə, yer üzü zinət verilmiş çəmənlikləri ilə şadlanar (gözəl görünər), üzərində bitib və onu bəzəyən parlaq və təzə-tər tumurcuq və güllərlə fəxr edib öyünər (yam-yaşıl olar). Allah-taala həmin bitkiləri insanların azuqəsinə və heyvanların ruzisinə çevirdi, (istədikləri hər bir yerə gedib gəlmələri üçün) yerin ətrafında geniş yollar açdı. Yolların arasında gedib-gələnlər üçün (ulduzlar və dağlar kimi) əlamətlər, nişanələr qoydu (ki, ətraf aləmə yol tapa bilsinlər).35 Allah-taala yeri (hazır etdikdən) açdıqdan sonra insanı yaratmaqla öz əmrini yerinə yetirdi. Adəm əleyhis-salamı seçdi və onu bütün digər məxluqlarından üstün, fəzilətli etdi. Onu özünün ilk məxluqu edərək cənnətdə məskunlaşdırdı. Orada ruzisini bol etdi. Yeməyi qadağan olan şeyi ona tapşırdı, bu işi görməyinin günah və itaətsizlik olduğunu, məqamına təhlükə, ziyan vura biləcəyini ona öyrətdi. Allahın əvvəlcədən onun barəsində olan elmi gerçəkləşdi və sonra Adəm Allah-taalanın qadağan etdiyi işi gördü.36 Tövbə etdikdən sonra Allah yer üzünü onun nəsli ilə abadlaşdırmaq, onu (onunla olan və ya sonradan dünyaya gələcək) bəndələrinə höccət (dəlil-sübut) və (başlanğıca və məada) yolgöstərən etmək üçün Adəm əleyhis-salamı yerə endirdi. Onun ruhunu aldıqdan sonra insanları sübut və dəlillə möhkəmlənən “Allahı tanıma” məsələsində öz başlarına buraxmadı. Biri-birinin ardınca Onun əmrlərini çatdıran peyğəmbərlərinin, seçilmişlərinin dilindən göndərdiyi dəlil və sübutlarla onlardan əhd-peyman aldı. (Onları doğru yola yönəltdi.) Bu minvalla peyğəmbərimiz Mühəmməd (səlləllahu əleyhi və alih) vasitəsilə höccətini tamama yetirdi və üzrxahlıq yeri qoymadı. Bununla qorxutmalarına da son verdi.37 Ruziləri təyin etdi (ölçüsünü müəyyənləşdirdi), onu azaldıb çoxaltdı və (bəndələri arasında) azlıq və bolluqla böldü. Bu bölgüdə ədalətlə rəftar etdi (hər kəsə Öz hikmətinə və məsləhətinə uyğun, onun bacarığı müqabilində bağışladı) ki, ruzi qazanmağın asanlıq və çətinlikləri ilə istədiyi hər kimsəni sınağa çəksin, bununla da varlıların şükrünü və yoxsullarının səbrini yoxlasın. (Görsün ki, varlılar şükr, yoxsullar səbr edirmi?) Sonra ruzilərin bolluğunu yoxsulluq və pərişanlığın çətinliklərilə yanaşı qoydu. İnsanların sağlamlıqlarını qəfil xəstəliklərlə bağladı və böyük şadlıqları boğaz qurudan qüssə, kədərlərə çevirdi, (varlını kasıb, sağlamı xəstə və şadı qəmgin etdi). Ömürləri müəyyən edib bəzilərinə uzun, bəzilərinə isə qısa ömür verdi. Bəzilərini qabağa, bir dəstəsini təxirə saldı və ölümün (batmaq, yanmaq, xəstəlik, öldürülmək və bu kimi) səbəblərini yaratdı. Ölümü (quyudan su çəkən qab kimi ) ömürlərin kəndirlərini kəsənə və onların düyünlənmiş qısa iplərini qırana çevirdi (ki, ömürlərinin uzunluğuna ümidvar olan qüvvətli insanlar bilsinlər ki, ölüm güclü və zəif tanımır).
(İmam əleyhis-salam bu fəsildə dərin mənalı bəlağət və fəsahətin ən yüksək həddi olan sözlərlə Haqq-taalanın bütün növ məxluqlarından söz açaraq eşidənləri Allahın işlərinin xırdalıqlarını belə bilməsindən agah edir38 və buyurur:)
Allah-taala öz sirlərini gizlədənlərdən, bir-birilə yavaşdan danışanların gizli söhbətindən, zənn və gümanlarla ürəklərdə olan fikirlərdən, əminliklə çıxarılan qərarlardan, gözucu oğruncasına və yavaşca (başqası hiss etmədən) baxılan baxışlardan, ürəklərdə gizlənəndən (heç kəsin agah olmadığından), hicab və pərdələrlə örtülmüş (heç bir kəsə aşkar olmayan), görünməz şeylərdən qulaq dəliklərinin oğruncasına və yavaşdan eşitdiklərindən, yayda kiçik qarışqaların, qışda isə həşəratların və gəmiricilərin özünə yer tapdığı deşiklərdən xəbərdardır. Övladları ilə aralarına ayrılıq düşən qadınların (və ya dişi dəvələrin) ah-nalə səsləri və hönkürtülərindən, addımların ahəstə səsindən, meyvələrin ağacların damar və köklərinin qılaflarındakı yetişmə yerindən, dağların mağara və dərələrində heyvanların gizləndiyi yerlərdən, ağcaqanadların ağacların gövdə və qabıqlarında gizləndiyi yerlərdən, yarpaqların budaqlara (ağac budaqlarına) bitişdiyi yerdən də agahdır. Bellərdən çıxıb qanla qarışmış nütfələrin yerləşdiyi bətnləri, havada qabarmış buludları və onların birləşdiyi yeri, buludların üst-üstə yığıldığı yerdə yağış dənələrinin yağmasını, burulğanların yer üzünü örtdüyünü (toz-torpaq və çör-çöpü), yağışlardan törəmiş sellərin məhv etdiklərini (bina, imarət və bu qəbildən tikililəri), həşəratın qumsallıqlarda hərəkətini və batmasını, quşların uca dağların başındakı yuvalarını və xoşsəsli quşların qaranlıq yuvalarında nəğmə oxumalarını da bilir. Dənizdəki dalğaların yetişdirdiyi sədəflərin arasında olanlardan (ləl və mərcandan), gecə qaranlığının örtdüklərindən, yaxud günəşin üzərinə saçdıqlarından, ardı-arası kəsilmədən qaranlığın pərdələrindən və işıq üzərinə parıltıları düşənlərdən, hər addımın nişanəsindən və hər hərəkətin asta səsindən, hər sözün sədasından və hər dodağın tərpənməsindən xəbərdardır. Hər canlının yerini, hər zərrənin çəkisini, əzm və iradəsi olan hər nəfəsin səsini və hay-küyünü, meyvə ağaclarını və ya ağacdan düşən yarpaqları, yaxud bətnin və nütfənin yerləşdiyi və ya qanın toplaşıb bağlanaraq ət tikəsi kimi olduğu yeri və ya məxluqun surətinin yaranaraq doğulması kimi yer üzərində olan hər şeyi bilir. Bu elm və biliyin Ona (insanda olduğu kimi) məşəqqət və əziyyəti olmadı, yaratdıqlarını qoruyub-saxlamaqda heç bir maneə ilə üzləşmədi. Məxluqların işlərini idarə etməkdə yorulmadı, süstləşmədi, əksinə, Onun elmi bütün yaradılanları əhatə edir. Ədaləti onları bürüyüb, fəzl və kərəmini onların halına şamil edib. Onun məqamına layiq olan (Allahı tanıma, ibadət, nemətə şükr etmə və təşəkkürü) dərk etməyənlərin təqsirlərindən keçdi.39
(İmam əleyhis-salam Allaha həmd və şükr etmək, yaratdıqlarını vəsf etmək, əzəmətini və böyüklüyünü, kamal və cəlal sifətlərini bəyan etməklə başa saldı ki, Onu zahiri gözlə deyil, ürəyin gözü ilə görmək olar. O, Allaha münacat və razü-niyaz etmək niyyətilə ərz etdi:)
Allahım, Sənsən gözəl vəsflərə və sonsuz nemətləri sayılmağa layiq olan. Əgər Səni (lütf və kərəmini) arzulayırıqsa, Sən arzuladığımızdan daha yaxşı və daha üstünsən. Əgər Sənə (rəhmət və əfvinə) ümid ediriksə, Sən ümidlərimizdən daha əziz və daha böyüksən.40 İlahi, Sən elə bir şeydə (bəlağətli və aydın nitqdə) mənə qüdrət vermisən ki, onunla Səndən qeyrisini mədh edib Səndən başqa heç kəsə həmd-səna demərəm. Onunla bəhrəsiz və ümidsiz mövqelərə, şəkk və bədgüman yerlərə (məxluqun yanına) üz tutmaram. (Çünki onların özləri zavallı və möhtacdır.) İnsanların mədhindən və (Sənin nemətinlə) ərsəyə çatan məxluqlara tərif söyləməkdən dilimi saxlamısan. İlahi, hər məddah təriflənəndən muzd, haqq umar. Mən Sənin rəhmət azuqələri və əfv xəzinələrinə yol göstərmənə (əta etdiyin ən böyük mükafata) ümidvaram. Xudaya, bura (təzim və tövhidlə məşğul olduğum yer) Sənə xas olan vahidliklə Səni tanıyan və buna görə də şükr və sənaya Səndən qeyrisini layiq bilməyən kimsənin yeridir. (Deməli, hər kəsin minbərə çıxmağa və oradan hər sözü danışmağa ləyaqəti çatmaz.) Mənim yoxsulluq və ehtiyacımın da yolu Sənədir ki, onun bədbəxtliyini Sənin fəzl və ehsanından başqa (heç bir şeylə) ödəmək olmaz, onun çətinliyini Sənin səxavət və bəxşişindən qeyri heç nə aradan götürməz. (Sənin zikrinə məşğul olduğumuz) Belə bir məqamda, Öz razılığını bizə yetir, əllərimizi Səndən qeyrisinə doğru yönəltmə! Çünki Sən istədiyin hər şeyə qadirsən!

وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام

تعرف بخطبة الأشباح، و هي من جلائل خطبه عليه السلام، وكان سأله سائل أن يصف اللَّه حتى كأنه يراه عياناً، فغضب عليه السلام لذلك و فيها صفة اللَّه تعالى و صفات مخلوقاته و يختمها بالدعاء

وصف اللَّه تعالى
اَلْحَمْدُ للَّهِ الَّذِي لاَ يَفِرُهُ الْمَنْعُ وَالْجُمُودُ، وَ لاَ يُكْدِيهِ الْإِعْطَاءُ وَالْجُودُ؛ إِذْ كُلُّ مُعْطٍ مُنْتَقِصٌ سِوَاهُ، وَ كُلُّ مَانِعٍ مَذْمُومٌ مَا خَلاَهُ، وَ هُوَ الْمَنَّانُ بِفَوَائِدِ النِّعَمِ، وَ عَوَائِدِ الْمَزِيدِ وَ الْقِسَمِ، عِيَالُهُ الْخَلاَئِقُ، ضَمِنَ أَرْزَاقَهُمْ، وَ قَدَّرَ أَقْوَاتَهُمْ، وَ نَهَجَ سَبِيلَ الرَّاغِبِينَ إِلَيْهِ، وَ الطَّالِبِينَ مَا لَدَيْهِ، وَ لَيْسَ بِمَا سُئِلَ بِأَجْوَدَ مِنْهُ بِمَا لَمْ يُسْأَلْ. الْأَوَّلُ الَّذِي لَمْ يَكُنْ لَهُ قَبْلٌ فَيَكُونَ شَيْءٌ قَبْلَهُ، وَ الآخِرُ الَّذِي لَيْسَ لَهُ بَعْدٌ فَيَكُونَ شَيْءٌ بَعْدَهُ، وَ الرَّادِعُ أَنَاسِيَّ الْأَبْصَارِ عَنْ أَنْ تَنَالَهُ أَوْ تُدْرِكَهُ، مَا اخْتَلَفَ عَلَيْهِ دَهْرٌ فَيَخْتَلِفَ مِنْهُ الْحَالُ، وَ لاَ كَانَ فِي مَكَانٍ فَيَجُوزَ عَلَيْهِ الْاِنْتِقَالُ، وَ لَوْ وَهَبَ مَا تَنَفَّسَتْ عَنْهُ مَعَادِنُ الْجِبَالِ، وَ ضَحِكَتْ عَنُه أَصْدَافُ الْبِحَارِ، مِنْ فِلِزِّ اللُّجَيْنِ وَ الْعِقْيَانِ، وَ نُثَارَةِ الدُّرِّ وَ حَصِيدِ الْمَرْجَانِ، مَا أَثَّرَ ذلِكَ فِي جُودِهِ، وَ لاَ أَنْفَدَسَعَةَ مَا عِنْدَهُ، وَ لَكَانَ عِنْدَهُ مِنْ ذَخَائِرِ الْأَنْعَامِ مَا لاَ تُنْفِدُهُ مَطَالِبُ الْأَنَامِ، لِأَنَّهُ الْجَوَادُ الَّذِي لاَ يَغِيضُهُ سُؤَالُ السَّائِلِينَ وَ لاَ يُبْخِلُهُ إِلْحَاحُ الْمُلِحِّينَ

صفاته تعالى بالقرآن
فَانْظُرْ أَيُّهَا السَّائِلُ فَمَا دَلَّكَ الْقُرْآنُ عَلَيْهِ مِنْ صِفَتِهِ فَائْتَمَّ بِهِ، وَ اسْتَضِىءْ بِنُورِ هِدَايَتِهِ، وَ مَا كَلَّفَكَ الشَّيْطَانُ عِلْمَهُ مِمَّا لَيْسَ فِي الْكِتَابِ عَلَيْكَ فَرْضُهُ، وَ لاَ فِي سُنَّةِ النَّبِيِّ صلى الله عليه وآله وسلم وَ أَئِمَّةِ الْهُدَى أَثَرُهُ، فَكِلْ عِلْمَهُ إِلَى اللَّهِ سُبْحَانَهُ، فَإِنَّ ذلِكَ مُنْتَهَى حَقِّ اللَّهِ عَلَيْكَ. وَ اعْلَمْ أَنَّ الرَّاسِخِينَ فِي الْعِلْمِ هُمُ الَّذِينَ أَغْنَاهُمْ عَنِ اقْتِحَامِ السُّدَدِ الْمَضْرُوبَةِ دُونَ الْغُيُوبِ، الْإِقْرَارُ بِجُمْلَةِ مَا جَهِلْوا تَفْسِيرَهُ مِنَ الْغَيْبِ الَْمحْجُوبِ، فَمَدَحَ اللَّهُ - تَعَالَى - اعْتِرَافَهُمْ بِالْعَجْزِ عَنْ تَنَاوُلِ مَا لَمْ يُحِيطُوا بِهِ عِلْماً، وَ سَمَّى تَرْكَهُمُ التَّعَمُّقَ فِيَما لَمْ يُكَلِّفْهُمُ الْبَحْثَ عَنْ كُنْهِهِ رُسُوخاً، فَاقْتَصِرْ عَلَى ذلِك، وَ لا تُقَدِّرْ عَظَمَةَ اللَّهِ سُبْحَانَهُ عَلَى قَدْرِ عَقْلِكَ فَتَكُونَ مِنَ الْهَالِكِينَ. هُوَ الْقَادِرُ الَّذِي إِذَا ارْتَمَتِ الْأَوْهَامُ لِتُدْرِكَ مُنْقَطَعَ قُدْرَتِهِ، وَ حَاوَلَ الْفِكْرُ الْمُبَرَّأُ مِنْ خَطَرَاتِ الْوَسَاوِسِ أَنْ يَقَعَ عَلَيْهِ فِي عَمِيقَاتِ غُيُوبِ مَلَكُوتِهِ، وَ تَوَلَّهَتِ الْقُلُوبُ إِلَيْهِ، لِتَجْرِيَ فِي كَيْفِيَّةِ صِفَاتِهِ، وَ غَمَضَتْ مَدَاخِلُ الْعُقُولِ فِي حَيْثُ لاتَبْلُغُهُ الصِّفَاتُ لِتَنَاوُلِ عِلْمِ ذَاتِهِ، رَدَعَهَا وَ هِيَ تَجُوبُ مَهَاوِيَ سُدَفِ الْغُيُوبِ، مُتَخَلِّصَةً إِلَيْهِ - سُبْحَانَهُ - فَرَجَعَتْ إِذْ جُبِهَتْ مُعْتَرِفَةً بِأَنَّهُ لاَ يُنَالُ بِجَوْرِ الاِعْتِسَافِ كُنْهُ مَعْرِفَتِهِ، وَ لاَ تَخْطُرُ بِبَالِ أُولِي الرَّوِيَّاتِ خَاطِرَةٌ مِنْ تَقْدِيرِ جَلاَلِ عِزَّتِهِ  الَّذِي ابْتَدَعَ الْخَلْقَ عَلَى غَيْرِ مِثَالٍ امْتَثَلَهُ، وَ لاَ مِقْدَارٍ احْتَذَى عَلَيْهِ، مِنْ خَالِقٍ مَعْبُودٍ كانَ قَبْلَهُ، وَ أَرَانَا مِنْ مَلَكوُتِ قُدْرَتِهِ، وَ عَجَائِبِ مَا نَطَقَتْ بِهِ آثَارُ حِكْمَتِهِ، وَ اعْتِرَافِ الْحَاجَةِ مِنَ الْخَلْقِ إِلَى أَنْ يُقِيمَهَا بِمِسَاكِ قُوَّتِهِ، مَادَلَّنَا بِاضْطِرَارِ قِيَامِ الْحُجَّةِ لَهُ عَلَى مَعْرِفَتِهِ، فَظَهَرَتِ الْبَدَائِعُ الَّتِي أَحْدَثَهَا آثارُ صَنْعَتِهِ، وَ أَعْلاَمُ حِكْمَتِهِ، فَصَارَ كُلُّ مَا خَلَقَ حُجَّةً لَهُ وَ دَلِيلاً عَلَيْهِ، وَ إِنْ كَانَ خَلْقاً صَامِتاً، فَحُجَّتُهُ بِالتَّدْبِيرِ نَاطِقَةٌ، وَ دَلاَلَتُهُ عَلَى الْمُبْدِعِ قَائِمَةٌ وَ اَشْهَدُ أَنَّ مَنْ شَبَّهَكَ بِتَبَايُنِ أَعْضَاءِ خَلْقِكَ، وَ تَلاحُمِ حِقَاقِ مَفَاصِلِهِمِ الُْمحْتَجِبَةِ لِتَدْبِيرِ حِكْمَتِكَ، لَمْ يَعْقِدْ غَيْبَ ضَمِيرِهِ عَلَى مَعْرِفَتِكَ، وَ لَمْ يُبَاشِرْ قَلْبَهُ الْيَقِينُ بِأَنَّهُ لاَ نِدَّلَكَ، وَ كَأَنَّهُ لَمْ يَسْمَعْ تَبَرُّؤَ التَّابِعِينَ مِنَ الْمَتْبُوعِينَ إِذْ يَقُولُونَ: )تَاللَّهِ إِنْ كُنَّا لَفِي ضَلاَلٍ مُبِينٍ، إِذْ نُسَوِّيكُمْ بِرَبِّ الْعَالَمِينَ( كَذَبَ الْعَادِلُونَ بِكَ، إِذْ شَبَّهُوكَ بِأَصْنَامِهِمْ، وَ نَحَلُوكَ حِلْيَةَ الَْمخْلُوقِينَ بِأَوْهَامِهِمْ، وَ جَزَّأُوكَ تَجْزِئَةَ الُْمجَسَّمَاتِ بِخَوَاطِرِهِمْ، وَ قَدَّرُوكَ عَلَى الْخِلْقَةِ الُْمخْتَلِفَةِ الْقُوَى، بِقَرَائِحِ عُقُولِهِمْ، وَ أَشْهَدُ أَنَّ مَنْ سَاوَاكَ بِشَيْءٍ مِنْ خَلْقِكَ فَقَدْ عَدَلَ بِكَ، وَ الْعَادِلُ بِكَ كَافِرٌ بِمَا تَنَزَّلَتْ بِهِ مُحْكَمَاتُ آيَاتِكَ، وَ نَطَقَتْ عَنْهُ شَوَاهِدُ حُجَجِ بَيِّنَاتِكَ، وَ إِنَّكَ أَنْتَ اللَّهُ الَّذِي لَمْ تَتَنَاهَ فِي الْعُقُولِ، فَتَكُونَ فِي مَهَبِّ فِكْرِهَا مُكَيَّفَاً، وَ لاَ فِي رَوِيَّاتِ خَوَاطِرِهَا فَتَكُونَ مَحْدُوداً مُصَرَّفاً
