XURAFATIN QƏBUL OLUNMA SƏBƏBLƏRİ - 3

:

İNƏKPƏRƏSTLƏRİN GÜLÜNC ƏQİDƏLƏRİ
İnəkpərəstlər, bütün heyvanların inəkdən törədiyini iddia edirlər. Onlar təbərrük məqsədilə inəyin sidiyini üz-gözlərinə, fəzləsini isə evlərinin divarlarına sürtürlər.
Əgər iki-üç inək maşın yolunda oturub yatsa və yolu bağlasa, sürücülərin maşından düşüb onları kənarlaşdırması qeyri-mümkündür. Heç bir maşının siqnal vurmağa haqqı yoxdur. Nəticədə, təəccübləndirici tıxac yaranır.

Bəzən yeyinti çatışmazlığı ucbatından minlərlə şəxs acından ölür. Halbuki, minlərlə kilo inək əti mənasızcasına zay olur. Heç kəsin inək kəsməyə cəsarəti olmaz!
İnəyin dəfni, bir siyasi şəxsin dəfn mərasimi kimi yerinə yetirilir. Bol-bol dua oxuyub, göz yaşı tökürlər. İnəklə birlikdə bir miqdar nargil də basdırırlar ki, onun azuqəsi olsun, ac qalmasın! Hələ də bu mərasim öz qüvvəsində qalmaqdadır.

ÇİNLİLƏRƏ GÖRƏ AYIN DÖRDÜNCÜ GÜNÜNDƏ ÖLÜM HADİSƏLƏRİ
«Wörd-nyus» informasiya agentliyinin verdiyi xəbərə görə, xurafi əqidələrdən biri də, Çində camaatın 4 rəqəmini nəhs saymasıdır. Amerika San Diyaqo institunun Çin üzrə cəmiyyətşünası, Amerikada məskunlaşan çinlilər və yaponlar arasında təhqiqat aparıb. Bu təhqiqata əsasən, başqa günlərə nisbətən, hər miladi ayın dörüncü günü onlar arasında ürək tutmaları daha çox olur. Bu ölüm hadisələri, (nəhs saydıqları) o günün qorxusundan və (onun təsiri ilə baş verən) ruhi sıxıntı və sarsıntılardan irəli gəlir. Təhqiqatçı, Amerikada 25 il ərzində 47 milyon çinlinin ölümünün ayın dördüncü gününə təsadüf etdiyini məlumat vermiş, bu məlumatı «Medical english» adlı jurnalda dərc etdirmişdir. Bunu araşdıran Cimi Rapsporq deyir: «Bu hesablamalar bir neçə riyaziyyatçı tərəfindən aparılmış və məlum olmuşdur ki, hər ayın dördüncü günü Amerikada yaşayan çinlilərin arasında ürək tutmaları nəticəsində olan ölüm hadisələri, başqa günlərə nisbətən 13% çoxdur. O, bunu da əlavə edir ki, dörd ədədinin çin dilində «si» və yapon dilində də «shi» kimi tələffüz olunur ki, bu da hər iki dildə «ölüm» kəlməsinə oxşar məna daşıyır. Onlar 4 rəqəminin nəhs olduğuna o qədər etiqadlıdırlar ki, öz ölkələrində otaqlarda, otellərdə, xəstəxanalarda say kimi 4 ədədidən istifadə etmirlər. Hətta Çinin hərbi hava qüvvələrində, bu xurafi əqidəyə görə, hərbi təyyarələrdə belə 4 ədədindən say kimi istifadə etməkdən çəkinirlər. («Məcəlleye-mobəlləğan», № 75, səh: 154-155.)

XURAFATÇILIQ QƏRBLİLƏRDƏ DAHA ÇOXDUR
Elə düşünməyin ki, bu xurafat və mövhumat, təkcə şərqlilərə mənsub olub Hind qitəsi kimi üçüncü dünya ölkələrinə aiddir. London və Parisin cah-cəlallı küçə və yollarında rəmmallar, falçılar, xüsusən noxud falında «ixtisasçı» qadınlar pul qazanmaqla məşğuldurlar. Onların yaxşı müştəriləri də var. (Təkcə İtaliyada cadugərlər, rəmmallar və falçıların hər il 5 milyard yevroya yaxın gəlirləri olduğu bildirilmişdir. «Miqyaslar pərdəni açır», səh: 226; «Ufuqe-hovze», № 26, səh: 6, 26.03.83 (ş))
Son hesablamalara görə, amerikalıların yarısı xurafata uyan şəxslərdir. Etiqadlarına görə, əgər dostları ilə körpüdə xudafizləşərlərsə, artıq onları heç vaxt görə bilməzlər. Astroidi gördükləri zaman yubanmadan bir şey arzulayırlar ki, bütün arzuları həyata keçsin.
Fransalılar şiddətli şəkildə taleyəbaxmağa etiqad bəsləyirlər. İnternet vasitəsi ilə o gün haqqında verilmiş proqnozuna baxmasalar, yerlərindən heç bir yana tərpənməzlər. Səhər yeməyi zamanı qəzetin birinci səhifəsində oxuduqları, gündəlik tale proqnozlarıdır. («Məcəlleye-mobəlleğan», № 75, səh: 154)
Dünyanın sənət və maddi inkişaf qütblərində Avropanın parlayan kilsələri arasında da cahil adət-ənənələr, fikirlər, mövhumatdan doğan əqidələr hay-haray salır!
Necə düşünürsünüz, görəsən, təslisi (Üçallahlılığı qəbul etmək və ona etiqad bəsləməyə deyilir; Ata (Allah), oğul (İsa) və ruhul-qüds (Cəbrayıl).) qəbul etmək, təmid qüslü, günah və tövbənaməni alıb-satmaq orta əsrlərin düşüncə tərzinə daha yaxındır, yoxsa bütpərəstlik və şeytanı Allah qəbul etməyəmi?!
İncil kitabına əl uzadıb mənəvi əxlaqsızlığı ilahi peyğəmbərlərin adına yazmaq, keşişə günahların bağışlnması üçün pul vermək, qırx günlük orucu dəyişərək iki günlüyə çevirmək, Həzrət İsanın (ə) ət-qanını yemək üçün təşkil olmuş uydurma mərasimdə1 iştirak etmək daha çox gülüncdür, yoxsa supərəstlik və inəyi Allah qəbul etmək?!2
Buna görə də, Əllamə Təbatəbai (r) kimi böyük şəxslər, qərblilərin xurafatına öz nəzərlərini belə bildirirlər:" Bəzi insanlar xurafatı şərqlilərin xüsusiyyətlərindən olduğunu güman edirlər. Əgər qərblilərin xurafata hərisliklərinin daha çox olduğunu deməsək, əslində xurafat nə qədər şərqlilərə mənsubdursa, bir o qədər də qərblilərə mənsubdur..." («Tərcumətul-Təfsirul-mizan», c: 1, səh: 638)

Kitabın adı: Camaat arasında olan xurafat və insanların xurafat saydıqları həqiqətlər
Müəllif: Seyyid İsmail Şakir Ərdəkani


1. İşa rəbbani, xristianların ən tanınmış mərasimlərindəndir. İncili yazanlardan bəzilərinin etiqadına görə, İsa (ə) həvarilərə yediyi ən axırıncı şam yeməyində çörəyi götürdü, ona bərəkət verdi və kəsib dedi: «Yeyin! Bu, mənim bədənimdir.» Sonra bir qədəh şərabı götürüb şükür etdi, onlara verdi və dedi: «İçin! Bu, mənim qanımdır ki, günahların bağışlanması üçün töküləcək.»
Xristianlar xüsusi məclislərdə keşişin onlara verdiyi, kilsə rəhbərlərinin öz duaları ilə onları İsanın (ə) ət və qanına çevirdiyi çörək və şərabı yeyib-içirlər. Bu mərasimin adı «İşa rəbbanidir» ki, onun rədd olunması hər bir ağıllı, insaflı adam üçün aşkardır (Ayətullah Ustadinin «Müqəddəmeyi bər meləl və nəhl» kitabından götürmələr, səh: 96).
2. Yeni müsəlman olmuş amerikalı institut müəllimi professor Leqnhauzen özünün müsəlman olması barədə deyir: «Görürdüm ki, xristianlığın sözləri ağılla uyğunlaşmır... Hamıdan əhəmiyyətlisi budur ki, müsəlmanların Allah haqqında anlayışları mənim üçün maraqlı idi. Elə bunun üçün keçmiş etiqadımdan əl çəkdim. O etiqadlardan əl çəkəndə başa düşdüm ki, öncə necə xurafatlara bağlı olmuşam («Əsre-imam Xomeyni», səh: 140-141).

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!