XURAFATLAR HAQDA ƏQİDƏMİZ - 3

:

QOHUMLARIN EVLƏNMƏSİ BARƏDƏ İKİ NƏZƏR
Xuzistanda olan ərəb tayfaları arasında «nəhvə» adlı bir adət var (Əmiqızının əmioğlu ilə və ya başqa yaxınlarla məcburi evləndirilməsi, başqaları ilə evlənməsinin qarşısının alınması). Belə bir adətin şəriətdə hökmü nədir?

Cavab: Belə bir adət şəriətin əksinədir, ondan çəkinmək lazımdır. Lakin məcburiyyət olmadan qız və oğlanın razılıqları istisnadır. («İstiftate-cədid», c: 3, səh: 243)
Ayətullah Fazil Lənkərani: «Qohumların evlənməsi barədə alimlərin arasında iki nəzər vardır:
1. Mərhum ikinci Şəhidin nəzərinə görə, «Məsalik» kitabında Peyğəmbərə (s) istinad olunan bir rəvayətdə Həzrət buyurur:
لا تنکحوا القرابة القریبة فان الولد یخرج ضاویا  «Öz yaxınlarınızla evlənməyin, çünki arıq (zəif) uşaq doğulacaq.»
2. Yusif Bəhraninin «Hədaiq» kitabında (c: 23, səh: 17) sileyi-rəhmə görə qohum-əqraba ilə evlənmənin müstəhəb olduğu deyilib. İkinci şəhid «Qəvaid» kitabında bunu seçərək yığcam şəkildə deyir; yaxınlarla evlənmə haqqında mötəbər rəvayət yoxdur. («Cameul-məsail», c: 1, səh: 445, sual: 1575)
Amma bu gün müasir elm, uşaqlarda olan əlillik, fiziki və zehni qüsurun faiz etibarı ilə çoxunu qohumların evlənməsilə bağlayır. Belə uşaqları himayəyə götürüb saxlayan mərkəzlərin çoxu, bu evlənmələr nəticəsində doğulan uşaqları öz öhdəsinə almaq hədəfini güdür. Bu uşaqların saxlanması və xüsusi təlim-tərbiyyəsinə çəkilən xərclərə əlavə olaraq, deyilən səbəb üzündən bu uşaqlar ata-ana məhəbbətindən də uzaq düşürlər. Əlbəttə, bəzi ixtisasçılar demişlər ki, bir-birinin qohumu olan qız və oğlan, fiziki və ruhi cəhətdən sağlamdırlarsa, onların evliliyinin problemi olmayacaq. Əks təqdirdə, övladlarda bərpa olunmayan problemlərin özünü göstərmə ehtimalı vardır və ya ən azı, onların bir nöqsanı – zehni problemləri olacaq. Bu, dünyanın elmi mərkəzlərində bu gün diqqət olunası bir məsələyə çevrilmışdir.». (Bu barədə daha ətraflı məlumat almaq istəsəniz, aşağıdakı mənbələrə müraciət edə bilərsiniz: «Nəqşe-din dər xanevade», Ayətullah Ehsanbəxş, c:1; «Raze-xoşbəxti və ecaze-izdivac», Seyid Məhəmməd Şəfii Mazandarani; «Mahname peyame-zən», № 26.)
Bu nöqtəni də vurğulayırıq ki, hal-hazırda evlənmədən öncə genetik analiz yolu ilə bir çox məsələlər məlum olur, nəticədə problemlərin qarşısı alınır.

YAYILMIŞ XURAFATDAN DAHA BİR NÜMUNƏ
10-cu sual: Aşağıda deyilənlərin ağıl və şəriət əsasında, yoxsa xurafat və şəriətin əksinə olduğunu deməyinizi xahiş edirik.
Zərihlərə, müqəddəs məkan, hərəm və imamzadələrin qapılarına sap bağlamaq
Ziyarətgahlarda, seyyidlərin, alimlərin və başqalarının qəbri üstündə şam yandırmaq
Həzrət Xızrın (ə) gəlməsi üçün su səpib, evin qapısını süpürmək
Ay, əqrəb bürcündə olanda nigahın bağlanmaması
Qəndi, gəlin və bəyin başına tökmək
Pişiyin üstünə su tökmək, dəridə dənə şəkilli ləkələrin yaranmasına səbəb olur.
Qayçını biri-birinə vurmaq, ailə üzvlərinin bir-birilə dava-dalaşına səbəb olur.
Gecə vaxtı qəbiristanlığa getmək məkruhdur.
Ölülərin paltarlarını atmaq və onlardan istifadə etməmək, bəzən də yandırmaq.
Şənbə günü yas məclisi təşkil etməyin pis təsiri vardır.
Cavab: Ayətullah Məkarim Şirazi: «Bunlardan heç biri düz deyil! Ay, əqrəb bürcündə olduqda əqd siğəsinin oxunması, bəzi rəvayətlərdə nəhy olunmuşdur. Həmçinin, gecə qəbirləri ziyarət etmək də nəhy olunmuşdur.» (Onun «İstiftat»a cavabı, 04. 07. 1384 (ş))
Əlbəttə, mərceyi-təqlidin nəzərinə əsasən, meyitin gecə dəfn olunmasının eybi yoxdur. («Əcvəbətul-istiftat», səh: 47, sual: 236)

SAXTA ADƏTLƏR
Camaat arasında mötəbər dəlil və sənədə əsaslanmayan bəzi adətlərin yayılması, üstəlik, onların müqəddəsləşdirilməsi, din-məzhəblə əlaqələndirilməsi təəccüb doğurur. Nümunə üçün onlardan bəzilərinə işarə edirik:
Səfərə çıxan üçün ayaq arxasında aş bişirmək; namazdan sonra görüşmək; “müşkülhəlledən” noxudu paylamaq; istəklərin yerinə yetməsi üçün nəzir olunmuş aş qazanlarını bir-birinə vurmaq; (müəyyən girişlərdə) içəriyə sağ tərəfdən daxil olmağın insan üçün xeyirli olacağına etiqad bəsləmək... (İmam Əlidən (ə) nəql olunan bir rəvayətdə deyilir ki, Həzrət, dolanışıqdan ona şikayət edən bir nəfərə buyurdu: «لعلک تمشی أمام من هو اکبر منک سنا; «Bəlkə yeriyən zaman böyüklərdən öndə gedirsən ?!» (Yəni, böyüklərlə yol gedərkən onlardan öndə addımlamaqla hörmətsizliyə yol verirsən və bu da sənin yoxsulluğuna səbəb olub.) “Nişan əz binişaniha” (səh: 381) ktabının «Əl-Məxazen»-dan (c: 1, səh: 288) nəqlinə əsasən.
Bu rəvayəti, bəlkə də, özündən daha böyükləri önə çəkmək üçün əsas götürmək olar. Əlbəttə, elm, seyidlik, ustadlıq haqqı və s. məsələləri də bu mövzunun prinsipi kimi qəbul etmək olar.)
Həccə getmək şərəfinə nail olmağın ildönümünü qeyd etmək üçün qurban kəsmək; qırx cərşənbə gününün axşamı, müqəddəs Cəmkəran məscidinə getmək; müqəddəs zirehlərə qıfıl və bağ bağlamaq; bədnəzərin qarşısını almaq üçün üzərrik yandırıb dolandırmaq; il təhvil olan zaman duanın qəbul və müstəcəb olmasına etiqad bəsləmək; cənazənin önündə və evə gəlin apararkən qurban kəsmək; Həzrət Xızrın gəlməsi üçün evin qapısının süpürülməsi; «yeddi sin» süfrəsi; doğum gününü qeyd etmək; novruz səmənisi; Mövləvi və Hafiz falını müqəddəsləşdirmək və s.
Bunlardan bəziləri elə bir şəkildə əhəmiyyət və müqəddəslik qazanıbdır ki, onlara qarşı çıxmağı şəriətə qarşı cıxmaq, buna görə cəzalanacaqlarını düşünürlər. Halbuki bu, belə deyil. Bəli, yuxarıda deyilənlərin bəzilərinin eybi və zərəri yoxdur, bəzən də onları yerinə yetirmək bəyənilmiş əməl sayılır. Amma gərək diqqət edək ki, bunlar şəriətin göstərişi kimi tanınmasın və məzhəblə bağlanmasın. Məsələnin daha da aydın olması üçün aşağıdakı istiftaya diqqət edək:
11-ci sual: Seyidüş-şühədanın (ə) əzadarlıq mərasimlərində ələmdən istifadə etmək, ya onu əza məclisınə vermək, yaxud da əza saxlayan dəstələrin onu daşımalarının hökmü nədir?
Ayətullah Xameneyi: «Öz-özlüyündə bunun eybi yoxdur, amma bu işlər gərək dinin bir hissəsi sayılmasın.» («Əcvəbətul-istiftat», səh: 347, sual: 1444)
Yenə də bu nöqtəni vurğulayırıq ki, əgər bir xurafat, ya bir yaxşı sünnət əməl olunub yayılırsa, gərək o, dinin, məzhəbin adıyla bağlanmasın. Belə bir əməl nəhayətdə dinin zərərinə nəticələnəcək. Gərək ... cidiyyətlə və qəti şəkildə onların önündə dayanılsın, onlara əməl edənlər məlumatlandırılsın.
Belə məsələlərin (xurafata məzhəbi don geydirməyin) acı nəticələrindən biri də budur ki, onlara qarşı çıxmağı çətinləşdirir ki, bu da xurafatın möhkəmlənməsinə və dəyişilməzliyinə səbəb olur.
Diqqət! (Dini-mənəvi vasitələrdən təbərrük kimi istifadə etməyin maneəsi yoxdur!)
Məsələnin digər mənfi şəkildə başa düşülməməsi üçün diqqət yetirmək lazımdir ki, bəzi müqəddəs sünnətlər və adətlət bizim böyüklərimizdən qalmışdır. Onlar pislənilmir, üstəlik o adətlər çox dəyərli və hörmətə layiqdirlər. Belə bəyənilmiş sünnətlərə əməl etmək, böyüklərə iqtida və mərifət sayılır, Allah dərgahında Onun və övliyalarının diqqət və nəzərini qazanmaq üçün vasitə olur. Buna misal olaraq Həzrət  İmamın (ə) həyatından bir nümunayə nəzər salaq. Həzrət İmam Rzadan (ə) rəvayət olunub: «Bir gün İmam (ə) özünün yundan hazırlanmış nazik, yumşaq köynəyini mərhəmət edərək Dəbələ verir və buyurur:

