HƏZRƏT MƏHƏMMƏD PEYĞƏMDƏRDƏN (S) YÜZ HƏDİS - 1

:

1- Adam (ə)ın övladı qocaldiqda onda iki xüsusiyyət cavanlaşar: Tamah və arzu.
2- Ümmətimdən iki dəstə islah olunsa, ümmətim tamamilə islah olar, fasid olsa, tamamilə fasid olar: Alimlər və hakimlər.
3- Siz hamınız (bir-birinizə) qoruqçu va məsulsunuz.

4- Var-dövlətlə hamını razılaşdırmaq olmaz, lakin yaxşi əxlaqla olar
5- Yoxsulluq bəladır, ondan pis cismin xəstəliyi və cismin xəstəliyindən də ağır ürək xəstəliyidir.
6- Mömin həmişə hikmət axtarmaqdadır
7- Biliyin yayılmasının qarşısını almaq olmaz.
8- İnsanın ürəyi çöldə ağac budağından asılan və külək qarşısında həmişə silkələnən və alt-üst olan bir lələk kimidir.
9-  Müsəlman odur ki, müsəlmanlar onun əli və dilindən amanda qalsınlar.
10- Yaxşı işə yol göstərən özü sanki o işi görür.
11- Hər yanan ürəyə nəhayət mükafat vardır.
12- Cənnət anaların ayağı altındadır.
13- Qadınlarla davranışda Allahdan qorxun və onlara yarayan yaxşılığı əsirgəməyin.
14- Hamının pərvərdigarı birdir və atası birdir, hamınız Adəmin övladısınız va Adəm (ə) torpaqdandır. Allahın yaninda sizin ən əziziniz lap çox pərhizkar olanınızdıır.
15- İnadlı olmaqdan çəkinin, çünki onun sababi nadanlıq, nəticəsi isə peşmançılıqdır.
16- Camaatın ən pisi gunahı bağışlamayan, yanlışa göz yuman kimsədir. Ondan da pis o adamdır ki, camaat onun əzab-əziyyətindən amanda olmaz va yaxşılığına ümid etməz.
17-Qəzəblənmə, qəzəbləndinsə, bir an Allahın qüdrətini düşün.
18- Səni tərifləsələr: "Ey Allah! Məni onların güman etdiklərindən yaxşı adam elə və məndən bilmədikləri günahı bağışla və məni dediklərinə məsul etmə" -de.
19- Yaltaqların üzünə torpaq səpin.
20- Allah bir bəndənin xeyrini istəsə, nəfsini ona mühafizəçi va rəbhər edər.
21- Mömin adam keçirdiyi hər gecə-gündüzdə günahkar olduğunu güman edər.
22- Sənin ən böyük düşmanın (vücudundakı) nəfsi əmmarəndir.
23- İgid odur ki, öz nəfsinə qələbə çalsın.
24- Öz varlıığınıza yiyələnmək üçün, nəfsani istəyinizlə döyüşün.
25- Xoş o adamın halına ki, öz eyblərinə diqqət yetirməsi, onu başsqalarının eyblərinə göz qoymaqdan çəkindirər.
26- Doğru danışmaq ürəyi arxayınlaşdırar, yalan danışmaq şübhə və pərişanlıq törədər.
27- Mömin asanlıqla sevər və sevilər.
28- Möminlər bir binanın hissələri kimi bir-birlərini saxlayarlar.
29- Dostluqda bir-birlərilə əlaqə saxlamaqda möminlər bir üzvü ağrıyarkən qalan üzvləri də qızdırma və
yuxusuzluğa düşən cism kimidir
30- Adamlar daraq dişləri kimi bir-birilərilə bərabərdirlər
31- Bilik öyrənmək hər müsalmana vacibdir.
32- Nadanlıqdan pis yoxsulluq, ağıllı olmaqdan böyük sərvət, təfəkkürdən yüksək ibadət yoxdur.
33- Beşikdən qəbirədək elm öyrənin
34- Elm Cində də olsa ardınca gedin
35- Möminin şərəfi gecə oyaq qalmasında, izzəti başqalarına ehtiyacsız olmasındadır.
36- Alimlər bilik susuzudurlar.
37- Vurğunluq (insanı) kar və kor edər.
38- Allahın əli camaatladır.
39- Pərhizkarlıq cismi va canı dincəldər.
40- Hər kim qırx gün Allah üçün yașasa, hikmət bulağı ürəyindən dilinə axacaqdır.
41- Öz ailəsi ilə yaşamaq, Allah yanında məscid bucağını kəsməkdən (ibadətlə maşğul olmaqdan) üstündür.
42- Sizin ən yaxşı dostunuz eyblərinizi sizə göstərəndir.
43- Biliyi yazı ilə əldə edin.
44- Ürək islah olunmayınca iman yaranmaz, dil islah olmazsa, ürak islah olmaz.
45- Birnin ağlını sınamayınca, müsəlman olmağına məhəl qoymayın.
46- Yalnız ağılla yaxşılıqlara çatmaq olar. Ağili olmayan dindən məhrumdur.
47- Cahillərin dinə vurduqları ziyan günahkarların ziyanından çoxdur.
48- Ümmətimin hər bir ağıllısına bunlar zəruridir: Biliyə qulaq asmaq, onu saxlayıb yaymaq və əməl etmək.
49- Mömin bir deşikdan iki dafə sancılmaz.
50- Ümmətim üçün yoxsulluqdan deyil, tədbirsizlikdən qorxuram.

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: PЕYĞӘMBӘRİN (S) DАVRАNIŞLАRINА BİR BАХIŞ
Hazırladı: Rəsul Mahmudzadə

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!