MEHDİ KİMDİR?

:

İstisnasız olaraq bütün İslam firqələri “axirəz-zaman”da Peyğəmbərin (s) sülaləsindən Mehdi adlı bir şəxsin zühur edib dünyanı haqq-ədalətlə dolduracağı haqda təsəvvürə malikdir.

Peyğəmbərin (s) bu məsələ ilə bağlı buyurduğu rəvayətlər onların kitablarında nəql edilmiş, bu haqda şiə və sünni alimləri tərəfindən kitablar yazılmışdır. Həmin rəvayətlər müəyyən məzhəbə xas olmayaraq bütün İslam təhqiqatçıları tərəfindən qəbul edilən qəti və “mütəvatir” rəvayətlərdir. Hətta “vəhhabi” kimi ən təəssübkeş firqə də onu qəbul edir və bu hədislərin “mütəvatir” olduğunu təsdiqləyir.
Bu müddəanın sübutu neçə illər bundan öncə vəhhabilər və Səudiyyə dövlətinin himayəsi altında fəaliyyət göstərən “Ümumdünya İslam Əlaqələri Təşkilatı” tərəfindən imam Mehdinin (ə) zühuru ilə bağlı sorğunun cavabında verilən bəyanatdır.
Biz öncə həmin bəyanatın əsas mətləblərinin tərcüməsini, sonra isə tarixi yaddaşında saxlamaq, eləcə də, əlavə məlumat əldə etmək istəyənlər üçün ərəbcə mətnini qeyd edirik:

CANLI BİR SƏNƏD
1976-cı ildə Keniyadan Əbu Məhəmməd adlı bir nəfər tərəfindən “Ümumdünya İslam Əlaqələri Təşkilatı”na vəd edilmiş Mehdinin zühuru ilə bağlı bir sual ünvanlanır. Cavab olaraq uyğun bəyanat verilir və həmin təşkilatın sədri Məhəmməd Saleh Qəzzazın imzası ilə də təsdiq edilir.
Bu bəyanatda Vəhhabi məzhəbinin təsisçisi İbn Teymiyyənin imam Mehdi ilə bağlı hədisləri qəbul etdiyi vurğulandıqdan sonra Hicazın beş məşhur alimi tərəfindən yazılan bir risalədən sitatlar gətirilir və həmin bəyanat həmin şəxsin ünvanına göndərilir.
Bu bəyanatda imam Mehdinin (ə) adı və zühur məntəqəsi (Məkkə) qeyd edildikdən sonra belə yazılır:
“...Dünyaya fitnə-fəsad, zülm və küfr hakim olduğu bir vaxtda, Allah-Taala dünyanı Mehdinin vasitəsilə haqq-ədalətlə dolduracaqdır. O, on iki nəfərdən ibarət “raşidin” xəlifələrinin sonuncusudur və “Sihah” kitablarına görə, Peyğəmbər (s) bu haqda xəbər vermişdir.
İmam Mehdi (ə) haqda hədislər Peyğəmbərin (s) bir çox səhabəsi tərəfindən nəql edilmişdir. O cümlədən, Osman ibn Əfvan, Əli ibn Əbu Talib, Təlhə ibn Übeydullah, Əbdür-Rəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar Yasir, Abdullah ibn Məsud, Əbu Səid Xudri, Sovban, Qurrət ibn Əsas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah Ənsari, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, Ömər ibn Həsin və Ümmü Sələmə də bu zümrəyə aiddir.
İmam Mehdinin (ə) zühuru haqqında səhabələrin də bir çox sözləri nəql olunmuşdur ki, onları da Peyğəmbərin (s) hədisləri ilə eyni səviyyədə hesab etmək olar. Çünki bu məsələnin ictihadla rabitəsi yoxdur. Deməli, səhabələr bu hədisləri Peyğəmbərdən (s) eşitmişlər. Həm Peyğəmbərin (s) hədisləri, həm də səhabələrin hədis hökmünü daşıyan şəhadətləri İslamın bir çox məşhur mənbələrində və “əsl” hədis kitablarında nəql olunmuşdur, o cümlədən, “Sünəni-Əbu Davud”, “Sünəni-Termizi”, “Sünəni-İbn Macə”, “Sünəni-İbn Əmr”, “Müsnədi-Əhməd”, “Müsnədi-İbn Yəla”, “Müsnədi-Bəzzaz”, “Səhihi-Hakim”, “Məacimi-Təbərani”, “Məacimi-Darü-Qutni”, “Məacimi-Əbu Nəim”, “Tarixi-Bağdad” (Xətib Bağdadi), “Tarixi-Dəməşq” (İbn Əsakir) və s.
Bu məsələ o qədər əhəmiyyətlidir ki, bəzi İslam alimləri Mehdi ilə əlaqədar ayrıca kitablar yazmışlar. Əbu Nəim İsfahaninin “Əxbarul-Mehdi”, İbn Həcər Heysəminin “Əl-qovlul-muxtəsər fi əlamatil-Mehdiyyil-Muntəzər”, Şövkaninin “Ət-tövzihu fi təvatur caə fil-Muntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin “Əl-Mehdi”, Əbül-Abbas ibn Əbdül-Mömin Məğribinin “Əl-vəhmul-məknun fir-rəddi əla Əli ibn Xəldun” kitabını misal göstərmək olar.
Uyğun mövzuda tədqiqat aparan sonuncu şəxs “Mədinə İslam Universitetinin” rektorudur.
Bir çox alimlər öz əsərlərində qeyd etmişlər ki, Mehdi (ə) haqqında nəql olunan hədislər “təvatür” həddinə çatdığından, həmin hədisləri inkar etmək olmaz. Məsələn, Səxavi (“Fəthul-muğis”), Məhəmməd ibn Əhməd Səfavini (“Şərhul-əqidə”), Əbülhəsən Əbri (“Mənaqibuş-şafei”), İbn Teymiyyə “Fətava”, Süyuti (“Əl-havi”), İdris İraqi Məğribi (“Əl-Mehdi”), Şövkani (“Ət-tövzihu fi təvatur caə fil-Muntəzəri...”), Məhəmməd Cəfər Kənani (“Nəzmut-mütənasir”) imam Mehdi (ə) haqqındakı hədislərin “təvatür” həddinə çatdığını qeyd etmişlər.”
Bəhsin sonunda isə belə yazılır: “Alimlərin arasında yalnız İbn Xəldun “Mehdi, İsadan başqası deyil!” – kimi saxta hədislərə əsaslanaraq, Mehdi haqqında olan hədislərə irad tutmaq istəmişdir. Amma dini rəhbərlər və İslam alimləri onun sözünü rədd etmiş, hətta İbn Əbdülmömin kimiləri bu mövzuda ayrıca kitablar yazmışlar. Bir sözlə, hədis hafizləri və din alimlərinin açıq-aşkar qeydlərinə əsasən, Mehdi (ə) haqqında nəql olunan hədislər “səhih” (doğru) və “həsən”dir, ümumilikdə, “təvatür” həddinə çatmışdır. Deməli, Mehdinin (ə) zühuruna inam hər bir müsəlmana vacibdir. Bu, əhli-sünnənin əqidəvi əsaslarından biridir. Nadan və bidətçilər istisna olmaqla, heç kim bunu inkar etmir.”1