 و منها: قَدَّرَ مَا خَلَقَ فَأَحْكَمَ تَقْدِيرَهُ، وَ دَبَّرَهُ فَأَلْطَفَ تَدْبِيرَهُ، وَ وَجَّهَهُ لِوِجْهَتِهِ فَلَمْ يَتَعَدَّ حُدُودَ مَنْزِلَتِهِ، وَ لَمْ يَقْصُرْدُونَ الاِنْتِهَاءِ إِلَى غَايَتِهِ، وَ لَمْ يَسْتَصْعِبْ إِذْ أُمِرَ بِالْمُضِيِّ عَلَى إِرَادَتِهِ، فَكَيْفَ وَ إِنَّمَا صَدَرَتِ الْأُمُورُ عَنْ مَشِيئَتِهِ؟ الْمُنْشِئُ أَصْنَافَ الْأَشْيَاءِ بِلاَ رَوِيَّةِ فِكْرٍ آلَ إِلَيْهَا، وَ لاَ قَرِيحَةِ غَرِيزَةٍ أَضْمَرَ عَلَيْهَا، وَلاَ تَجْرِبَةٍ أَفَادَهَا مِنْ حَوَادِثِ الدُّهُورِ، وَ لاَ شَرِيكٍ أَعَانَهُ عَلَى ابْتِدَاعِ عَجَائِبِ الْأُمُورِ، فَتَمَّ خَلْقُهُ بِأَمْرِهِ، وَ أَذْعَنَ لِطَاعَتِهِ، وَ أَجَابَ إِلَى دَعْوَتِهِ، لَمْ يَعْتَرِضْ دُونَهُ رَيْثُ الْمُبْطِىءِ، وَ لاَ أَنَاةُ الْمُتَلَكِّىءِ، فَأَقَامَ مِنَ الْأَشْيَاءِ أَوَدَهَا، وَ نَهَجَ حُدُودَهَا، وَ لاَءَمَ بِقُدْرَتِهِ بَيْنَ مُتَضَادِّهَا، وَ وَصَلَ أَسْبَابَ قَرَائِنِهَا، وَ فَرَّقَهَا أَجْنَاساً مُخْتَلِفَاتٍ فِي الْحُدُودِ وَ الْأَقْدَارِ، وَ الْغَرَائِزِ وَ الْهَيْئَاتِ، بَدَايَا خَلاَئِقَ أَحْكَمَ صُنْعَهَا، وَ فَطَرَهَا عَلَى مَا أَرَادَ وَ ابْتَدَعَهَا

و منها في صفة السماء
وَ نَظَمَ بِلاَ تَعْلِيقٍ رَهَوَاتِ فُرَجِهَا، وَلاَحَمَ صُدُوعَ انْفِرَاجِهَا، وَ وَشَّجَ بَيْنَهَا وَ بَيْنَ أَزْوَاجِهَا. وَ ذَلَّلَ لِلْهَابِطِينَ بِأَمْرِهَ، وَ الصَّاعِدِينَ بِأَعْمَالِ خَلْقِهِ، حُزُونَةَ مِعْرَاجِهَا، وَ نَادَاهَا بَعْدَ إِذْ هِيَ دُخَانٌ، فَالْتَحَمَتْ عُرَى أَشْرَاجِهَا، وَ فَتَقَ بَعْدَ الْاِرْتِتَاقِ صَوَامِتَ أَبْوَابِهَا، وَ أَقَامَ رَصَداً مِنَ الشُّهُبِ الثَّوَاقِبِ عَلَى نِقَابِهَا، وَ أَمْسَكَهَا مِنْ أَنْ تَمُورَ فِي خَرْقِ الْهَوَاءِ بِأَيْدِهِ، وَ أَمَرَهَا أَنْ تَقِفَ مُسْتَسْلِمَةً لِأَمْرِهِ، وَ جَعَلَ شَمْسَهَا آيَةً مُبْصِرَةً لِنَهَارَها، وَ قَمَرَهَا آيَةً مَمْحُوَّةً مِنْ لَيْلِهَا، وَ أَجْرَاهُمَا فِي مَنَاقِلِ مَجْرَاهُمَا، وَ قَدَّرَ سَيْرَهُمَا فِي مَدَارِجِ دَرَجِهِمَا لِيُمَيِّزَ بَيْنَ اللَّيْلِ وَ النَّهَارِ بِهِمَا، وَ لِيُعْلَمَ عَدَدُ السِّنِينَ وَ الْحِسَابُ بِمَقَادِيرِهِمَا، ثُمَّ عَلَّقَ فِي جَوِّهَا فَلَكَهَا، وَ نَاطَ بِهَا زِيَنَتَهَا، مِنْ خَفِيَّاتِ دَرَارِيِّهَا وَ مَصَابِيحِ كَوَاكِبِهَا، وَ رَمَى مُسْتَرِقِي السَّمْعِ بِثَوَاقِبِ شُهُبِهَا، وَ أَجْرَاهَا عَلَى إِذْلاَلِ تَسْخِيرِهَا مِنْ ثَبَاتِ ثَابِتِهَا،وَ مَسِيرِ سَائِرِهَا، وَ هُبُوطِهَا وَ صُعُودِهَا، وَ نُحُوسِهَا وَ سُعُودِهَا

و منها في صفة الملائكة
ثُمَّ خَلَقَ سُبْحَانَهُ لِإِسْكَانِ سَموَتِهِ، وَ عِمَارَةِ الصَّفِيح الْأَعْلَى مِنْ مَلَكُوتِهِ، خَلْقاً بَدِيعاً مِنْ مَلائِكَتِهِ، وَ مَلَأَبِهِمْ فُرُوجَ فِجَاجِهَا، وَحَشَا بِهِمْ فُتُوقَ أَجْوَائِهَا، وَ بَيْنَ فَجَوَاتِ تِلْكَ الْفُرُوجِ زَجَلُ الْمُسَبِّحِينَ مِنْهُمْ فِي حَظَائِرِ الْقُدْسِ، وَ سُتُرَاتِ الْحُجُبِ، وَ سَرَادِقَاتِ الَْمجْدِ، وَ وَرَاءَ ذلِكَ الرَّجِيجِ الَّذِي تَسْتَكُّ مِنْهُ الْأَسْمَاعُ سُبُحَاتُ نُورٍ تَرْدَعُ الْأَبْصَارَ عَنْ بُلُوغِهَا، فَتَقِفُ خَاسِئَةً عَلَى حُدُودِهَا. وَ أَنْشَأْهُمْ عَلَى صُوَرٍ مُخْتَلِفَاتٍ، وَ أَقْدَارٍ مُتَفَاوِتَاتٍ، أُولِي أَجْنِحَةٍ تُسَبِّحُ جَلاَلَ عِزَّتِهِ، لاَ يَنْتَحِلُونَ مَا ظَهَرَ فِي الْخَلْقِ مِنْ صُنْعِهِ، وَ لاَ يَدَّعُونَ أَنَّهُمْ يَخْلِقُونَ شَيْئاً مَعَهُ مِمَّا انْفَرَدَ بِهِ، بَلْ عِبَادٌ مُكْرَمُونَ -لاَ يَسْبِقُونَهُ بِالْقَوْلِ وَ هُمْ بِأَمْرِهِ يَعْمَلُونَ- جَعَلَهُمُ اللَّه فِيَما هُنَالِكَ أَهْلَ الْأَمَانَةِ عَلَى وَحْيِهِ، وَ حَمَّلَهُمْ إِلَى الْمُرْسَلِينَ وَدَائِعَ أَمْرِهِ وَ نَهْيِهِ، وَ عَصَمَهُمْ مِنْ رَيْبِ الشُّبُهَاتِ، فَمَا مِنْهُمْ زَائِغٌ عَنْ سَبِيلِ مَرْضَاتِهِ. وَ أَمَدَّهُمْ بِفَوَائِد الْمَعُونَةِ، وَ أَشْعَرَ قُلُوبَهُمْ تَوَاضُعَ إِخْبَاتِ السَّكِينَةِ، وَ فَتَحَ لَهُمْ أَبْوَاباً ذُلُلاً إِلَى تَمَاجِيدِهِ، وَ نَصَبَ لَهُمْ مَنَاراً وَاضِحَةً عَلَى أَعْلاَمِ تَوْحِيدِهِ، لَمْ تُثْقِلْهُمْ مُوصِرَاتُ الْآثَامِ، وَ لَمْ تَرْتَحِلْهُمْ عُقَبُ اللَّيَالِي وَ الْأَيَّام وَ لَمْ تَرْم الشُّكُوكُ بِنَوَازِعِهَا عَزِيمَةَ إِيمَانِهِمْ، وَ لَمْ تَعْتَرِكِ الظُّنُونُ عَلَى مَعَاقِدِ يَقيِنِهِمْ، وَ لاَ قَدَحَتْ قَادِحَةُ الْإِحَنِ فِيَما بَيْنَهُمْ، وَ لاَ سَلَبَتْهُمُ الْحَيْرَةُ مَا لاَقَ مِنْ مَعْرِفَتِهِ بِضَمَائِرِهِمْ، وَ مَا سَكَنَ مِنْ عَظَمَتِهِ وَ هَيْبَةِ جَلاَلَتِهِ فِي أثْنَاءِ صُدُورِهِمْ، وَ لَمْ تَطْمَعْ فِيهِمُ الْوَسَاوِسُ فَتَقْتَرِعَ بِرَيْنِهَا عَلَى فِكْرِهِمْ. وَ مِنْهُمْ مَنْ هُوَ فِي خَلْقِ الْغَمَامِ الدُّلَّحِ وَ فِي عِظَمِ الْجِبَالِ الشُّمَّخِ، وَ فِي قَتْرَةِ الظَّلاَمِ الْأَبْهَمِ، وَ مِنْهُمْ مَنْ خَرَقَتْ أَقْدَامُهُمْ تُخُومَ الْأَرْضِ السُّفْلَى، فَهِيَ كَرَايَاتٍ بِيْضٍ قَدْ نَفَذَتْ فِي مَخَارِقِ الْهَوَاءِ، وَ تَحْتَهَا رِيحٌ هَفَّافَةٌ تَحْبِسُهَا عَلَى حَيْثُ انْتَهَتْ مِنَ الْحُدُودِ الْمُتَنَاهِيَةِ، قَدِ اسْتَفْرَغَتْهُمْ أَشْغَالُ عِبَادَتِه، وَ وَصَلَتْ حَقَائِقُ الْإِيمَانِ بَيْنَهُمْ وَ بَيْنَ مَعْرِفَتِهِ، وَ قَطَعَهُمُ الْإِيقَانُ بِهِ إلَى الْوَلَهِ إِلَيْهِ، وَ لَمْ تُجَاوِزْ رَغَبَاتُهُمْ  مَا عِنْدَهُ إِلَى مَا عِنْدَ غَيْرِهِ. قَدْ ذَاقُوا حَلاَوَةَ مَعْرِفَتِهِ، وَ شَرِبُوا بِالْكَأْسِ الرَّوِيَّةِ مِنْ مَحَبَّتِهِ، وَ تَمَكَّنَتْ مِنْ سُوَيْدَاءِ قُلُوبِهِمْ، وَ شِيجَةُ خِيفَتِهِ، فَحَنَوْا بِطُولِ الطَّاعَةِ اعْتِدَالَ ظُهُورِهِمْ، وَ لَمْ يُنْفِذْ طُولُ الرَّغْبَةِ إِلَيْهِ مَادَّةَ تَضَرُّعِهِمْ، وَ لاَ أَطْلَقَ عَنْهُمْ عَظِيمُ الزُّلْفَةِ رِبَقَ خُشُوعِهِمْ، وَ لَمْ يَتَوَلَّهُمُ الْإِعْجَابُ فَيَسْتَكْثِرُوا مَا سَلَفَ مِنْهُمْ، وَ لاَ تَرَكَتْ لَهُمُ اسْتِكَانَةُ الْإِجْلاَلِ، نَصِيباً فِي تَعْظِيم حَسَنَاتِهِمْ، وَ لَمْ تَجْرِ الْفَترَاتُ فِيهِمْ عَلَى طُولِ دُؤُوبِهِمْ، وَ لَمْ تَغَضْ رَغَبَاتُهُمْ، فَيُخَالِفُوا عَنْ رَجَاءٍ رَبِّهِمْ، وَ لَمْ تَجِفَّ لِطُولِ الْمُنَاجَاةِ أَسَلاَتُ أَلْسِنَتِهِمْ، وَ لاَ مَلَكَتْهُمْ الْأَشْغَالُ فَتَنْقَطِعَ بِهَمْسِ الْجُؤارِ إلَيْهِ أَصْوَاتُهُمْ، وَ لَمْ تَخْتَلِفْ فِي مَقَاوِمِ الطَّاعَةِ مَنَاكِبُهُمْ، وَ لَمْ يَثْنُوا إِلَى رَاحَةِ التَّقْصِيرِ فِي أَمْرِهِ رِقَابَهُمْ، وَ لاَ تَعْدُو عَلَى عَزيِمَةِ جِدِّهِمْ بَلاَدَةُ الْغَفَلاَتِ، وَ لاَ تَنْتَضِلُ فِي هِمَمِهِمْ خَدَائِعُ الشَّهَوَاتِ. قَدِ اتَّخَذُوا ذَا الْعَرْشِ ذَخِيرَةً لِيَوْمِ فَاقَتِهِمْ. وَ يَمَّمُوهُ عِنْدَ انْقِطَاعِ الْخَلْقِ إِلَى الَْمخْلُوقِينَ بِرَغْبَتِهِمْ، لا يَقْطَعُونَ اَمَدَ غايَةِ عَبادَتِهِ، و لا يَرْجِعُ بِهُم الاسْتِهَتارُ بِلُزُومَ طاعَتِهِ إِلاَّ إِلَى مَوَادَّ مِنْ قُلُوبِهِمْ غَيْرِ مُنْقَطِعَةٍ مِنْ رَجَائِهِ وَ مَخَافَتِهِ، لَمْ تَنْقَطِعْ أَسْبَابُ الشَّفَقَةِ مِنْهُمْ، فَيَنُوا فِي جِدِّهِمْ، وَ لَمْ تَأْسِرْهُمُ الْأَطْمَاعُ فَيُؤْثِرُوا وَشِيكَ السَّعْيِ عَلَى اجْتِهَادِهِمْ. لَمْ يَسْتَعْظِمُوا مَا مَضَى مِنْ أَعْمَالِهِمْ، وَ لَوِ اسْتعْظَمُوا ذلِكَ لَنَسَخَ الرَّجَاءَ مِنْهُمْ شَفَقَاتِ وَجَلِهِم، وَ لَمْ يَخْتَلِفُوا فِي رَبِّهِمْ بِاسْتِحْوَاذِ الشَّيْطَانِ عَلَيْهِمْ. وَلَمْ يُفَرِّقْهُمْ سُوءُ التَّقَاطُعِ، وَ لاَ تَوَلاَّهُمْ غِلُّ التَّحَاسُدِ، وَ لاَ تَشَعَّبَتْهُمْ مَصارِفُ الرِّيَبِ، وَ لاَ اقْتَسَمَتْهُمْ أَخْيَافُ الْهِمَمِ، فَهُمْ أُسَرَاءُ إِيمَانٍ لَمُ يَفُكَّهُمْ مِنْ رَبْقَتِهِ زَيْغٌ وَ لاَعُدُولٌ وَ لاَ وَنىً وَ لاَفتُورٌ، وَ لَيْسَ فِي أَطْبَاقِ السَّمَاءِ مَوْضِعُ إِهَابٍ، إِلاَّ وَعَلَيْهِ مَلَكٌ سَاجِدٌ، أَوْسَاعٍ حَافِدٌ، يَزْدَادُونَ عَلَى طُولِ الطَّاعَةِ بِرَبِّهِمْ عِلْماً، وَ تَزْدَادُ عِزَّةُ رَبِّهِمْ فِي قُلُوبِهِمْ عِظَماً

و منها في صفة الأرض و دحوها على الماء
كَبَسَ الْأَرْضَ عَلَى مَوْرِ أَمْوَاجٍ مُسْتَفْحِلَةٍ، وَ لُجَجِ بِحَارٍ زَاخِرَةٍ، تَلْتَطِمُ أَوَاذِيُّ أَمْوَاجِهَا، وَ تَصْطَفِقُ مُتَقَاذِفَاتُ أَثْبَاجِهَا، وَ تَرْغُو زَبَداً كَالْفُحُولِ عِنْدَ هِيَاجِهَا، فَخَضَعَ جِمَاحُ الْمَاءِ الْمُتَلاَطِمِ لِثِقَلِ حَمْلِهَا، وَ سَكَنَ هَيْجُ ارْتِمَائِهِ إِذْ وَطِئَتْهُ بِكَلْكَلِهَا، وَ ذَلَّ مُسْتَخْذِياً، إِذْ تَمَعَّكَتْ عَلَيْهِ بِكَواهِلِهَا، فَأَصْبَحَ بَعْدَ اصْطِخَابِ أَمْوَاجِهِ، سَاجِياً مَقْهُوراً، وَ فِي حَكَمَةِ الذُّلِّ مُنْقَاداً أَسِيراً، وَ سَكَنَتِ الْأَرْضُ مَدْحُوَّةً فِي لُجَّةِ تَيَّارِهِ، وَرَدَّتْ مِنْ نَخْوَةِ بَأْوِهِ وَ اعْتِلاَئِهِ، وَ شُمُوخِ أَنْفِهِ وَ سُمُوِّ غُلَوَائِهِ،وَ كَعَمَتْهُ عَلَى كِظَّةِ جَرْيَتِهِ، فَهَمَدَ بَعْدَ نَزَقَاتِهِ، وَ لَبَدَ بَعْدَ زَيَفَانِ وَ ثَبَاتِهِ. فَلَمَّا سَكَنَ هَيْجُ الْمَاءِ مِنْ تَحْتِ أَكْنَافِهَا، وَ حَمْلِ شَوَاهِقِ الْجِبَالِ الشٌّمَّخِ الْبُذَّخِ عَلَى أَكْتَافِهَا، فَجَّرَ يَنَابِيعَ الْعُيُونِ مِنْ عَرَانِينِ أُنُوفِهَا، وَ فَرَّقَهَا فِي سُهُوبِ بِيدِهَا وَ أخَادِيدِهَا، وَ عَدَّلَ حَرَكَاتِهَا بِالرَّاسِيَاتِ مِنْ جَلاَمِيدِها،وَ ذَوَاتِ الشَّنَاخِيبِ الشُّمِّ مِنْ صَيَاخِيدِهَا، فَسَكَنَتْ مِنَ الْمَيْدَانِ لِرُسُوبِ الْجِبَالِ فِي قِطَعِ أدِيِمِهَا، وَ تَغَلْغُلِهَا مُتَسَرِّبَةً فِي جَوْبَاتِ خَيَاشِيمِهَا، وَ رُكُوبِهَا أَعْنَاقَ سُهُولِ الْأَرَضِيْنَ وَ جَراثِيمِهَا، وَ فَسَحَ بَيْنَ الْجَوِّ وَ بَيْنَهَا، وَ أَعَدَّ الْهَوَاءَ مُتَنَسَّماً لِسَاكِنِهَا، وَ أَخْرَجَ إِلَيْهَا أَهْلَهَا عَلَى تَمَامِ مَرَافِقِهَا. ثُمَّ لَمْ يَدَعْ جُرُزَ الْأَرْضِ الَّتِي تَقْصُرُ مِيَاهُ الْعُيُونِ عَنْ رَوَابِيهَا، وَ لاَ تَجِدُ جَدَاوِلُ الْأَنْهَارِ ذَرِيعَةً إِلَى بُلُوغِهَا، حَتَّى أَنْشَأَلَهَا نَاشِئَةَ سَحَابٍ تُحْيِي مَوَاتَهَا، وَ تَسْتَخْرِجُ نَبَاتَهَا. أَلَّفَ غَمَامَهَا بَعْدَ افْتِرَاقِ لُمَعِهِ، وَ تَبَايُنِ قَزَعِهِ، حَتَّى إِذَا تَمَخَّضَتْ لُجَّةُ الْمُزْنِ فِيهِ، وَ الْتمَعَ بَرْقُهُ فِي كُفَفِهِ، وَ لَمْ يَنَمْ وَ مِيضُهُ فِي كَنَهْوَرِ رَبَابِهِ، وَ مُتَرَاكِمِ سَحَابِهِ، أَرْسَلَهُ سَحًّا مُتَدَارِكاً، قَدْ أَسَفَّ هَيْدَبُهُ تَمْرِيهِ الْجَنُوبُ دِرَرَ أَهَاضِيبِهِ وَ دُفْعَ شَآبِيبِهِ. فَلَمَّا أَلْقَتِ السَّحَابُ بَرْكَ بَوَانِيهَا، وَ بَعَاعَ مَا اسْتَقَلَّتْ بِهِ مِنَ الْعِبْءِ الْمحْمُولِ عَلَيْهَا، أَخْرَجَ بِهِ مِنْ هَوَامِدِ الْأَرْضِ النَّبَاتَ، وَ مِنْ زُعْرِ الْجِبَالِ الْأعْشَابَ، فَهِيَ تَبْهَجُ بِزِينَةِ رِيَاضِهَا، وَ تَزْدَهِي بِمَا أُلْبِسَتْهُ مِنْ رِيَطَ أَزَاهِيرِهَا، وَ حِلْيَةِ مَا سُمِطَتْ بِهِ مِنْ نَاضِرِ أَنْوَارِهِا، وَ جَعَلَ ذلِكَ بَلاَغاً لِلْأَنَام، وَرِزْقاً لِلْأَنْعَامِ، وَ خَرَقَ الْفِجَاجَ فِي آفَاقِهَا، وَ أَقَامَ الْمَنَارَ لِلسَّالِكِينَ عَلَى جَوَادِّ طُرُقِهَا فَلَمَّا مَهَدَ أَرْضَهُ، وَ أَنْفَذَ أَمْرَهُ، اخْتَارَ آدَمَعليه السلام، خِيرَةً مِنْ خَلْقِهِ، وَ جَعَلَهُ أَوَّلَ جِبِلَّتِهِ، وَ أَسْكَنَهُ جَنَّتَهُ، وَ أَرْغَدَ فِيهَا أُكُلَهُ وَ أَوْعَزَ إِلَيْهِ فِيَما نَهَاهُ عَنْهُ، وَ أَعْلَمَهُ أَنَّ فِي الْإِقْدَامِ عَلَيْهِ التَّعَرُّضَ لِمَعْصِيَتِهِ، وَ الُْمخَاطَرَةَ بِمَنْزِلَتِهِ؛ فَأَقْدَمَ عَلَى مَا نَهَاهُ عَنْهُ - مُوَافَاةً لِسَابِقِ عِلْمِهِ - فَأَهْبَطَهُ بَعْدَ التَّوْبَةِ، لِيَعْمُرَ أَرْضَهُ بِنَسْلِهِ، وَ لِيُقِيمَ الْحُجَّةَ بِهِ عَلَى عِبَادِهِ، وَ لَمْ يُخْلِهِمْ بَعْدَ أَنْ قَبَضَهُ، مِمَّا يُؤَكِّدُ عَلَيْهِمْ حُجَّةَ رُبُوبِيَّتِهِ، وَ يَصِلُ بَيْنَهُمْ وَ بَيْنَ مَعْرِفَتِهِ، بَل تَعَاهَدَهُمْ بِالْحُجَجِ عَلَى أَلْسُنِ الْخِيرَةِ مِنْ أَنْبِيَائِهِ، وَ مُتَحَمِّلِي وَدَائِعَ رِسَالاَتِهِ، قَرْناً فَقَرْناً؛ حَتَّى تَمَّتْ بِنَبِيِّنَا مُحَمَّدٍصلى الله عليه وآله وسلم - حُجَّتُهُ، وَ بَلَغَ الْمَقْطَعَ عُذْرُهُ وَ نُذُرُهُ. وَ قَدَّرَ الْأَرْزَاقَ فَكَثَّرَهَا وَ قَلَّلَهَا، وَ قَسَّمَهَا عَلَى الضِّيقِ وَالسَّعَةِ فَعَدَلَ فِيهَا لِيَبْتَلِيَ مَنْ أَرَادَ بِمَيْسُورِهَا وَ مَعْسُورِهَا، وَ لِيَخْتَبِرَ بِذلِكَ الشُّكْرَ وَ الصَّبْرَ مِنْ غَنِيِّهَا وَ فَقِيرِهَا. ثُمَّ قَرَنَ بِسَعَتِهَا عَقَابِيلَ فَاقَتِهَا، وَ بِسَلاَمَتِهَا طَوَارِقَ آفَاتِهَا، وَ بِفُرَجِ أَفْرَاحِهَا غُصَصَ أَتْرَاحِهَا. وَ خَلَقَ الْآجَالَ فَأَطَالَهَا وَ قَصَّرَهَا، وَ قَدَّمَهَا وَ أَخَّرَهَا، وَ وَصَلَ بِالمَوْتِ أَسْبَابَهَا، وَ جَعَلَهُ خَالِجاً لِأَشْطَانِهَا، وَ قَاطِعاً لِمَرَائِرِ أَقْرَانِهَا. عَالِمُ السِّرِّ مِنْ ضَمَائِرِ الْمُضْمِرِينَ، وَ نَجْوَى الْمُتَخَافِتِينَ، وَ خَوَاطِرِ رَجْمِ الظُّنُونِ، وَ عُقَدِ عَزِيمَاتِ الْيَقِينِ، وَ مَسَارِقِ إِيمَاضِ الْجُفُونِ وَ مَا ضَمِنَتْهُ أَكْنَانُ الْقُلُوبِ وَ غَيَابَاتُ الْغُيُوبِ، وَ مَا أَصْغَتْ لِاسْتِرَاقِهِ مَصَائِخُ الْأَسْمَاعِ، وَ مَصَائِفِ الّذرِّ، وَ مَشَاتِي الْهَوَامِّ،وَ رَجْ الْحَنِينِ مِنَ الْمُولَهَاتِ، وَ هَمْسِ الْأَقْدَامِ، وَ مُنْفَسَحِ الَّثمَرَةِ مِنْ وَلاَئِجِ غُلُفِ الْأَكْمَامِ، وَ مُنْقَمَعِ الْوُحُوشِ مِنْ غِيرَانِ الْجِبَالِ وَ أَوْدِيَتِهَا، وَ مُخْتَبَإِ الْبَعُوضِ بَيْنَ سُوقِ الْأَشْجَارِ وَ أَلْحِيَتِهَا، وَ مَغْرِزِ الْأَوْرَاقِ مِنَ الْأَفْنَانِ، وَ مَحَطِّ الْأَمْشَاجِ مِنْ مَسَارِبِ الْأَصْلاَبِ، وَ نَاشِئَةِ الْغُيُومِ وَ مُتَلاَحِمِهَا، وَ دُرُورِ قَطْرِ السَّحَابِ فِي مُتَرَاكِمِهَا، وَ مَا تَسْفِي الْأَعَاصِيرُ بِذُيُولِهَا، وَ تَعْفُو الْأَمْطَارُ بِسُيُولِهَا، وَ عَوْمِ بَنَاتِ الْأَرْضِ فِي كُثْبَانِ الرِّمَالِ، وَ مُسْتَقَرِّ ذَوَاتِ الْأَجْنِحَةِ بِذُرَى شَنَاخِيبِ الْجِبَالِ، وَ تَغْرِيدِ ذَوَاتِ الْمَنْطِقِ فِي دَيَاجِيرِ الْأَوْكارِ، وَ مَا أَوْعَبَتْهُ الْأَصْدَافُ، وَ حَضَنَتْ عَلَيْهِ أَمْوَاجُ الْبِحَارِ، وَ مَا غَشِيَتْهُ سُدْفَةُ لَيْلٍ أَوْ ذَرَّ عَلَيْهِ شَارِقُ نَهَارٍ، وَ مَا اعْتَقَبَتْ عَلَيْهِ أَطْبَاقُ الدَّيَاجِيرِ، وَ سُبُحَاتُ النُّورِ. وَ أَثَرِ كُلِّ خَطْوَةٍ، وَ حِسِّ كُلِّ حَرَكَةٍ، وَ رَجْعِ كُلِّ كَلِمَةٍ، وَ تَحْرِيكِ كُلِّ شَفَةٍ، وَ مُسْتَقَرِّ كُلِّ نَسَمَةٍ، وَ مِثْقَالِ كُلِّ ذَرَّةٍ، وَ هَمَاهِمِ كُلِّ نَفْسٍ هَامَّةٍ، وَ مَا عَلَيْهَا مِنْ ثَمَرِ شَجَرَةٍ، أَوْسَاقِطِ وَرَقَةٍ؛ أَوْ قَرَارَةِ نُطْفَةٍ، أَوْ نُقَاعَةِ دَمٍ وَ مُضْغَةٍ، أَوْ نَاشِئَةِ خَلْقٍ وَ سُلاَلَةٍ؛ لَمْ يَلْحَقْهُ فِي ذلِكَ كُلْفَةٌ، وَ لاَ اعْتَرَضَتْهُ فِي حِفْظِ مَا ابْتَدَعَ مِنْ خَلْقِهِ عَارِضَةٌ، وَ لاَ اعْتَوَرَتْهُ فِي تَنْفِيذِ الْأُمُورِ وَ تَدَابِيرِ الْمخْلُوقِينَ مَلاَلَةٌ وَ لاَ فَتْرَةٌ، بَلْ نَفَذَهُمْ عِلْمُهُ، وَ أَحْصَاهُمْ عَدَدُهُ، وَ وَسِعَهُمْ عَدْلُهُ، وَ غَمَرَهُمْ فَضْلُهُ، مَعَ تَقْصِيرِهِمْ عَنْ كُنْهِ مَا هُوَ أَهْلُهُ

دعاء
اللَّهُمَّ أَنْتَ أَهْلُ الْوَصْفِ الْجَمِيلِ، وَ التَّعْدَادِ الْكَثِيرِ، إِنْ تُؤَمَّلْ فَخَيْرُ مَأْمُولٍ، وَ إِنْ تُرْجَ فَخَيْرُ مَرْجُوٍّ. اللَّهُمَّ وَ قَدْ بَسَطْتَ لِي فِيَما لاَ أَمْدَحُ بِهِ غَيْرَكَ، وَ لاَ أُثْنِي بِهِ عَلَى أَحَدٍ سِوَاكَ، وَ لاَ أُوَجِّهُهُ إِلَى مَعَادِنِ الْخَيْبَةِ وَ مَوَاضِعِ الرِّيبَةِ، وَ عَدَلْتَ بِلِسَانِي عَنْ مَدَائِحِ الْآدَمِيِّينَ؛ وَ الثَّنَاءِ عَلَى الْمَرْبُوبِينَ الَْمخْلُوقِينَ. اللَّهُمَّ وَ لِكُلِّ مُثْنٍ عَلَى مَنْ أَثْنَى عَلَيْهِ مَثُوبَةٌ مِنْ جَزَاءٍ، أَوْ عَارِفَةٌ مِنْ عَطَاءٍ؛ وَ قَدْ رَجَوْتُكَ دَلِيلاً عَلَى ذَخَائِرِ الرَّحْمَةِ وَ كُنُوزِ الْمَغْفِرَةِ. اللَّهُمَّ وَ هذَا مَقَامُ مَنْ أَفْرَدَكَ بِالتَّوْحِيدِ الَّذِي هُوَ لَكَ، وَ لَمْ يَرَ مُسْتَحِقًّا لِهذِهِ الَْمحَامِدِ وَ الْمَمَادِحِ غَيْرَكَ؛ وَ بِي فَاقَةٌ إِلَيْكَ لاَ يَجْبُرُ مَسْكَنَتَهَا إِلاَّ فَضْلُكَ،وَ لاَ يَنْعَشُ مِنْ خَلَّتِهَا إِلاَّ مَنُّكَ وَجُودُكَ، فَهَبْ لَنَا فِي هذَا الْمَقَامِ رِضَاكَ، وَ أَغْنِنَا عَنْ مَدِّ الْأَيْدِي إِلَى سِوَاكَ؛ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قدِيرٌ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

91-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1      «Əşbah» sözü ərəbcə şəxslər deməkdir və bu xütbədə mələklərin, heyranedici məxluqatın təsnifatı verildiyinə, onların necə xəlq olunması bəyan edildiyinə görə belə adlandırılmışdır.
2     Çünki bəxşişi kəsmək ya yoxsulluq qorxusuna görə, ya da xəsislik və alçaqlığa görədir. Ancaq bəxşiş Allah-taalanın xəzinələrində kəm-kəsir yaratmaz ki, yoxsulluqdan qorxsun. Allah paxıllıq, xəsislik və bu kimi rəzil sifətlərdən pak, nöqsansız olduğuna görə Onun əta etməməsində bir hikmət və məsləhət var. Deməli, bəndələrinə nəyisə əta və ya qadağan etsə, hər iki halda bəxşişdir. Bir kişi imam Rza əleyhis-salamdan soruşdu ki, səxavətliliyin mənası nədir? O böyük şəxsiyyət buyurdu: «Sənin sözünün iki mənası var. Məxluq barədə soruşmuş olsan, səxavətli o şəxsdir ki, Allah ona vacib etdiyini yerinə yetirsin. Xəsis isə Allahın ona vacib etdiyi işlərdə xəsislik edəndir. Əgər Allahı nəzərdə tutursansa, O, səxavətlidir, istər əta etsin, istər etməsin. Əgər bəndəyə nəyisə əta edibsə, bəndənin ona haqqı çatıb və onda olmayıb. Əgər nəyisə qadağan edib verməyibsə, deməli, onun haqqı deyildi.
