İMAM HADİDƏN (Ə) BİR NEÇƏ NURANİ HƏDİS

:

Bağışlıyan və mehriban Allahın adı ilə
İmam Əliyyən-Nəqi ələyhissəlamın mövludu münasibətilə başda İmam Zaman (əc) olmaqla, Əhli-Beyt (ə) sevərləri səmimi qəlbdən təbrik edirik.
İmam Hadi (ə) buyurur:

"Həqiqətən, Allah dünyanı müsibətlər, sınaqlar və məşəqqətlər yeri, axirəti isə çətinliklərin sonu qərar vermişdir, bu səbəbdən dolayı, bu dünyanın fəlakətlərini, çətinliklərini və bəlalarını, axirət səadətinin ən yüksək məqam və dərəclərinə çatmaq üçün vəsilə olaraq müəyyən etmişdir və bu dünya çətinliklərini isə, o biri dünyada, mükafat olaraq bəxş edəcəyini vəd vermişdir"

"اِنّ اللّهَ جَعَلَ الدّنيا دارَ بَلْوى وَالاْخِرَةَ دارَ عُقْبى، وَ جَعَلَ بَلْوى الدّنيا لِثوابِ الاْخِرَةِ سَبَباً وَ ثَوابَ الاْخِرَةِ مِنْ بَلْوَى الدّنيا عِوَضا"

("Tuhəful-Uqul", Səh. 358)
İnsanların həyatındakı şadlıq, qəm, rahatlıqlar, çətinliklər, kobudluqlar, yumşaqlıqlar, alçaq və yüksəkliklər bəzilərinin həyatında çoxdur və bəzilərinində azdır.
O ağac ki, susuz səhrada bitər, budaqları daha sərt olar. Çünki əgər yumşaq və nazik olsaydı, səhra tez alovlanardı və söndürmək də çətin olardı.
Çətilniklər insan varlığını da bu cür sərtləşdirə bilir. İnsanı zəiflikdən uzaqlaşdırır, rahatlıq və rifah insan şəxsiyyətini zəif edər və bu səbəbdən dolayı insan çirkinliklərə daha tez bulaşa bilir. Çətinliklər insan varlığını möhkəm və müqavimətli edər, zəif və süstlükdən uzaqlaşdırar. İnsanı dünyanın alçaq istəklərinə boyun əyməkdən qoruyar və pak olmağa yardım edər. Eləcə də, rahatlıq istəmək insan şəxsiyyətini zəif edər və çirkinliklər ətəyinə süqut etməsinə səbəb olar.

Bu dünyanın acısı, o biri dünyanın şirinliyidir və bu dünyanın şirinliyi o biri dünyanın acı olmasıdır. İnsan çətinliklərə düşən zaman, kamala çatar və əgər çətinlik görməzsə xamlığı bişməz, zəifliyi qüvvətə çevrilməz, nöqsanı kamala çatmaz və bu səbəblərdən dolayı, insan səbirli olmaz və onun mələkut sifətləri tərəqqi etməz.
İnsanın çətinliklərə qalib gəlməsi üçün səbrə ehtiyacı vardır. İnsan əgər səbirli olarsa çətinliklərin öhdəsindən asanlıqla gələ bilər.

Bu dünya fanidir və qalıcı deyildir. İnsan ona görə yaradılıb ki, imtahana çəkilsin və kamala çatsın. Allah-taala insanı çətinliklər üçün yaratmışdır və heç bir şadlıq, qəm olmadan olmaz. Necə ki, Allah-taala özü buyurur:
"Şübhəsiz, biz insanı zəhmətdə və məşəqqətdə yaratmışıq (kam almağı nakamlığla, ləzzətləri acılıqlarla müşayət olunur)".

"لَقَدْ خَلَقْنَا الْإِنْسَانَ فِي كَبَدٍ"

("Bələd" surəsi, ayə 4). Əgər insan özünü Allahdan bilərsə, həmişə səbirli olar, çünki hər şeyin Allaha məxsus olduğunu bilər və
insan gərək Allahın verdiyi vədəyə yəqinlik əldə etsin.
Necə ki, Allah-taala buyurur:
"Bəli, hər bir çətinlikdən sonra bir asanlıq vardır!".
"فَإِذَا فَرَغْتَ فَانْصَبْ"
("Şərh" surəsi, ayə 6).

Mətni səsləndirdi: ELÇİN SAFQULİYEV
You must have the Adobe Flash Player installed to view this player.

Tags: İMAM HADİ (ə), İMAM NƏQİ (ə), HƏDİS

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!