8-Cİ MÜNAZİRƏ - II hissə

:

«SƏHİHİ-BUXARİ» VƏ «SƏHİHİ-MÜSLİM»DƏKİ XURAFAT HƏDİSLƏR

Dəvətçi: «Əvvəlcə söhbət əsnasında buyurdunuz ki, bu iki kitab («Səhihi-Buxari» və «Səhihi-Müslim») bütün ümmət tərəfindən qəbul edilmişdir.

Sizin bu iddianız, İbn Həcərin sözünə istinad edərək, elm, əməl və məntiq baxımından, əql və bəsirətlə əməl edən yüz milyon müsəlmanların  (şiələrin) inkar etdiyi bir şeydir. Belə isə, buradakı ümmətin icması, İslamım ilk çağlarında xilafət xüsusundakı qəbul edilən icmanın eynisidir. 

Birdə ki, mənim dediyim sözlər dəlil və bürhana əsaslanır. Əgər möhtərəm ağalar həqiqəti görən gözlə o kitablara baxarlarsa, bizim gördüyümüz şeyləri, onlar da görəcəklər. Bizim və bütün insanlar kimi, siz də o kitablardakı nəql edilən sözlər qarşısında heyrət içərisində qalıb, güləcəksiniz. Çünki sizin böyük alimlərinizdən çoxu məsələn: Dar Qutni, İbn Həzm və Şəhabuddin Əhməd ibn Məhəmməd Qəstalani «İrşadus-sari», Əllamə Əbulfəzl Cəfər ibn Sələbi əş-Şafei «Əl-imtau fi əhkamis-sima» və Şeyx Əbdülqadir ibn Məhəmməd Qərişi əl-Hənəfi «Cəvahirul-muziə fi təbəqatil-Hənəfiyyə» kitablarında, Şeyxul-İslam Əbu Zəkəriyyə Nəvəvi «Səhihin şərhi»ndə, xülasə hənəfi alimlərinin hamısı və əhli-sünnənin digər böyük alimləri açıq-aydın «Səhih-Buxari» və «Səhihi-Müslim»dəki bəzi hədisləri araşdırıb tənqid etmiş və bu iki kitabda səhih olmayan çox zəif hədislərin mövcud olduğunu etiraf etmişlər. Çünki Buxari və Müslim sadəcə hədis toplamış, lakin onların səhih olub-olmadığına diqqət etməmişlər.

Sizin mühəqqiq alimlərinizdən bəziləri məsələn: Kəmaləddin Cəfər ibn Sələb, Səhihin kitablarındakı hədislərin fəzahət və qəbahətlərini açıqlamada və onların utandırıcı eyiblərini nəşr etməkdə olduqca qüvvə sərf etmişdi. Bu babdakı dəlil və bürhanlarımız çox bariz və aydındır. Belə isə, hədislər haqqında araşdırma apararaq sizin hücumunuza məruz qalanlar, sadəcə biz deyilik. Hətta sizin böyük mühəqqiq alimləriniz də həqiqətlər üzərində araşdırma aparıb, bu cür sözləri bəyan etmişlər».

Hafiz: «Öz dəlil və burhanlarınızı, məclisdə olanların haqqa hökm verə bilmələri üçün bəyan etməyiniz çox yaxşı olar».

Dəvətçi: «Baxmayaraq ki, biz bu mövzu üzərində danışmırdıq. Əgər bu mövzuya başlamaq istəsəm, sizin əvvəlki sualınızın cavabı qalacaq. Lakin yenə də, isbatı üçün qısaca olaraq bir neçə misal deməyə çalışacağam».

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!