3     Çünki vacibul-vücudun səxavət sifəti mərhəmət və qüdrət sifəti kimidir, heç vaxt artıb-azalmaz. Belə olarsa, az bağışladığına qarşı xəsislik etmiş olar. Allah isə xəsislikdən pak və nöqsansızdır. Əgər kimsə ağzını açıb bir şey istəməsə belə, onun ehtiyacından xəbərsiz deyil. Hər kəsə onun istedad və qabiliyyətinə görə haqqı olan qədər verər. Ona görə bəndəyə Allahına dua edib ona daha çox bəxşiş və ehsan istəməsi əmr edilib ki, dua və istək bəndənin istedadının, qabiliyyətinin artaraq daha çox bəxşiş və ehsana layiq olmasına gətirib çıxarar.
4     Deyə bilmərik ki, axırdan öncə əvvəldir və ilkdən sonra axırdır. Çünki Onun zatında törəmə sifətləri yoxdur ki, onlardan bəziləri digərlərindən önə keçsin. Bu barədə altmış dördüncü xütbədə şərh verilib.
5     Çünki görünmək və başa düşülmək üçün Ona bir yer, məkan təsəvvür etmək mümkün deyil. Hər şeyə üstün, qalib olduğuna görə hissiyyata, idraka məğlub olmur. Qırx doqquzuncu xütbənin şərhində də bu mənaya toxunulmuşdur.
6     O, ruzigarı və məkanları xəlq edəndir. Onun Özü üçün halət və məkan dəyişikliyi qeyri-mümkündür.
7     Allaha həmd və şükr etdikdən sonra İmam əleyhis-salam sual verənə öz səhv və xətasını başa salmaq, Allah-taalaya layiq mədh və şükrləri ona, toplaşanlara və orada olmayanlara öyrətmək, onları Haqq-taalanın zatı və sifətləri barədə düşünməkdən çəkindirmək üçün sözünə davam verərək yuxarıdakıları buyurur.
8     Məsələn: Qurani-Kərimdə, hədislərdə Allah-taalanın «səmi», «bəsir», «əlim» və «cəvad», yəni, eşidən, görən, bilən və səxavətli olduğu göstərildiyinə görə bunları bilib inanmaq vacibdir. Ancaq Quranda, dua və hədislərdə Onun haqqında «lamis» və «zaiq», yəni, dadan və toxunub hiss edən sözləri işlədilmədiyinə görə bunları işlətmək düzgün deyil və onlara inanmaq haramdır. Qurani-Kərimin Əraf surəsinin 180-ci ayəsində buyurulur: «وَلِلّهِ الأَسْمَاء الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُواْ الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَآئِهِ سَيُجْزَوْنَ مَا كَانُواْ يَعْمَلُونَ» «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırın. Onun adları barəsində yolunu azanları, yəni, Ona layiq olmayan, Onun barəsində işlədilməsi və etiqad olunması doğru olmayan adlar və vəsflərlə adlandırıb vəsf edənləri tərk edin. Onlar tezliklə etdikləri əməllərin cəzasını alacaqlar.» Həzrət Sadiq əleyhis-salam buyurur: «Cəhalət və nadanlığına görə Allahın adlarını dəyişib Ona özündən adlar qoşan şəxs müşrik olar. Bilməz, bununla küfr edər və yaxşı iş gördüyünü sanar.» Qısası, Quran və hədislərdən çıxan nəticə budur ki, Allah-təalanın adları dəyişməzdir. Yəni, əqli cəhətdən doğru və mənalı olsa belə, Onu Quran, hədis və dualarda işlənməyən hər hansı bir adla adlandırmaq, vəsf etmək qadağan və haramdır.
9     Onlara «elm və bilikdə qüvvətli və mətanətli olanlar» deyə xitab edir. Çünki öz hədlərini aşmamışlar və həqiqətini, zatını dərk etməli olmadıqları şeylər barədə dərindən düşünmürlər. Qurani-Kərimin Ali-İmran surəsinin 7-ci ayəsində buyurulur: «هُوَ الَّذِيَ أَنزَلَ عَلَيْكَ الْكِتَابَ مِنْهُ آيَاتٌ مُّحْكَمَاتٌ هُنَّ أُمُّ الْكِتَابِ وَأُخَرُ مُتَشَابِهَاتٌ فَأَمَّا الَّذِينَ في قُلُوبِهِمْ زَيْغٌ فَيَتَّبِعُونَ مَا تَشَابَهَ مِنْهُ ابْتِغَاء الْفِتْنَةِ وَابْتِغَاء تَأْوِيلِهِ وَمَا يَعْلَمُ تَأْوِيلَهُ إِلاَّ اللّهُ وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِّنْ عِندِ رَبِّنَا وَمَا يَذَّكَّرُ إِلاَّ أُوْلُواْ الألْبَابِ» «Sənə Quran nazil edən Odur. Onun bir hissəsi aydın nişanələr və möhkəm, yəni, aydın və aşkar mənaya malik ayələrdir, digər qismi isə mütəşabih ayələrdir. Yəni, zahirinə əsasən mənası aydın olmayan ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar. Onların həqiqi izahını Allahdan və elmdə qüvvətli olanlardan başqa heç kəs bilməz. Halbuki elmdə qüvvətli olanlar onların izahını bilsələr də: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər. Onun kəlamında ziddiyyət tapılmaz».
10     Çünki Ondan əvvəl xaliq olmamışdı ki, surət yaratsın, ölçü əldə etsin və O da həmin surətə, əndazəyə əsasən məxluq yaratsın.
11     Sənin tək olan Allah olduğuna inanmır: Qurani-Kərimin Fussilət surəsinin 9-cu ayəsində buyurulur: «قُلْ أَئِنَّكُمْ لَتَكْفُرُونَ بِالَّذِي خَلَقَ الْأَرْضَ فِي يَوْمَيْنِ وَتَجْعَلُونَ لَهُ أَندَادًا ذَلِكَ رَبُّ الْعَالَمِينَ» «De ki, siz yeri iki gündə yaradan Allahı inkar edir, Ona şəriklər qoşursunuz? O ki aləmlərin Rəbbidir!
12     Qurani-Kərimin Bəqərə surəsinin 117-ci ayəsində buyurulduğu kimi: «بَدِيعُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ» Göyləri və yeri yaradan Odur. Bir işin yaranmasını istədiyi zaman ona yalnız «Ol!» deyər. O da dərhal olar.
13     Atmosferdə asılan kürələri onlarda yaratmış olduğu cazibə və dəf etmə qüvvəsi ilə bir-birilə əlaqələndirdi.
14     Qurani-Kərimin Fussilət surəsinin 11 və 12-ci ayələrində buyurulduğu kimi: «ثُمَّ اسْتَوَى إِلَى السَّمَاء وَهِيَ دُخَانٌ فَقَالَ لَهَا وَلِلْأَرْضِ اِئْتِيَا طَوْعًا أَوْ كَرْهًا قَالَتَا أَتَيْنَا طَائِعِينَ فَقَضَاهُنَّ سَبْعَ سَمَاوَاتٍ فِي يَوْمَيْنِ وَأَوْحَى فِي كُلِّ سَمَاء أَمْرَهَا وَزَيَّنَّا السَّمَاء الدُّنْيَا بِمَصَابِيحَ وَحِفْظًا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ» O, yer üzündə böyük dağlar yaratdıqdan sonra hikmət və məsləhətinə əsasən göyü yaratmaq qərarına gəldi. Bu zaman göy tüstü və buxar halında idi. O, göyə və yerə belə buyurdu: «istər-istəməz gəlin hazır olun» «göy və yer» «itaət edərək və boyun əyərək gəldik»-deyə cavab verdi. Allah səmaları yeddi (qat) göy olaraq iki gündə əmələ gətirdi. O, hər bir göyün işini, təbii hərəkətini özünə vəhy edib bildirdi. Biz dünya səmasını çıraqlarla, ulduzlarla bəzədik və hifz etdik. Bu, yenilməz qüdrət sahibi olan və hər bir şeyin hikmətini bilən Allahın təqdiridir» Burada bilmək lazımdır ki, Böyük Allahın göylərə və yerə əmri, onların cavabı, razılıqları və meylsizlikləri varlıqları yaratmaqda Onun heç bir zəhmətə, məşəqqətə düşmədiyini, yalnız Onun iradə və istəyi ilə yarandıqlarını güc və qüdrətini göstərmək üçündür. Necə ki, Yasin surəsinin 82-ci ayəsində buyurulub: إِنَّما أمْرُهُ إِذا أرادَ شَيْئًا أنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ  «Bir şeyi yaratmaq istədiyi zaman Allahın buyuruğu ona ancaq «Ol!»-deməkdir. O da dərhal olar».
15     Rəhmətin nazil olması və yağış üçün.
16     Qurani-Kərimin Ənbiya surəsnin 30-cu ayəsində buyurulur: «أَوَلَمْ يَرَ الَّذِينَ كَفَرُوا أَنَّ السَّمَاوَاتِ وَالْأَرْضَ كَانَتَا رَتْقًا فَفَتَقْنَاهُمَا وَجَعَلْنَا مِنَ الْمَاء كُلَّ شَيْءٍ حَيٍّ أَفَلَا يُؤْمِنُونَ» «Məgər kafir olanlar, Allaha və peyğəmbərə iman gətirməyənlər göylə yer yağışın yağmağı, bitkilərin bitməyi üçün bağlı ikən Bizim onları açdığımızı, hər bir canlının həyat və varlığını sudan yaratdığımızı görməyiblərmi, bilmirlərmi? Bu tövhid nişanələrini gördükdən sonra yenə də iman gətirməzlər?» Hədisdə buyurulur ki, bir nəfər bu surənin təfsiri barədə imam Mühəmməd Baqir əleyhis-salamdan soruşduqda İmam buyurdu: «Sən bəlkə də səmanın yerə bitişik olduğunu və sonradan ayrıldığını güman edirsən?» Həmin şəxs dedi: «Bəli». Həzrət buyurdu: «Bu səhv əqidənə görə Allahdan bağışlanmağını dilə. Çünki Allah-taalanın «səma və yer bağlı idi» buyurmasının mənası budur ki, göylər yağdırmır və yerlər isə bitirmirdi. Allah-təala məxluqatı yaradıb, canlıları yer üzündə yaydıqdan sonra göyləri yağış və yerləri bitirmələri üçün açdı. Sual soruşan şəxs dedi: «Şəhadət verirəm ki, sən Peyğəmbər övladlarındansan və onların bildiklərini bilirsən.»
