ƏBƏDİ HƏYAT - 2

:

AXİRƏT DÜNYASINA İMANIN MƏNBƏ VƏ MƏNŞƏYİ
Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan vəhydə görmək lazımdır.
Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlara Allah tərəfindən nazil olan vəhy məhz həqiqətdir.

Onların Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətə çatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni “məad” olmuşdur. Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni axirət dünyasına olan imanının az və ya çox olması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumi dünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirət dünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları yanlış təfəkkür tərzinə və cəhalətə qatılmamalıdır.
Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları da vardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məad haqda söylədiklərini təsdiq edir.
Və bu yollar:
1. Allahı tanımaqdan;
2. Dünyanı tanımaqdan;
3. İnsanın ruh və nəfsini tanımaqdan ibarətdir.
Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açmaq istəmirik və yalnız vəhy və nübüvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, bir qədər sonra “Quranın axirət dünyası haqda dəlilləri” adlı bir mövzu haqda söhbət açacağıq.
Haqqında söhbət açılması zəruri olan məsələ isə, İslamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışı və ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir:
1. Ölümün mahiyyəti;
2. Ölümdən sonrakı həyat;
3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi;
4. Böyük qiyamət;
5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə və rabitəsi;
6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi və onun təsiri;
7. Bu dünyanın axirət dünyası ilə oxşar və fərqli xüsusiyyətləri;
8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil və sübutlar;

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!