NƏHC-ül-BƏLAĞƏ - 91-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Osman öldürüldükdən sonra camaatın ona beyət etdiyi vaxt (hicrətin otuz beşinci ilinin zilhiccə ayının iyirmi beşində, cümə günü) buyurduğu kəlamlarındandır.

Məndən əl çəkib başqasını istəyin.1 Müxtəlif sifətləri və rəngləri olan bir işlə qarşılaşmaq üzərəyik.2 (Belə ki,) ürəklərin ona dözümü yoxdur (camaatın belə hadisələrə dözümü yoxdur) və ağıllar onun yükünü çəkməyəcəklər (inkar edəcəklər). Üfüqləri qara bulud (zülm, sitəm və bidət) bürüyüb (haqq-həqiqət günəşi onun altında gizlənib), aydın yol (İslam hökmlərinin həqiqəti) dəyişib. Bilin ki, mən sizin dəvətinizi (beyətinizi) qəbul etsəm, özümün bildiyim kimi rəftar edəcəyəm.3 Və (xəlifəliyi qəbul edib işə başlasam) danışanın (nəfsi istəklərinə uyğun və şəriətə zidd olan) sözünə, (özümdən əvvəlki xəlifələrin yolu ilə getmədiyimə görə məni) məzəmmət edənin qınağına qulaq asmayacağam. Əgər məni buraxsanız (xəlifə seçməsəniz), sizlərdən (insanlardan) biri kimi olaram və bəlkə də sizlərin (haqsız xəlifənin nalayiq rəftarları barədə) sözlərinizə daha çox qulaq asaram (və hüququnuzu qoruyaram), özünüzə vali və hakim etdiyiniz şəxsin (İslamın buyurduqlarına uyğun əmr versə) əmrlərini daha yaxşı yerinə yetirərəm. (Buna görə də) mənim sizlərə vəzir və müşavir olmağım, əmir və hakim olmağımdan daha yaxşıdır.4

وَ مِنْ كَلامٍ لهُ عليه السلام

لما أراده الناس على البيعة بعد قتل عثمان
 دَعُونِي وَالَْتمِسُوا غَيْرِي؛ فَإِنَّا مُسْتَقْبِلُونَ أَمْراً لَهُ وُجُوهٌ وَ أَلْوَانٌ؛ لاَ تَقُومُ لَهُ الْقُلُوبُ، وَ لاَ تَثْبُتُ عَلَيْهِ الْعُقُولُ. وَ إِنَّ الآفَاقَ قَدْ أَغَامَتْ، وَ الَْمحَجَّةَ قَدْ تَنَكَّرَتْ. وَ اعْلَمُوا أَنِيّ إِنْ أَجَبْتُكُمْ رَكِبْتُ بِكُمْ مَا أَعْلَمُ، وَ لَمْ أُصْغَ إِلَى قَوْلِ الْقَائِلِ وَ عَتْبِ الْعَاتِبِ، وَ إِنْ تَرَكْتُمُوني فَأَنا كَأَحَدِكُمْ وَ لَعَلِّي، أَسْمَعُكُمْ وَ أَطْوَعُكُمْ لِمَنْ وَلَّيْتُمُوهُ أَمْرَكُمْ، وَ أَنَا لَكُمْ وَزِيراً، خَيْرٌ لَكُمْ مِنِّي أَمِيراً

Hazırladı: Rəsul Mahmudzadə 

Ardı var...

92-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1 Və onu əmir, xəlifə seçin. Çünki həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) bu dünyadan köçməsindən sonra haqsız olaraq hakimiyyətə gələn xəlifələr Peyğəmbərin sünnə və yolunu dəyişərək beytül-malı rəiyyət arasında ədalət və düzgünlüklə bölmədilər. Əksinə, ürəkləri istədiyini edib ərəbi əcəmdən və güclünü zəifdən üstün tutdular. Osman özünün Bəni-Üməyyə qəbilsindən olan qohum-əqrabasını camaatdan üstün tutaraq uzun illər bu minvalla rəftar etdi və camaat Peyğəmbərin adətlərini, yolunu unutdu. İndi də gəlib İmam əleyhis-salama beyət etməkdə məqsədləri bu idi ki, o Həzrət də özündən əvvəlki üç xəlifə kimi rəftar etsin. O böyük şəxsiyyət bəhanələrin aradan götürülməsi və höccətin tamam olması və həzrət Peyğəmbərin yoluna zidd iş tutmayacağını və onların isə beyətlərini pozacaqlarını bilmələri üçün bu sözləri buyurmuşdur. Buna görə də «O Həzrət Allahın peyğəmbəri tərəfindən xəlifəliyə təyin olunsaydı, həqiqətən İmamlıq və əmirlik ona məxsus olardı, bu yolda dayanmaq ona vacib olardı, belə olan halda, necə istefa verə bilərdi?» demək doğru olmazdı. Çünki İmam əleyhis-salam onların son nəticədə əhd-peymanlarını pozacaqlarını və onunla birgə olmayacaqlarını bildiyinə görə bunları buyurur.
2. «Nakisin»lə, yəni, öz əhdlərini pozan Təlhə, Zübeyr və digər «Cəməl» qoşunu ilə döyüş, «Qasitin»lə, yəni, Həzrətə düşmən kəsilmiş Müaviyə və Şam qoşunu ilə müharibə, «Mariqin»lə, yəni, kafir olmuş Nəhrəvan xəvaricilə döyüşlər kimi çətinliklərlə üzləşəcəyik.
3. Sizləri haqq-ədalət atına mindirib doğru yola çıxaracağam, Allahın, Peyğəmbərin istəyinin ziddinə söz danışmayacaq, bu yoldan kənara addım atmayacağam.
4. Xülasə, İmam bəhanələri aradan götürür və höccəti tamam edir ki, beyət etdikdən sonra onların istəklərinə zidd iş görsə, «biz bilmirdik ki, sən belə edəcəksən, yoxsa sənə beyət etməzdik» deyə irad tutmasınlar.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!