ZİYARƏTİN ƏSL MAHİYYƏTİ

:

Hörmətli Peyğəmbərimiz Həzrət Muhəmməd ibni Abdullahın (s), yaxud onun pak, mə`sum canişinlərinin (imamların) hərəmində olmaq və onları ziyarət etmək, ümmətin hidayəti yolunda zəhmət və fədakarlıqlara qatlaşdıqları üçün onlara təşəkkür və hörmətdən əlavə, bir növ beyət hökmünü də daşıyır.

İmam Rza (ə) öz söhbətlərinin birində məsumların (ə) qəbirlərinin ziyarəti barəsində belə buyurur:

 اِنَّ لِكُلِّ اِمَامٍ عَهْدًا فِي عُنُقِ اَوْلِيَا‌‌‍ﺋﻪِ وَشِيعَتِهِ وَاِنَّ مِنْ تَمَامِ الْوَفَاءِ بِالْعَهْدِ زِيَارَةَ قُبُورِهِمْ

“Hər bir İmamın öz dost və şiələrinin boynunda bir əhdi (haqqı) vardır ki, onların qəbirlərini ziyarət etmək bu əhdə əməl etmək yolundan biridir.”1
Həqiqətdə, Peyğəmbərin (s) və imamların (ə) qəbirlərini ziyarət edən şəxs onlarla əhd-peyman bağlayır ki, həyatında onların yol və hədəflərindən başqa bir hədəfin davamçısı olmasın.
Peyğəmbəri-əkrəmin (s) hərəmini ziyarət edən şəxs öz əməli ilə belə deyir: “Ey Allahın Rəsulu! Əgər mühacir və ənsar sənin peyğəmbərliyini müdafiə etmək üçün “Hüdeybiyyə”də sənə beyət etdilərsə,2  Məkkənin imanlı qadınları günah və şirkdən uzaq olmaq barədə səninlə beyət etdilərsə,3 günahkar möminlərə, sənin hüzuruna gəlib onların günahlarının bağışlanması üçün dua etməyini istəmələri əmr olunmuşsa,4 mən də - ey Rəsuləllah, ey ümmətin şəfaətçisi! Sənin ziyarətində olmaqla və torpağını öpməklə sənin məqsədlərini qorumağa dair beyət edirəm. Beyət edirəm ki, günah əməldən və şirkdən uzaq olum. Bu işin əvəzində səndən istəyirəm ki, Allah dərgahında günahlarımın bağışlanmasını istəyəsən.”
Müqəddəs qəbirlərin ziyarəti səyahət ilə tamamilə fərqlənir və tam başqa məqsəd daşıyır. Səyahətçilərin tarixi abidə və mənzərələri müşahidə etməkdə ümdə məqsədləri ləzzət almaq, xoş güzəranlıq və əyləncədir (əgər “ləhv və ləib” (haram işlərdən) uzaq olarsa, İslam da onunla müxalif deyildir.) Lakin müqəddəs hərəmlərin ziyarətçiləri öz istəklərinə çatmaq və onlarla əhd-peymanı yenilətmək məqsədi ilə hər cür çətinliklərə - biyabanda qaçmaq, tikanlıqda yatmaq və s. sinə gərirlər.

Tarixdə yazırlar: Peyğəmbərin (s) vəfatından sonra bir ərəb Mədinəyə gəldi, o Həzrətin qəbrinin kənarında əyləşərək bu ayəni tilavət etdi:

وَلَوْأَنَّهُمْ إِذظَّلَمُواْأَنفُسَهُمْ جَآؤُوكَ فَاسْتَغْفَرُواْاللّهَ وَاسْتَغْفَرَلَهُمُ الرَّسُولُ لَوَجَدُواْاللّهَ تَوَّابًا رَّحِيمًا

“(Ey Peyğəmbər!)Əgər onlar özlərinə zülm (günah) etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanmaq istəsəydilər və Peyğəmbər də onlar üçün istiğfar etsəydi, Allahın tövbəni qəbul edən, rəhmli olduğunu mütləq bilərdilər”.
Qərib ərəb sonra dedi: “Ey Peyğəmbər! Bura gəlmişəm ki, günahlarımın bağışlanmasını Allahdan istəyəsən, səni Allah dərgahında şəfaətçi edirəm.” Sonra göz yaşı axıdaraq bu şeri oxudu:

