CAMAATIN DİNİ DURUMU

:

Söhbətimiz İmam Zamanın (əc) zühurundan öncə camaatın dini vəziyyəti haqqında olacaqdır. Rəvayətlər də o dövrdə İslam dinində təkcə Qurandan savayı heç bir şeyin əsər-əlaməti qalmayacağını deyirlər. Müsəlmanlar isə təkcə müsəlman adını daşıyacaqlar.

Artıq o zaman məscidlər camaata moizə etmək yeri olmayacaq. Fəqihlər isə yer üzünün ən ucuz malı kimi çox ucuz qiymətə satılacaqlar.

1. İslam və müsəlmanlar
İslam ilahi qayda-qanunlar qarşısında təslim olmaq deməkdir. İslam Adəm övladının dünya və axirətdə xoşbəxtliyini təmin edən ən üstün və ən yaxşı dindir. Lakin onu dəyərli edən yeganə məsələ İslam və Quranın qanunlarına riayət etməkdir. Axır zamanda isə bütün bunlar əksinə baş verəcək. Yəni İslamın təkcə adı qalacaq. Quranın hər yerdə olmasına baxmayaraq, o dini qanun kitabı kimi deyil, qədim bir kitab kimi qəbul ediləcək. Müsəlman adlanan şəxslərdə müsəlmançılıq nişanələri görünməyəcək. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Bir gün gələr mənim ümmətimdə İslamın adından başqa heç bir şey, Qurandan isə təkcə хətti və rəsmindən başqa əsər-əlamət qalmaz. Müsəlmanlar yalnız adları ilə müsəlman çağırılacaqlar. Lakin оnlar İslama qarşı hamıdan daha çох biganə qalarlar.”1
İmam Sadiq (ə) buyurmuşdu: “Tezliklə elə bir zaman gəlib çatacaq ki, camaat Allahı tanımayacaq və tovhidin nə olduğunu bilməyəcəklər. Bu vəziyyət Dəccalın gəlişinə qədər davam edəcək.”2

2. Məscidlər
Ümumiyyətlə məscid Allaha pərəstiş etmək üçün müqəddəs məkan, dinin təbliğ olunduğu və camaatı düzgün yola hidayət edən ocaqdır. İslamın əvvəllərində, hətta hakimiyyətin ən önəmli məsələləri belə məscidlərdə həll olunardı. Cihadla bağlı məsələlər məsciddə proqramlaşdırılardı və beləliklə insanlar məsciddən meraca gedərdilər. Lakin Axır zamanda məscid, əhəmiyyət sahibi olan bu məkan öz mahiyyətini itirəcək, dini təbliğat, təlim-tərbiyə və elm ocağı olmaq əvəzinə, məscidlərin sayı və оnların bəzək-düzəyi artacaq. Peyğəmbər Əkrəm (s) bu barədə buyurumuşdu: “O zamanın məscidləri abad və gözəldir. Amma orada insanları düzgün yola çağırış və dəvət etməkdən heç bir хəbər yoxdur.”3