MƏKTUBUN ORİJİNAL MƏTNİ
Biz burada “Ümumdünya İslam Əlaqələri Təşkilatı”nın sədri Məhəmməd Saleh Qəzzazın Keniyadan Əbu Məhəmməd adlı şəxsin imam Mehdinin (ə) zühuru ilə bağlı sualına cavab olaraq yazdığı bəyanat və məktubun ərəbcə mətnini də qeyd edirik. Öncə qeyd etməliyik ki, bu bəyanatda verilənlərin Əhli-beyt (ə) məktəbinin ardıcıllarının əqidələri ilə fərqi yalnız imam Mehdinin (ə) atasının adı ilə əlaqədardır. Onlar o həzrətin atasının adını “Abdullah” qeyd etdikləri halda, şiə kitablarında həmin ad imam Həsən Əskəri kimi göstərilir. Bunun səbəbi isə, bəzi əhli-sünnə rəvayətlərində nöqtə səhvliyindən “ismu əbihi ismu ibni” (atasının adı övladımın adı ilə eynidir) cümləsinin əvəzində “ismu əbihi ismu əbi” (atasının adı atamın adı ilə eynidir) cümləsinin nəql olunmasıdır. Çünki imam Mehdinin (ə) adı Mühəmməd, atasının adı isə Həsən Əskəridir ki, imam Əlinin (ə) oğlu imam Həsənin (ə) adı ilə eynidir (bu ehtimalı Konci Şafei “Əl-bəyan fi əxbari Sahibəz-Zaman” kitabında təsdiqləyir). Hər halda, ikinci cümlə bir neçə səbəbə görə doğru deyildir:
1. Əksər əhli-sünnə rəvayətlərində həmin cümlə gözə dəymir.
2. İbn Əbu Leylinin məşhur rəvayətində belə deyilir: “İsmuhu ismi və ismu əbihi ismu ibni.” (Onun adı mənim adım, atasının adı mənim övladımın adı ilə eynidir).
3. Əhli-beyt (ə) vasitəsilə nəql olunan “mütəvatir” hədislərdə imam Mehdinin (ə) atasının adının Həsən olduğu göstərilir.
4. Bəzi əhli-sünnə rəvayətlərində də imam Mehdi (ə) imam Həsən Əskərinin (ə) övladı adlandırılır.2

