SÜNNÜ ALİMLƏRDƏN İMAM MƏHDİ (əc) HAQDA

:

On ikinci imam Həzrət Məhdi (əc) barəsində sünnü alimlərdən nəql olmuş bir neçə rəvayəti Rizvan.Net oxucularına təqdim edirik.

الصَّحِيح لِلْبُخَارِيِّ: قَالَ رَسُولُ اللَّهِ (ص) كَيْفَ اَنْتُمْ اِذَا نَزَلَ ابْنُ مَرْيَمَ فِيكُمْ وَ اِمَامُكُمْ مِنْكُمْ

Sünnü alimi və "Səhih" kitabının müəllifi Buxari nəql edir ki, Allahın Rəsulu (s) buyurmuşdur: “İsa ibni Məryəmin nazil olaraq sizin aranıza gəldiyi və imamınızın da sizdən olduğu zaman vəziyyətiniz necə olacaqdır?!” (1) 

اَلْمَهْدِيُّ حَقٌّ وَ هُوَ مِنْ وُلْدِ فَاطِمَةَ

Sünnü alimi və "Səhih" kitabının müəllifi Buxari özünün başqa bir kitabı olan “Tarixi Buxari” kitabında yazır: “Məhdi haqdır və o, Fatimənin övladlarındandır.” (2) 

Sünnü alimi və "Səhih" kitabının müəllifi Əbu Davud nəql edir ki, Allahın Rəsulu (s) buyurmuşdur:

قَالَ رَسُولُ اللَّهِ (ص) لاَ تَذْهَبُ اَوْ لاَ تَنْقَضِي الْدُّنْيَا حَتَّي يَمْلِكَ الْعَرَبَ رَجُلٌ مِنْ اَهْلِ بَيْتِي يُوٰاطِئُ اسْمُهُ اسْمِى

“Mənim Əhli-beytimdən və adı mənim adımla bir olan bir kişi ərəblərə hakim olmayınca dünya keçib getməyəcək və ya sona çatmayacaqdır.” (3) 

الصَّحِيح للتِّرْمِزِيِّ: قَالَ رَسُولُ اللَّهِ (ص) لاَ تَذْهَبُ الْدُّنْيَا حَتَّي يَمْلِكَ الْعَرَبَ رَجُلٌ مِنْ اَهْلِ بَيْتِي يُوٰاطِئُ اسْمُهُ اسْمِى

Allahın Rəsulu (s) buyurmuşdur: “Mənim Əhli-beytimdən və adı mənim adımla bir olan bir kişi ərəblərə hakim olmayınca dünya keçib getməyəcəkdir.” (4) 

الصَّحِيح لابن ماجه: قَالَ رَسُولُ اللَّهِ (ص) الْمَهْدِيُّ مِنَّا اَهْلَ الْبَيْتِ

Allahın Rəsulu (s) buyurmuşdur: “Məhdi biz Əhli-beytdəndir.” (5) 

مسند احمد: قَالَ رَسُولُ اللَّهِ (ص) تُمْلَأُ الْاَرْضُ ظُلْمًا وَ جَوْرًا ثُمَّ يَخْرُجُ رَجُلٌ مِنْ عِتْرَتِي يَمْلِكَ سَبْعًا اَوْ تِسْعًا فَيَمْلَأُ الْاَرْضَ قِسْطًا وَ عَدْلاً

Allahın Rəsulu (s) buyurmuşdur: “(Bir zaman) yer üzü zülmlə, haqsızlıqla dolacaqdır, sonra mənim itrətimdən olan bir kişi zahir olaraq yeddi (və ya səkkiz) il hakimiyyətdə olacaq, yer üzünü haqq-ədalətlə dolduracaqdır.” (6) 

* * *

“Ğəraibul-Qur’an” kitabının müəllifi Həsən ibni Məhəmməd Nişapuri “Nur” surəsinin 55-ci ayəsinin (“Allah siz müsəlmanlardan iman gətirib yaxşı işlər görənlərə və’də vermişdir ki, onları mütləq yer üzündə (Öz) canişini və hakim edəcək”) təfsirində İslam Peyğəmbəri həzrət Muhəmməd (s)-in belə buyurduğunu nəql edir: 

قَالَ رَسُولُ اللَّهِ (ص) لَوْ لَمْ يَبْقَ مِنَ الدُّنْيٰا اِلاَّ يَوْمٌ وٰاحِدٌ لَطَوَّلَ اللَّهُ ذٰلِكَ الْيَوْمَ حَتَّىٰ يَخْرُجَ رَجُلٌ مِنْ أَهْلِ بَيْتِى يُوٰاطِئُ اسْمُهُ اسْمِى وَ كُنْيَتُهُ كُنْيَتِى، يَمْلأُ اْلاَرْضَ عَدْلاً وَقِسْطًا كَمٰا مُلِئَتْ جَوْرًا وَ ظُلْمًا

“Əgər dünyanın axırına bir gündən artıq qalmamış olsa belə, Allah o günü o qədər uzadacaqdır ki, mənim Əhli-beytimdən olan bir kişi qiyam etsin. Onun adı mənim adımla, künyəsi mənim künyəmlə birdir. O, yer üzünü, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.”

––––––––––-------------------------------------------------------------------------------

1-“Səhihi Buxari”, “Bəd’ul-xəlq” kitabının 2-ci hissəsi, “İsa ibni Məryəmin nazil olması” bölməsi; “Səhihi Müslim”, 1-ci cild, 1-ci hissə, “İsa ibni Məryəmin nazil olması” bölməsi

2-“Tarixi Buxari”, 3-cü cild, səh. 346

3-“Səhihi Əbu Davud”, 2-ci cild, səh. 207

4-“Səhihi Tirmizi”, Dehli çapı, 1342-ci h.q, 2-ci cild, səh. 46

5-“Səhihi İbni Macə”, “Fitən” bablarından olan “Xuruc-ul-Məhdi” bölməsi

6-“Müsnədu Əhməd”, 3-cü cild, səh. 28

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!