3. Fəqihlər
İslamın fəqih və alimləri yer üzündə Allah dininin mühafizəçiləridir. İnsanları hidayət edib yaxşı yola dəvət etmək onların vəzifəsidir. Onlar çox zəhmət çəkərək ilahi qanunları dini kitablardan elmi qayda-qanunlara əsasən əldə etməklə camaatın ixtiyarına verirlər. Lakin Axır zamanda bu vəziyyət tamamilə dəyişəcək, о dövrün alimləri ən pis alimlər olacaqlar. Allah Rəsulu (s) bu barədə buyurur: “O dövrün fəqihləri yer üzünün ən pis fəqihləri olacaqlar. Fitnə-fəsad, təxribat onların vasitəsilə başlayasaq, elə yenə də onların özlərinə qayıdacaq.”4
Bu sözləri deməkdə məqsəd bəlkə də hökumətdən asılı оlan alimlər nəzərdə tutulur. Çünki onlar zülmkar padşahların pis əməllərini ört-basdır etmək üçün hökmlər verərək onlara İslam donu geyindirəcəklər. Əslində onlar hər bir cinayətkarlıqla razılığa gəlməyə belə hazırdırlar. Məsələn, İslamın qatı düşmənləri ilə mübarizəni qanunun, şəriətin əksinə olduğunu iddia edən, indiki dövrdə vəhhabilərlə iş birliyinə girən hökumət vaizləri buna canlı misal ola bilər.
Bu şəxslər bir sıra qərb dövlətlərinin cinayətləri qarşısında heç bir söz demir, Kəbə ətrafında vəhhabilərin vasitəsilə qətlə yetirilən zəvvarların qatillərinin pis işlərini ört-basdır etməyə çalışır, hətta isbat üçün ayə və rəvayət belə söyləyirlər. Bəli, bütün bunların qarşısında belə deməliyik: “Onlar fitnələrinin özlərinə qayıdacağı ən pis fəqihlərdir.”

4. Dindən çıxmaq
Axır zamanın digər əlamətlərindən biri də camaatın dindən çıxmasıdır. Günlərin bir günü İmam Hüseyn (ə) Əmirəl-mömininin (ə) yanına gəlir. Bir dəstə adam İmam Əlini (ə) dövrəyə alıb ətrafında əyləşmişdilər. İmam Əli (ə) onlara belə buyurdu: “Hüseyn sizin rəhbərinizdir. Allah Rəsulu (s) onu ağa və sərvər adlandırmışdı. Onun nəslindən bir nəfər zühur edəcək. Bu şəxsin xarici görünüşü və əxlaqı mənə bənzəyəcək. O, zülmlə dolan dünyanı ədalətlə dolduracaq.”

Belə bir sual edildi: “Bu qiyam nə zaman baş verəcək?”
İmam (ə) cavab verdi: “Əfsus ki, bu qiyam qadın həyat yoldaşı üçün paltarından çıxdığı kimi, siz də dininizdən çıxdığınız zaman olacaq.”5

5. Dinin satılması
Hər bir insanın həyatı təhlükə qarşısında qalanda canını qorumaq üçün mal-dövlətlərindən belə keçməyə hazır olur. Amma insanın dini təhlükə qarşısında qalsa, canından keçmək hamıya vacibdir. Çox təəssüflər olsun ki, Axır zamanda din ən ucuz qiymətə satılacaq və səhər mömin olanlar axşama qədər kafirləşəcəklər.
Peyğəmbər Əkrəm (s) bu barədə buyurmuşdur “Ərəblərə üz gətirən şər və bədbəxtliklərə, qaranlıq və zülmət gecələr kimi оnları bürüyən fitnələrə görə yazıqlar оlsun! Bu zaman insan səhər çağı mömin, axşam isə kafir olar. Bəziəri dinlərini ən ucuz və dəyərsiz qiymətə satar. O günlərdə dinini dişi-dırnağı ilə qoruyan şəxslər əlində alovlu güllə saxlayan, yaxud əlində bir dəstə tikanı tutub sıхan kəsə bənzəyir.”6

Kitabın adı: Son hakimiyyət
Tərcümə edən: Mətanət Hüseynova


1. “Səvabul-Əmal”, səh. 301; “Camiul-əxbar”, səh. 129; “Biharul-ənvar”, 52-ci cild, səh. 190.
2. “Təfsiri Furat”, səh. 42.
3. “Biharul Ənvar”, 2-ci cild, səh. 190.
4. “Səvabul-Əmal”, səh. 301; “Camiul-Əxbar”, səh. 129; “Biharul-Ənvar”, 52-ci cild, səh. 190.
5. İbn Tavus, “Mulahim”, səh. 144.
6. Əhməd, “Musnəd”, 2-ci cild, səh. 390.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!