17     Qurani-Kərimin Həcc surəsinin 65-ci ayəsində buyurulduğu kimi:وَيُمْسِكُ السَّماءَ أنْ تَقَعَ عَلَى الْأرْضِ إِلاّ بِإذْنِهِ «Məgər Allahın izni olmadan yerə düşə bilməməsi üçün göyü tutub saxladığını görmürsənmi, bilmirsənmi?» Yəni, istəsə, yerə düşər.
18     Necə ki, Qurani-Kərimin Rum surəsinin 25-ci ayəsində buyurulur: وَ مِنْ اياتِهِ أنْ تَقُومَ السَّماءُ وَ الْأرْضُ بِأمْرِهِ «Onun əmri və iradəsi ilə səmanın sütunsuz, yerin isə suyun üzərində sabit durması da Onun qüdrət əlamətlərindəndir.
19     Qurani-Kərimin Yasin surəsinin 38 və 39-cu ayələrində buyurulur: «وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَّهَا ذَلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّى عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ  » «Günəş özü üçün müəyyən olunmuş yerdə hərəkət edər. Onun hərəkətini, yenilməz qüvvə sahibi olan və bilən Allah müəyyənləşdirmişdir. Biz ay üçün də mənzillər müəyyən etdik. Nəhayət, o, həmin mənzilləri başa vurduqdan sonra dönüb xurma ağacının quru və əyri budağı kimi hilal şəklində olar. Günəşi və ayı gecə-gündüzün əlaməti etdi.
20     Qurani-Kərim İsra surəsinin 12-ci ayəsində buyurur: «وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُواْ فَضْلاً مِّن رَّبِّكُمْ وَلِتَعْلَمُواْ عَدَدَ السِّنِينَ وَالْحِسَابَ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلاً» Biz gecə və gündüzü qüdrətimizə dəlalət edən iki əlamət təyin etdik. Gecə əlamətini (onun nurunu) məhv etdik, gündüz əlamətini isə işıqlı etdik ki, məişətinizin yaxşılaşmasını Rəbbinizdən diləyəsiniz, illərin sayını və işlərin hesabını biləsiniz. Biz ehtiyacınız olan din və dünya işlərində hər şeyi səhvsiz şəkildə bəyan etdik.
21      Şeytanlar səmadakı vəziyyətlə, mələklərin əhvalı ilə tanış olmaq, sirlərini əldə etmək üçün göyə qalxardılar. Bu cümlə əvvəl buyurduğu «Parlaq ulduzlardan göylərə gözətçi qoydu» cümləsini izah edir. Bu, həmin cümlənin təkrarı deyil, burada Qurani-Kərimin Hicr surəsinin 16-18-ci ayələrində buyurulan mətləbə işarə olunur: « وَلَقَدْ جَعَلْنَا فِي السَّمَاء بُرُوجًا وَزَيَّنَّاهَا لِلنَّاظِرِينَ وَحَفِظْنَاهَا مِن كُلِّ شَيْطَانٍ رَّجِيمٍ إِلاَّ مَنِ اسْتَرَقَ السَّمْعَ فَأَتْبَعَهُ شِهَابٌ مُّبِينٌ» «Biz səmada bürclər və ulduzların hərəkəti üçün mənzillər yaratdıq, onu günəşin, ayın və ulduzların nuru ilə bəzədik ki, ona baxanlar ibrətlə yaradanın güc və qüdrət nişanələrinə nəzər salsınlar, Onun tək və şəriksiz olduğunu dərk etsinlər. Onu Allah dərgahında qovulmuş, bütün şeytanların yuxarı qalxmasından qorudu. Lakin şeytanlardan hər hansı biri səmavi xəbərləri eşitmək üçün xəlvəti yolla yuxarı qalxsa, bir parlaq, axan ulduz onu təqib edər və onu yandırar.
22     Bu cümlə Qurani-Kərimin Əraf surəsinin 54-cü ayəsində buyurulana işarədir: «إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلاَ لَهُ الْخَلْقُ وَالأَمْرُ تَبَارَكَ اللّهُ رَبُّ الْعَالَمِينَ» «Həqiqətən Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaratmaq qərarına gələn, qüdrətinin nişanəsi olan gündüzün işıqını öz zülməti ilə bürüyən və onu sürətlə təqib edən gecəni, günəşi, ayı və ulduzları əmrinə tabe edən Allahdır. Bilin ki, məxluqatı yaratmaq da, «maddə və müddətsiz» bir şeyin yaranmasına iradə və əmr etmək də Ona məxsusdur.» Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür! Burada ulduzların uğurlu və uğursuz olmaması, yəni, dünyada pis və yaxşı işlərin baş verməsi dedikdə onların bir-bir ilə olan bağlılığı nəzərdə tutulur. Məsələn, ərzaqın, məhsulun bolluğuna səbəb olan yağışın lazım olan vaxt yağması kimi, bəzən yaxşılığa, bəzən xeyrə yağmaması nəticəsində əhaliyə qəhətlik kimi çətinliklərin üz verməsi nəzərdə tutulur. Lakin bilmək lazımdır ki, onların nəhsliyi və ya uğurluluğunun işlərə təsiri yoxdur. Quraqlıq illərində də bol ərzağın olması və əksinə, yağışın vaxtında yağdığı illərdə də məişətdə sıxıntıların olması çox baş vermişdir. Deməli, yalnız Allahın iradə və istəyinin işlərə təsir etdiyinə etiqad olunmalıdır. İmam əleyhis-salam da xəvariclə döyüşə gedərkən bu mətləbi Əşəs ibn Qeysin qardaşı Əfifə demişdir və bu barədə yetmiş səkkizinci xütbənin şərhində verilmişdir. Ayələri, hədisləri bu günkü elmləri təhqiq etdikdən, böyük elm və fəzilət sahibləri, ustadlarla bəhsdən sonra dediyim və xatırlatmağı lazım bildiyim məqam budur ki, yeddiqat səmaların, göydən asılmış kürələrin, asteroid və parlaq ulduzlar, şeytanların dinləməsi, ulduzların batıb doğması və digər bu kimi məsələlərin həqiqətini bilmək üçün ilahi tərəfindən hər bir elm öyrədilmiş peyğəmbərlər və vəsiləri əleyhimus-salamların buyurduqlarının doğruluğunu, düzlüyünü təsdiq və etiqad etmək, dediklərinin zahiri mənasına inanmaq lazımdır. Çünki naqis əqillərlə varlıqların həqiqətini dərk etmək istəsək və ya müxtəlif fikirləri və cürbəcür sözləri bir-birinə uyğunlaşdırsaq, bir yerə çıxmaq gücündə olmayacağıq. Azğınlıq vadisində heyran, sərgərdan qalacaq, heç bir nəticə əldə etməyəcəyik. (وَاللهُ العالِمُ بِحَقايقِ مُلْكِهِ وَ مَلَكُوتِهِ)
23     İbn Əbil-Hədid «Nəhcül-Bəlağənin şərhi» kitabında bu hissədə haqqa və həqiqətə uyğun olaraq yazır: إِذَا جاءَ نَهْرُ اللهِ بَطَلَ نَهْرُ مَعْقِل «Burada Allahın çayı axsa, Bəsrədə bir arx olan Məqil çayı quruyub öz əhəmiyyətini itirər». Bu rəbbani kəlam və müqəddəs söz, yəni, Allahın bəyəndiyi, hər eybdən uzaq olan İmam əleyhis-salamın sözləri ərsəyə gəldikdə ərəbin bəlağəti məhv oldu. Yəni, o Həzrətin buyurduqlarını dərindən düşündükdən sonra ərəblərin fəsahətli və bəlağətli olduğunu söyləmək olmaz. Ərəb bəlağətçilərinin kəlamının o Həzrətin sözləri ilə fərqi torpaqla xalis qızılın fərqi qədərdir. Ərəblərin də bu sözlərə yaxın və münasib bəlağətli sözlər bəyan edə bildiklərini fərz etsək, belə dərin mənaları necə başa düşə və üstəlik həmin mənaları belə sözlərlə izah edə bilərdilər?! Yalnız cahiliyyət dövrünün deyil, həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələri və müasirləri olan ərəblər səmalara aid olan belə çətin mənaları necə başa düşə bilərdilər ki, həmin mənaları bəyan etmək üçün belə kəlamlar işlətsinlər? Çünki cahiliyyət dövründə ərəblərin fəsahəti yalnız dəvə, at, dağ uzunqulağı, səhra inəyi və ya ucsuz-bucaqsız çöllər və səhralar və buna bənzərlərin vəsfindən ibarət idi. Yəni, onlar belə mürəkkəb mənaların özünü qavramadıqları halda onu bəlağətli sözlərlə ifadə edə bilməzdilər. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabəsi və müasirləri olan, bəlağətləri ilə məşhurlaşan ərəblərin fəsahətinin ən yüksək həddi iki və ya üç sətirdən çox olmazdı. O da mütləq ölümün xatırlandığı, dünyanın məzəmmət olunduğu moizə və öyüd-nəsihət mövzusunda, ya da döyüşə təşviq, düşməni qorxutmaq və cihada getməməkdən bəhs edən müharibə mövzusunda olardı. Onlar mələklərin növü və sifətləri, ibadətləri, təsbih etmələri, Yaradan haqqında bilikləri şövq və məhəbbətləri və hazırki fəsildə ətraflı bəhs olunan bu kimi məsələləri bilmirdilər. Bəli, böyük Quranın mələklər barədə buyurduğu cümlələrini eşidib tanış olmuşdular. Amma İmam əleyhis-salamın buyurduğu qədər ətraflı məlumatları yox idi. Lakin bu mənalarla tanış olan Abdullah ibn Salam, Üməyyə ibn Əbi əs-Səlt və başqa şəxslərin belə bəlağətli söz demək qüdrəti yox idi. Deməli, bu dəqiqlikdə mənaları belə fəsahətli ifadələrlə imam Əli əleyhis-salamdan başqa heç kəsin demədiyi, bu gücə sahib olmadığı sübuta yetir. And içirəm ki, əgər ağıllı bir insan imam Əli əleyhis-salamın bu kəlamını dərindən düşünsə, bədəninin dərisi titrəyər, qəlbi narahat olar və Allah-taalanın əzəmət və böyüklüyünə qəlbində və bədən üzvlərində yer verər, Ona diqqət yetirər və elə şad olar ki, şövqün çoxluğundan az qalar canı bədənindən ayrılsın. Bu xütbəni söyləməkdən məqsəd Allahın güc və qüdrətinin böyüklüyünü, əzəmətini yada salmaqdır. Mələklər də onun qeyri-adi məxluqları, Onun kamil qüdrətinin dəlili olduqlarına görə İmam əleyhis-salam öz buyruqlarında onların vəziyyətini, sifətlərini belə bəyan edir.
24     Öz təsbih və şükrləri ilə göylərdə qovğa salan, narahatlıq və iztirab yaradan mələklərin Allah-taalanın böyüklük, əzəmət nurunun parıltısını görməyə taqətləri yoxdur. Çünki O, gözlə görülməkdən və həqiqəti dərk edilməkdən pak və nöqsansızdır.
