SALAVATIN FƏZİLƏTİ - I hissə

:

"Salavat Qəbirdə bir nurdur". "Salavat Siratda bir nurdur". "Salavat Behiştdə bir nurdur". "Salavat namazın qəbul olunmasına səbəb olar". "Salavat ağız qoxusunu ətirləndirir". "Salavat Qiyamət günündə əməllərin ən ağırıdır".

Onda gəlin salavat göndərmək və onu hədiyyə etməklə Allah, mələklər, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və məsumları sevindirək. Səyimiz bu olsun ki, hər bir yerdə: ailədə, cəmiyyətdə, idarə və məktəblərdə salavat göndərməklə o məkanı ətirləndirək. Həmişə salavat deyən şəxs olaq. Çünki salavat bizi və cəmiyyətimizi sığortalayandır və ən gözəl sığortadır.
{mp3remote}http://rizvan.net/aze/images/audio/salavat/2/001.mp3{/mp3remote}
1. İlahi kəlamda salavat
Qurani-Kərimdə Allah-taala buyurur: “İnnəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiyyi, ya əyyuhəl-ləzinə amənu səllu əleyhi və səllimu təslimən.” “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və kamil şəkildə onun fərmanına təslim olun!”
İmam Kazımdən (ə) “Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Ona salavat göndərib və salam deyin və fərmanına təslim olun!” – ayəsində Allahın, mələklərin və möminlərin salavatının mənası barədə sual olundu. İmam buyurdu: “Allahın salavat göndərməsi onun tərəfindən bir növ rəhmətdir, mələklərin salavatı Allahın Rəsuluna nisbət onların sitayişidir və möminlərin Peyğəmbər üçün  salavat göndərməsi onlardan bir duadır.”
İmam Sadiq (ə) da bu ayə barədə buyurur: “Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) tərif deyin və ona salam göndərin! (fərmanına boyun qoyun).

2. Salavat camaatın duasıdır
İmam Sadiq (ə) buyurur: “Salavat Allah tərəfindən rəhmətdir, mələklər tərəfindən paklamaq və camaat tərəfdən duadır.”

3. Qiyamətdə ən fəzilətli əməllər
İmam Sadiq (ə) buyurur: “Qiyamət günündə Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm) və ali Mühəmmədə salavatdan daha əzizi və daha üstün heç bir əməl yoxdur.”

4. Qiyamətdə ən ağır əməl
İmam Baqir (ə) və imam Sadiq (ə) buyururlar: “Qiyamət günündə əməllər tərəzisində qoyulan ən ağır əməl Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm ) və onun Əhli-beytinə olan salavatdır.”

5. Bərzəxdə əməllərin ən yaxşısı
Əbu Əlqəmə deyir: “Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) sübh namazından sonra üzünü bizə tutdu və buyurdu: “Mənim səhabələrim! Dünən gecə əmim Həmzəni (ə) və qardaşım Cəfəri (Təyyarı) yuxuda gördüm və dedim: Ata və anam sizə fəda olsun, hansı əməli yaxşı gördünüz?”
Cavab verdilər: “Ata və anamız sənə fəda olsun! Biz sənə salavatı susuzu sirab edən və Əli ibn Əbu Talibə (ə) olan məhəbbəti isə əməllərin ən yaxşısı gördük.”

6. Ən sevimli əməl
Peyğəmbər Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Cəbraildən (ə) soruşdum: Ən sevimli əməl hansıdır?”
Cavab verdi: “Ey Mühəmməd! Sizə göndərilən salavat və salam və Əli İbn Əbu Talibə olan məhəbbət ən sevimli əməldir.”