***
الكرم ابومحمّد- المحترم كنيا
السلام عليكم و رحمةاللّه و بركاته- اشارة الى‏خطابكم (المورخ فى 21 يوما 1976 م) المتضمن عن موعد ظهور المهدى و فى اى مكان يقيم؟
نفيدكم باننا نوفرلكم مع خطابنا اليكم ما جاء من الفتوى فى مسأله المهدى المنتظر و قد قام بكتابته فضيلة الشيخ محمد المنتصر الكنانى واقرته اللجنه المكنونه من اصحاب الفضيله الشيخ صالح بن عثيين و فضيلة الشيخ احمد محمد جمال و فضيلة الشيخ احمد على و فضيلة الشيخ عبداللّه خياط.
مدير ادارة المجمع الفقهى الاسلامى
محمد المنتصر الكنانى
و قد دعم الفتوى بما ورد من احاديث المهدى عن الرسول صلى الله عليه و آله و سلم و ما ذكره ابن تيميه فى المنهاج بصحه الاعتقاد و ابن القيم فى المنار و ان شاء اللّه تعالى ستجدون فى الكتابه مطلبكم و ما يغنيكم عن
مسأله المهدى انتم و من كان على نهجكم آملين لكم التوفيق والسداد.
الامين العام محمد صالح القزاز
بعد التحيه
جوابا عما يسأل عنه‏المسلم الكينى فى شأن المهدى المنتظر عن موعد ظهوره عن المكان الذى يظهر منه و عن ما يطمئنه عن‏المهدى عليه السلام
هو محمد بن عبداللّه الحسنى العلوى الفاطمى المهدى الموعود المنتظر موعد خروجه فى آخر الزمان و هو من علامات الساعة الكبرى يخرج من الغرب و يبايع له فى الحجاز فى مكة المكرمه بين الركن والمقام- بين باب الكعبه المشرفه والحجر الاسود عند الملتزم و يظهر عند فساد الزمان و انتشار الكفر و ظلم الناس يملًا الارض عدلا و قسطا كما ملئت جورا و ظلما يحكم العالم كله و تخضع له الرقاب بالاقناع تارة و الحرب اخرى وسيملك الارض سبع سنين و ينزل عيسى عليه السلام من بعده فيقتل الدجال او ينزل معه فيساعده على قتله بباب «اللّد» بارض فلسطين.
هو آخر الخلفاء الراشدين، الاثنى عشر الذين اخبر عنهم النبى صلوات اللّه و سلامه عليه فى الصحاح، و احاديث المهدى واردة عن الكثير من الصحابه يرفعونها الى رسول اللّه صلى الله عليه و آله و سلم و منهم عثمان بن عفان؛ و على بن ابى طالب، وطلحة بن عبيداللّه، و عبدالرحمن بن عوف، و عبداللّه بن عباس؛ و عمار بن ياسر، و عبداللّه بن مسعود، و ابوسعيد الخدرى، و ثوبان، وقرة بن اياس المزنى، و
عبداللّه بن الحارث بن جز، وابوهريره، و حذيفة بن اليمانى، جابر بن عبداللّه؛ و ابوامامه، و جابربن ماجد الصدفى؛ و عبداللّه بن عمر و انس بن مالك، و عمران بن حصينى، و ام سلمه.
هولاء عشرون منهم، ممن وقفت عليهم، و غيرهم، كثير، و هناك آثار عن الصحابه، مصرحة بالمهدى، من اقوالهم، كثيره جدا، لها حكم الرفع، اذ لامجال للاجتهاد فيها.
احاديث هؤلاء الصحابة التى رفعوها الى النبى صلى الله عليه و آله و سلم؛ والتى قالوها من اقوالهم اعتماد على ما قاله رسول اللّه و سلامه عليه ورواها الكثير من دواوين الاسلام؛ و امهات الحديث النبوى؛ من السنن، و المعاجم، والمسانيد منها.
سنن ابى داود، والترمذى، و ابن ماجه، و ابن عمروالدانى؛ ومسانيد احمد، و ابن يعلى؛ و البزاز، و صحيح الحاكم؛ و معاجم الطبرانى الكبير والالوسى والرويانى والدار قطنى فى الافراد، و ابونعيم فى اخبار المهدى، والخطيب فى تاريخ بغداد، و ابن عساكر فى تاريخ دمشق و غيرها.
و قد خص المهدى بالتاليف ابونعيم فى «اخبار المهدى» و ابن حجر الهيثمى فى القول المختصر فى علامات المهدى المنتظر والشوكانى فى التوضيح فى تواتر ما جاء فى المنتظر و الدجال والمسيح؛ وادريس العرقى المغربى فى تاليفه «المهدى» وابوالعباس بن عبدالمؤمن المغربى فى كتابه «الوهم المكنون فى الرد على ابن خلدون».
و آخر من قرات له عن المهدى، بحثاً مستفيضا، مدير الجامعه
الاسلاميه، فى المدينه المنوره فى مجلة الجامعه؛ اكثر من عدد
و قد نص على ان احاديث المهدى، انها متواتره، جمع من الاعلام قديما و حديثا منهم السخاوى فى «فتح المغيث»، و محمد بن احمد السفاوينى فى شرح العقيده و ابوالحسين الابرى فى «مناقب الشافعى» و ابن تيميه فى فتاواه والسيوطى فى الحاوى؛ و ادريس العراقى المغربى فى تأليف له عن المهدى، والشوكانى فى «التوضيح فى تواتر ما جاء فى المنتظر؛ و الدجال، والمسيح» و محمد بن جعفر الكنانى فى «نظم المتناثر فى الحديث المتواتر»، و ابوالعباس بن عبدالمؤمن المغربى فى «الوهم المكنون من كلام ابن خلدون» رحمهم اللّه و حاول ابن خلدون فى مقدمته ان يطعن فى احاديث المهدى، محتجا بحديث موضوع لا اصل له عند ابن ماجه لا مهدى الا عيسى. ولكن رد عليه الائمه والعلماء؛ و خصه بالرد شيخنا ابن عبدالمؤمن، بكتاب مطبوع متناول فى المشرق والمغرب منذ اكثر من ثلاثين سنه.
و نص الحفاظ والمحدثون على ان احاديث المهدى فيها الصحيح والحسن و مجموعها متواتر مقطوع بتواتره و صحته.
و ان الاعتقاد بخروج المهدى، واجب و انه من عقائد اهل السنة و الجماعة ولاينكر الاجاهل بالسّنّة، و مبتدع فى العقيده.
واللّه يهدى الى الحق و يهدى السبيل.
مدير ادارة المجع الفقهى الاسلامى
محمد المنتصر الكنانى

***

Kitabın adı: İmam Məhdinin (əc.f) cahanşümul hakimiyyəti
Tərcümə edən: Rza Şükürlü


1. Bu traktatın müəlliflərinin adı: Məhəmməd Müntəzir Kənani (“İslam fiqhi” adlı təşkilatın rəisi), Şeyx Saleh ibn İsiyyin, Şeyx Əhməd Məhəmməd Camal, Şeyx Əhməd Əli və Şeyx Abdullah Xəyyat.
2. “Müntəxəbül-əsər”, səh. 231-236, 11-ci bölmə.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!