ƏBƏDİ HƏYAT - 4

:

ÖLÜMDƏN SONRAKI HƏYAT
İnsan dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və Qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, Qiyamətin nə vaxt baş verəcəyi yalnız Allaha məlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır).

Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, Peyğəmbər və imamlardan nəql olunmuş “mütəvatir” hədislərdə dünya ilə Qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunmuşdur. Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcəkdir. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaqdır. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaqdır. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkətin öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərzində yaşayıb Qiyamət günündən əvvəl dünyalarını dəyişəcəklər. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra Qiyamət gününədək özünü boşluqda hiss etməyəcəkdir. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə, nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə olaraq əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaqdır. Bu mərhələ Qiyamət gününədək davam edəcəkdir. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcəkdir. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur.
Demək, Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaqdır. Biri bu aləm kimi sonu olan “bərzəx” aləmi, digəri isə sonu olmayan “axirət” dünyasıdır.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!