احتفظ بهذا القمیص، فقد صلیت فیه الف لیلة فی کل لیلة الف رکعة، و ختمت فیه القرآ ن الف ختمة

«Bu köynəyi yaxşı saxla! Mən o köynəkdə min gecə, hər gecədə isə min rükət namaz qılmışam. Onunla min dəfə Quran xətm etmişəm.» («Biharul-ənvar», c: 49, səh: 238, həd: 7; «Əl-Qətrə»-nin tərcüməsi, c: 1, səh: 608)
Bu rəvayətin üzərində diqqətlə düşünəndə aydın olur ki, ilahi ibadətlərin yerinə yetirilməsində istifadə olunan paltar, başqa paltarlardan fərqlidir və o, özündə başqa təsirləri daşıyır.
Başqa bir nümunəni Fatimə binti Əsədin (ə) vəfatı hadisəsində görürük. Rəsulallah (s) öz əbasını Həzrət Əliyə (ə) verir ki, əbanı anası ilə birlikdə dəfn etsin.
Hədislərimizdə meyiti dəfn edərkən onun namaz qılıb, oruc tutduğu, həcc yerinə yetirdiyi (ehram bağladığı) paltarla və ya bir miqdar İmam Hüseynin (ə) türbəti ilə dəfn olunmasının müstəhəbb olduğu təkid olunub. («Vəsailuş-şiə», c: 3; «Kitabul-təharə əbvabul-təkfin», bölmə: 4, 5, 12)


Kitabın adı: Camaat arasında olan xurafat və insanların xurafat saydıqları həqiqətlər

Müəllif: Seyyid İsmail Şakir Ərdəkani

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!