ALLAHIN MƏKANA EHTİYACI VARMI?

:

Əvvəldən axıra (tövhiddən məada) qədər Allah kəlamına istinad edilən haqq şiə əqidəsinə əsasən “اللَّهُ الصَّمَدُ” Allahın heç bir şeyə ehtiyacı yoxdur.

Başqa bir ayə:

يَا أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَ اللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ

Ey insanlar! Siz hamılıqla Allaha möhtacsınız və Allah zatən hər bir şeydən ehtiyacsız və tərifə layiqdir.  (“Fatir” surəsi, ayə: 15)

Allah, zatən hər bir şeydən ehtiyacsızdır, o cümlədən də məkandan. Çünki məkanı da məhz O, xəlq etmişdir və Allahın Öz məxluquna ehtiyaclı olması Onun zatən ehtiyacsız olması və İlahilik məqamı ilə uyğun gəlmir. Deməli, Onun heç bir məkana ehtiyacı yoxdur.

Amma bəzi firqələr inanırlar ki, Allah ərşdə “oturub”. Onlardan soruşuruq: “Hər bir şeyi, o cümlədən ərşi Allah xəlq etməmişdirmi?!” Cavabda deyirlər: “Əlbəttə! Kim bunu inkar etsə, kafirdir!” Soruşuruq: “Əgər Allah ərşin üstündə oturubsa, onu xəlq etməmişdən qabaq harada idi???” Təəssüf ki, bu suala sadə cavab belə tapa bilmirlər.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!