25     Qurani-Kərimin Fatir surəsinin 1-ci ayəsində buyurulduğu kimi: «الْحَمْدُ لِلَّهِ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ جَاعِلِ الْمَلَائِكَةِ رُسُلًا أُولِي أَجْنِحَةٍ مَّثْنَى وَثُلَاثَ وَرُبَاعَ يَزِيدُ فِي الْخَلْقِ مَا يَشَاء إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ» «Göyləri və yeri yaradan, ikiqanadlı, üçqanadlı və dördqanadlı mələkləri peyğəmbərlərə xəbər gətirən elçi edən Allaha həmd olsun». Burada məqsəd onların sayı deyil. Necə ki, sonra buyurur: «Allah Öz məxluqatında istədiyini artırar. Həqiqətən Allah hər şeyə qadirdir!»
26     Allah-taalanın icazəsi olmadan söz danışmır və Onun əmrinin ziddinə iş görmürlər. Necə ki, Qurani-Kərimin Ənbiya surəsinin 26-27-ci ayələrində buyurulur: « وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُون» «Kafirlər cəhalət və nadanlıqla dedilər: «Rəhman mələklərdən Özünə övlad götürdü!». O, belə sözlərdən pak və müqəddəsdir. Xeyr, mələklər möhtərəm bəndələrdir. Allahdan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər».
27     Qurani-Kərimin Həcc surəsinin 75-ci ayəsində buyurulur: «اللَّهُ يَصْطَفِي مِنَ الْمَلَائِكَةِ رُسُلًا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ» «Allah vəhyi mələklərdən seçdiyi peyğəmbərlər və elçilər vasitəsi ilə insanlardan seçdiyi peyğəmbərlərə çatdırar. Həqiqətən peyğəmbərlərin təbliğ zamanı sözlərini eşidər və onların ümmətlərinin vəziyyətini görər». İmam əleyhis-salamın birinci xütbədə buyurduğu kimi: وَ مِنْهُمْ أُمَنآءُ عَلى وَحْيِهِ وَ أَلْسِنَةٌ إلى رُسُلِهِ وَ مُخْتَلِفُونَ بِقَضائِهِ وَ أمْرِهِ  «Mələklərin bir dəstəsi Allah-taalanın vəhyini qoruyur. Onun peyğəmbərləri üçün dil və tərcümandırlar, hökm və fərmanını çatdırmaq üçün gedib-gələrlər.»
28     Onların bir dəstəsi yağışın və qarın yağmasına görə, bəziləri dağların arasında onları qorumaq üçün, bir dəstəsi də yolunu azıb, sərgərdan qalan insanlara yol göstərmək üçün məsuliyyət daşıyırlar. Yaxud da bu cümlədə məqsəd mələkləri cisimlərinin lətifliyində buluda, xilqətlərinin böyüklüyü və əzəmətində dağlara, qaranlıqda zülmətə bənzətmək olub.
29     Qurani-Kərimin Ənbiya surəsinin 20-ci ayəsində buyurulduğu kimi: يُسَبِّحُونَ اللَّيْلَ وَ النَّهارَ لا يَفْتُرُونَ «Mələklər gecə-gündüz, yorulub-usanmadan Rəbbini təqdis edib şəninə təriflər deyərlər».
30     Çünki Allahı tanımağın dərəcəsinin həddi-hüdudu yoxdur. Deməli, hər hansı mərtəbəyə çatıb ona uyğun Allaha ibadət etmiş olsa, ondan daha yüksək mərtəbə də var. Ona ibadətin ən son həddinə çatmaq heç kəsə müyəssər olan deyil.
31     Qısaca, Həzrətin mələklərin müxtəlif sifətlərini vəsf etməkdə məqsədi budur ki, camaat onların rəftarından örnək götürərək Allaha ibadətdə onların ardınca getsinlər və şeytanların vəsvəsələrindən uzaqlaşsınlar.
32     Bu fəsildə yerin yaradılması və insan üçün çox faydalı olan buludu, yağışı, nuru, bitkiləri, cansızları və çayları xəlq etməkdə Allah-taalanın hikməti, uzaqgörənliyi Onun qüdrəti və gücü xatırlanmaqla bəyan edilmişdir.
33     (Necə ki, Qurani-Kərimin Səcdə surəsinin 27-ci ayəsində buyurulur: أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاء إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنفُسُهُمْ أَفَلَا يُبْصِرُونَ Məgər görmürlərmi ki, Biz otsuz torpaqlara yağış göndərib onunla heyvanlarının və özlərinin yedikləri bitkilər yetişdiririk? Məgər Allahın bütün bu qüdrət nişanələrini görmürlər?
34     Qurani-Kərimin Həcc surəsinin 5-ci ayəsində buyurulur: وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ «Yer üzünü qupquru, otsuz görərsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarar və hər növ gözəl bitki yetirər.»
35     Necə ki, Qurani-Kərimin Zuxruf surəsinin 10-cu ayəsində buyurulur: «الَّذِي جَعَلَ لَكُمُ الْأَرْضَ مَهْدًا وَجَعَلَ لَكُمْ فِيهَا سُبُلًا لَّعَلَّكُمْ تَهْتَدُونَ» «O Allah ki, orada yerləşəsiniz deyə yeri sizin üçün beşik kimi açdı və istədiyiniz yerə gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı ki, bəlkə doğru yola çatasınız.»
36     Bu o demək deyil ki, Adəm bu işi görməyə məcbur idi və ondan uzaqlaşmaq gücündə deyildi. Çünki Allah-taalanın elmi məlumun səbəbi deyil və bu, Adəmin həmin işi mütləq görməli olmasına səbəb ola bilməz. Allahın elmi məlumu göstərir. Belə olmasaydı, onu bu işinə görə danlayıb qınamazdı. O da günah və itaətsizliyi özünə aid etməzdi. Qurani-Kərimin Əraf surəsinin 22 və 23-cü ayələrində də belə buyurulur: «فَدَلاَّهُمَا بِغُرُورٍ فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَاتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ الْجَنَّةِ وَنَادَاهُمَا رَبُّهُمَا أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا الشَّجَرَةِ وَأَقُل لَّكُمَا إِنَّ الشَّيْطَانَ لَكُمَا عَدُوٌّ مُّبِينٌ قَالاَ رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِينَ» Şeytan Adəm və Həvvanı aldatdı. Adəm və Həvva o ağacın meyvəsindən daddıqda libasları düşdü. Ayıb yerləri göründü. Onlar Cənnət yarpaqlarını bir-birinə yapışdıraraq ayıb yerlərinin üstünü örtməyə başladılar. Rəbbi onlara müraciət edib buyurdu: «Məgər sizə bu ağacın meyvəsini yeməyi qadağan etməmişdimmi? Şeytan sizin aşkar düşməninizdir, deməmişdimmi?» Dedilər: «Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və mərhəmət etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq».
Bu incə məqam, kitabın I hissəsində 1-ci xütbənin Adəm barəsindəki parçasının şərhində verilməyib və burada xatırladırıq: Şiə alimlərin əqli və nəqli dəlillərinə, ortaq fikirlərinə əsasən peyğəmbərlərin  ömürlərinin əvvəlindən axırlarına qədər məsum və hər bir kiçik və ya böyük günahdan pak olduqları sübuta yetirilmişdir. Deməli, Allah-taalanın həmin ağacın meyvəsini yeməyi Adəmə qadağan etməsi tənzihi qadağa, başqa sözlə müstəhəb və daha üstün əməli tərk etməkdir. Adəm o meyvəni yedikdən sonra özünü zülmkar və ziyankar adlandırmasına, yaxud da Allah-taala başqa bir yerdə də Qurani-Kərimin Taha surəsinin 121-ci ayəsində: وَعَصَى آدَمُ رَبَّهُ فَغَوَى «Adəm Rəbbinin müstəhəb göstərişini yerinə yetirmədiyinə görə Behiştdə qalmadan faydalanmadı» buyuraraq onu günahkar adlandırmasına gəlincə isə mənası budur ki, peyğəmbərlər və onların vəliləri yaxşı və üstün işlərdən uzaqlaşmağı böyük, hər bir ibadəti isə kiçik saysınlar.
37     Peyğəmbərliyi həzrət Mühəmmədin pak vücudu ilə başa çatdıraraq öz dinini təkmilləşdirdiyindən heç kəsə üzrxahlıq, bəhanə yeri qoymadı və günahkarlar üçün əzabı qaçılmaz etdi.
38     Çünki gözlə görünməyən və ya gizli məxluqların yaradılması, onların hər birinin yetişdirilməsi və bütün halətlərində hikmət göstərilməsi onların həqiqətlərini biləndən, tərəfindən olduğu ağıla sığmazdır. Qurani-Kərimin Mulk surəsinin 13 və 14-cü ayələrində də belə buyurulur: وَأَسِرُّوا قَوْلَكُمْ أَوِ اجْهَرُوا بِهِ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ أَلَا يَعْلَمُ مَنْ خَلَقَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ  «Ey Qüreyş kafirləri, istər Peyğəmbər barədə olan sözünüzü gizli saxlayın, istər açıq deyin, Allah üçün heç bir fərqi yoxdur. Olanları dilə gətirməmişdən öncə biləndir. Məgər sinələri yaradan onda olanları bilməzmi? Allah hər şeyi incəliyinə qədər biləndir, hər şeydən xəbərdardır!» İbn Əbil Hədid burada gözəl söz demişdir: «Allah-taalanın sözündən başqa bu gözəllik, əzəmət və böyüklükdə bu sözə bənzər bir söz eşitməmişəm. Çünki İmam əleyhis-salamın kəlamı həmin ağacın bir budağı, o dənizin bir axarı və həmin atəşin bir şöləsidir. Sanki Qurani-Kərimin Ənam surəsinin 59-cu ayəsini şərh etmişdir: وَعِندَهُ مَفَاتِحُ الْغَيْبِ لاَ يَعْلَمُهَا إِلاَّ هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِن وَرَقَةٍ إِلاَّ يَعْلَمُهَا وَلاَ حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْض وَلاَ رَطْبٍ وَلاَ يَابِسٍ إِلاَّ فِي كِتَابٍ مُّبِينٍ «İnsanlardan gizli olan qeybin xəzinələri və ya açarları Onun yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa, bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum əkilməyib, elə bir quru və yaş yoxdur ki, məhz açıq-aydın kitabda olmasın və Allahın elmi ona şamil olmasın!»
39     Bu cümlədə yaradanın böyüklüyü, əzəməti müqabilində məxluqun mədh və ibadətinin çox kiçik olmasına işarə edilir ki, məxluq nemətə şükrünü, ibadət və itaətini davam etdirməklə bir an belə qəflətə qapılmasın.
40     Çünki Sənin evinin qapısı həmişə açıq, nemət süfrən həmişə sərilmiş və bəxşiş, səxavət əlin isə bütün əllərdən yüksəkdədir.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!