İMAM MEHDİNİN TƏVƏLLÜDÜ HAQQINDA OLAN HƏDİSLƏR

:

 SUAL: HƏZRƏT MEHDİNİN MÖVLUDUNU BİLDİRƏN HƏDİSLƏR ARASINDA SƏHİH (DÜZGÜN) QAYNAĞI OLAN HƏDİS VARMI?

CAVAB: Həzrət Mehdinin (ə) dünyaya gəlişini bildirən hədislər arasında etibarlı qaynağı olan hədislərdən bəzilərini nəzərdən keçirək:
1. Kuleyni “səhih sənəd” sayılan Məhəmməd ibn Əbdüllah və Məhəmməd ibn Yəhyadan, onlar da öz növbəsində Əbdüllah ibnCəfər Həmiridən nəql edir: “Mən Şeyx Əbu Əmr – Osman ibn Səid Əmri ilə birlikdə Əhməd ibn İshaqın hüzurunda idik. Əhməd ibn İshaq mənə işarə etdi ki, Əbu-Əmrdən imam Əsgərinin (ə) canişini haqqında soruşum. Əbu-Əmrə dedim: “Səndən heç bir şəkkim olmayan bir məsələ haqqında soruşmaq istəyirəm. İnanıram ki, yer üzü heç vaxt höccətsiz (ilahi rəhbərsiz) qalmır. Yalnız qiyamətdən öncə 40 gün belə ola bilər. Həmin gün çatdıqda höccət götürülər və tövbə qapısı bağlanar. Amma əminliyimi artırmaq istəyirəm. İmam Əsgərinin canişinini görmüsənmi?” Əbu-Əmr buyurdu: “Bəli, and olsun Allaha, boyu belə idi.” Sonra gördüyü canişinin boyunu əli ilə göstərdi...”1 Hazırkı hədisi səhih sənədlə Şeyx Səduq da nəql etmişdir.2

2. Kuleyni səhih bir sənədlə Hüseyn ibn Əladan belə nəql edir: “İmam Sadiqə (ə) ərz etdim: “Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: “Heç vaxt.”3
3. Müəllif digər bir sənədə əsasən imam Sadiqdən (ə) belə nəql edir: “Həqiqətən, yer üzü heç vaxt imamsız qalmaz.”4
4. Digər bir sənədə əsasən, Həsən ibn Əli Vəşaya istinadən nəql edir ki, imam Sadiqdən (ə) soruşdum: “Yer üzü imamsız qala bilərmi?” Həzrət buyurdu: “Heç vaxt.” Ərz etdim ki, biz nəql etdik ki, yer üzü yalnız Allah öz bəndələrinə qəzəbləndikdə höccətsiz qala bilər.” Həzrət buyurdu: “Yer heç vaxt höccətsiz olmur.”5
5. Başqa bir səhih sənədlə Əbu-Haşim Cəfəridən belə nəql olunur: “İmam Əskəriyə (ə) ərz etdim ki: “Ey mənim ağam! Sizin övladınız varmı?” Həzrət buyurdu: “Bəli.” Ərz etdim: “Əgər sizə bir hadisə üz versə, harada ona müraciət edim?” Buyurdu: “Mədinədə.”
6. Başqa bir səhih sənədə əsasən Məhmməd ibn Əli ibn Bilaldan belə nəql olunur: “İmam Əsgərinin (ə) şəhadətindən iki il öncə ondan bir məktub aldım. Məktubda həzrət öz canişini haqqında məlumat verirdi. Şəhadətindən üç gün öncə başqa bir məktub gəldi. Yenə həzrət canişini haqqında yazırdı.”6
7. Kuleyni səhih sənədə əsasən Zürarənin imam Sadiqdən (ə) eşitdiklərini nəql edir: “Həqiqətən, o uşaq üçün qiyamdan öncə qeyb dövrü var... Ey Zürarə! Bu həmin Müntəzirdir ki, dünyaya gəlişinə şübhə olunar....”7
8. Şeyx Səduq mötəbər sənədə əsasən Davud ibn Qasim Cəfəridən imam Hadinin (ə) belə bir buyuruğunu nəql edir: “Məndən sonra canişinim övladım Həsəndir. Ondan sonrakı canişini görməzsiniz. Onun adını çəkmək sizə halal deyil.” Onu necə çağırmaq haqqında soruşdum. Buyurdu: “Ali-Məhəmməd höccəti”;8

Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq
Tәrcümә еdәn: M. Əhməd


1. “Kafi”, c. 1, s. 329-330.
2. “Kəmalud-din”, s. 441.
3. “Kafi”, c. 1, s. 178.
4. “Kafi”, c. 1, s. 178.
5. “Kafi”, c. 1, s. 179.
6. “Kafi”, c. 1, s. 179.
7. “Kafi”, c. 1, s. 179.
8.“Kəmalud-din”, s. 381.

 

Tags: İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!