HƏZRƏT MƏHƏMMƏD PEYĞƏMDƏRDƏN (S) YÜZ HƏDİS - 2

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

51- Allah gözəldir və gözəlliyi sevər.
52- Allah, peşə sahibi olan mömini sevər.
53- Yaltaqlıq mömin xüsusiyyəti deyil
54- Güclü olmaq qolda deyil, öz qəzəbinə qalib gəlməkdədir.
55- Camaatın ən yaxşısı başqalarına faydalı olanlardır.
56- Sizin ən yaxşı eviniz bir yetimin izzətlə yaşadığı evdir.
57- Halal sərvətin yaxşı adam əlində olması çox gözəldir.
58- Ölümlə qırlan əməl ipi üç vasitə ilə üzülməz: Ardıcıl olan xeyirxahlıq, daimən faydalandıran bilik və ata-anaya xeyir-dua edən saleh övlad.

59- Allaha pərəstiş edənlar üç qrupdurlar: Biri qorxudan ibadət edənlər. Bu, qulların ibadətidir. O biri mükafat tamahı ilə ibadət edənlərdir. Bunlar muzdurlardırlar. Üçüncü dəstə onlardır ki, Allaha eşq və məhəbbətlə ibadət edərlər. Bu da azad insanların ibadətidir.
60- Üç şey iman nişanəsidir: Yoxsulluğa baxmayaraq başqalarna əl tutmaq, başqasının xeyrinə öz haqqından keçmək və elm axtarana elm öyrətmək.
61- Məhəbbət ipinin möhkəmlənməsi üçün öz dostluğunu yoldaşına göstər.
62- Dinin afəti üç şeydir: Pis iş görən fəqih, zalim rəhbər və nadan müqəddəs.
63-Adamları dostlarından tanı. Çünki insan özü ilə eyni mahiyyətdə olanı sevər.
64- Gizli günah günah edənə, aşkar günah isə cəmiyyətə ziyan vurar.
65- Dünya işinizi yaxşılaşdırmağa çalışın, ancaq axirət işində elə olun ki, sanki sabah öləcəksiniz.
66- Ruzini yerin təkində axtarın.
67- Təəccüblü! Çox adamlar özlərini tərifləməklə öz dəyərlərini azaldar, təvazökarlıqla öz məqamlarını artırarlar.
68- İlahi! Mənim ən çox ruzimi qocalanda və yaşayışımın sonunda bağışla.
69- Övladın atanın boynunda olan haqları ona yaxşı ad qoyması, yazmaq öyrətməsi və büluğ həddinə çatdıqda ona həyat yoldaşı seçməsidir
70- Qüdrət sahibi qüdrəti öz xeyrinə işlədər.
71- Əməl tərəzisinə qoyulan ən ağır şey yaxşı xüsusiyyətdir.
72- Agıllı adam üç şeyə diqqət yetirməlidir: Güzəranını yaxşılaşdırmağa, axirət gününə hazırlıq görməyə və halal eyş-işrətə
73- Xoş olsun malın çoxunu başqalarına bağışlayan və sözün çoxunu özü üçün saxlayan kimsənin halına
74- Ölümü xatırlamaq bizi hər hansı bir öyüd verənə ehtiyacsız edər.
75- Təəccüblü! Nə qədər hakim olmaq tamahı və mənsəbpərstlik varsa, o qədər də əzab-əziiyyət və peşmançılıq var!
76- Pozğun alim on pis adamdır.
77- Pis iş görənlər hakim olan va ağılsızlar əzizlənən yerdə nəsə bir bəla gözlənilməlidir.
78- Qarğış olsun öz yükünü başqalarının çiyninə qoyan kimsəyə
79- Şəxsin gözəlliyi onun sözündədir
80- İbadətt yeddi növdür və hamısından üstünü halal ruzi istəməkdir
81- Hər cəmiyyətdəki ucuzluq və adil hökumət Allahın razılığının nişanəsidir.
82- Hər qövm malik olduğu hökumətə layiqdir
83- Söyüş söyməklə camaatın ədavətindən başqa bir fayda aparmazsan.
84- Bütpərəstlikdən əlavə nəhy olunduğum iş əhali ilə toqquşmaqdır.
85- Ölçülməmiş görülən işdə ziyan ehtimalı çoxdur.
86- Camaatla saziş etmək nemətindən məhrum olan şəxslər bütün yaxşılıqlardan məhrum olacaqdır
87- Başqalarından hətta bir diş çöpü belə istəməyin.
88- Allah, bir bəndəsini dostları arasında müəyyən bir üstünlükdə görməyi sevməz.
89- Mömin üzügülər və zarafatcıl, münafiq isə qaş-qabaqlı və qəzəblidir.
90- Pis fal vurdunsa, öz işini davam etdir, pis güman etdinsə, unut və paxıl oldunsa, özünü saxlayan ol.
91- Bir-birinizin əlinizi dostcasına sıxın, çünki bu iş ədavəti ürəkdən silər.
92- Müsalmanların işini islah etməyi fikirləşmədən gecələyən adam müsəlman deyildir.
93- Üzügülərlik nifrəti ürəkdən silər.
94- Camaatdan qorxmaq həqiqəti deməyinizə mane olmasın.
95- Xalqın ən ağıllısı başqaları ilə yaxşı davranan adamdır.
96- Ürəklərinizin bir olması üçün bir səviyyədə yaşayın. Bir-birinizə mehriban olmaq üçün bir-birinizlə əlaqədə olun.
97- Adam öləndə insanlar onlardan qalan sərvətdən, mələklər isə o dünyaya göndərdiyi xeyir əməldən soruşurlar.
98- Allahıın yanında halalların ən mənfuru təlaq və boşanmadır.
99- Ən yaxşı əməl cəmiyyətdə islah aparmaqdır.
100. İlahi! Məni bilikdə gücləndir va dözümlə bəzə, pəhrizkarlıqla əzizlə və sağlamlıqla gözəlləşdir.

Kitabın adı: PЕYĞӘMBӘRİN (S) DАVRАNIŞLАRINА BİR BАХIŞ
Hazırladı: Rəsul Mahmudzadə

Tags: PEYĞƏMBƏR (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!