يَا خَيْرَ مَنْ دُفِنْتَ فِي الْقَاعِ اَعْظَمِهِ    فَطَابَ مِنْ طِيبِهِنَّ الْقَاعُ وَاْلاكم
نَفْسِي الْفدَاءُ لِقَبْرٍ اَنْتَ سَاكِنُهُ        فِيهِ الْعفَافُ وَفِيهِ الْجُودُ وَالْكَرَمُ

“Ey bu yerdə dəfn olunanların ən xeyirlisi! Sənin ətrindən təpələr və yamaclar xoş iyli olubdur.
Sənin sakin olduğun qəbirə canım fəda olsun! Orada iffət, səxavət və kərəm dəfn olunubdur.”5 (Bu şerləri oxuyandan sonra istiğfar edərək qalxıb getdi.)
Bu ərəb pak fitrətlə, saf zehinlə Peyğəmbərin (s) qəbrinin ziyarətinin məfhumunu dərk edib, varlıq aləminin əzizinin ziyarətinə tələsmişdi.
Qohum-əqrəbanın, alimlərin, haqq yolunun şəhidlərinin və din rəhbərlərinin ziyarətinin tərbiyəvi və ictimai fəlsəfəsi budur. Ağıl, nəql və məntiq də buna şahiddir.

* * *

1. Sünnü alimi Dar Qutni sənədli şəkildə Əbdüllah ibni Ömərdən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur:

مَنْ زَارَ قَبْرِي وَجَبَتْ لَهُ شَفَاعَتِي

“Hər kəs mənim qəbrimi ziyarət edərsə, mənim şəfaətim ona vacibdir”.6
2. Sünnü alimi Təbərani “Möcəmul-kəbir” kitabında və Qəzzali “Ehyaul-ülum” kitabında nəql edirlər ki, Əbdüllah ibni Ömər deyir: Peyğəmbər (s) buyurdu:

مَنْ جَائَنِي زَائِرًا لاَ تَحْمِلُهُ حَاجَةٌ اِلَّا زِيَارَتِي كَانَ حَقًّا عَلَيَّ اَنْ اَكُونَ لَهُ شَفِيعًا يَوْمَ الْقِيَامَةِ

“Hər kəs başqa hacət üçün yox, yalnız məni ziyarət etmək üçün ziyarətimə gələrsə, Qiyamət günü ona şəfaətçi olmaq mənə vacibdir.”7
3. Dar Qutni, Əbdüllah ibni Ömərdən nəql edir ki, Peyğəmbər (s) belə buyurmuşdur:

مَنْ حَجَّ فَزَارَ قَبْرِي بَعْدَ وَفَاتِي فَكَأَنَّمَا زَارَنِي فِي حَيَاتِي

“Hər kəs həccdən sonra - vəfatımdan sonra - mənim qəbrimi ziyarət edərsə, sanki sağlığımda olduğum vaxt ziyarət etmişdir”. 8
4. Dar Qutni Əbdüllah ibni Ömərdən nəql edir ki, Peyğəmbər (s) buyurmuşdur:

مَنْ زَارَنِي بَعْدَ مَوْتِي فَكَأَنَّمَا زَارَنِِي فِي حَيَاتِي

“Hər kəs məni, vəfatımdan sonra ziyarət edərsə, sanki məni sağlığımda ziyarət etmişdir”. 9


1- Vəsailuş-şiə, cild: 10, səh.346, hədis 2;

2- “Fəth” surəsi, ayə: 118;

3- “Mümtəhinə” surəsi, ayə: 12;

4- “Nisa” surəsi, ayə: 6,

5- Dar Qutni, Sünən, cild: 2, səh.278, hədis 192; 2- Yenə orada, hədis 193

6- “Vəfaul-vəfa”, cild: 4, səh.1361. Əddürərüs-səniyyə, səh.2;  

7- Dar Qutni, “Əssünən” cild: 2, səh.278 hədis 194;

8- Təbərani, “Əl-mö’cəmul-kəbir”

9-

 

Tags: MƏQALƏLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!