7. Mələklərlə yoldaşlıq
Əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Həmişə mələklərdən ibarət bir karvan Allahın əmri ilə aləmdə hərəkətdədirlər. Zikr və salavat deyilən bir məclisə yetişən zaman bir-birinə deyərlər: “Yerə enin!” Yerə enən zaman məclis əhli ilə dua edən zaman “amin” deməklə və salavat göndərən zaman da salavat göndərməklə yoldaşlıq edərlər və axırda bir-birinə deyərlər: Bu məclis əhlinin xoş halına ki, Allah onları bağışladı!”

8. Bir şey əldən çıxan və məhv olan zaman
Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bir şey aradan gedən zaman de: “Allahummə səlli əla Muhəmməd  və ali Muhəmməd”

9. Allahın salavatı
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Cəbrail (ə) mənə nazil olub dedi: “Allah-taala buyurur: Hər kəs sənə salavat göndərsə mən və mələklərim ona on dəfə salavat göndəririk və bir nəfər sənə salam versə mən və mələklərim ona on dəfə salam veririk.”

10. Salavat yazmağın mükafatı
Əziz İslam peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bir nəfər yazdığı vaxtda mənə salavat göndərsə (yazılı salavat) – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd – o vaxta qədər ki, mənim adım o yazıda gözə dəyir mələklər onun üçün rəhmət və istiğfar (bağışlanma) edərlər.”

11. İmamın səfərdə ibadəti
İmam Rzanı (ə) Mədinədən Mərvə gətirmək üçün gedən məmurların başçısı Rəca ibn Əbi Zəhhak İmamın gecə-gündüz etdiyi ibadətlərdən söhbət açaraq deyir:
–İmam Rza (ə) sübh namazını qılırdı, salamdan sonra namaz qıldığı yerdə otururdu, Allaha təsbih, həmd, təkbir ilə məşğul olurdu və günəş çıxana qədər Peyğəmbər və ali peyğəmbərə salavat göndərirdi.

12. Mən savabı hesablamaqdan acizəm!
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Meraca gedən zaman, gördüm bir mələyin bir milyon əli vardır və hər əlin bir milyon barmağı vardır və hər barmağında bir milyon bəndi vardır.
O mələk dedi: “Mən yağan yağışın səhraya və dənizə neçə damla yağdığının hesabını bilirəm, həmçinin xilqətin əvvəlindən indiyə qədər yağan yağış damlalarının sayını bilirəm, amma bir şey var ki, onu hesablamaqda acizəm.
Buyurdu: “Nədir?”
Ərz etdi: “Sənin ümmətindən bir dəstə camaat birlikdə olub və bir yerdə sənə salavat göndərən bir zamanda salavatın savabını hesablamaqda acizəm. “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin və əccil  fərəcəhum.”

13. Nifaqı aradan qaldırmaq
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Mənə və Əhli-beytimə salavat göndərmək nifaqı aradan aparır.”

14. Günahları məhv edir
İmam Rza (ə) buyurdu: “Hər kəs günahlarının kəffarəsini (cəriməsini) ödəməyi bacarmasa, gərək Mühəmməd (s) və onun Əhli-beytinə çoxlu salavat göndərsin,  çünki salavat günahları məhv edir.”

15. Behişt iyindən məhrum qalmaq
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Bir nəfər mənə salavat göndərsə, lakin mənim Əhli-beytimə salavat göndərməsə behiştin iyini dadmayacaqdır.”

16. Salavat savabının günahlara üstün gəlməsi
Bir katibi vəfatından sonra yuxuda gördülər və onun halını soruşdular. Cavab verdi: “Mənim günahlarımı Peyğəmbərin (s) adına yazdığım salavatla tərəzidə çəkdilər salavatın savabı çox ağır gəldi və məni bağışladılar.”

17. On günahın məhv olması
İslam Peyğəmbəri (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: “Hər kəs mənə bir salavat göndərsə Allah-taala ona görə o şəxsə on salavat göndərər, on günahını məhv edər və on ehsan onun üçün yazar. Ona iki mələyi vəkil edər ki, ruhuma o salavatı çatdırmaq üçün bir-birilə yarışarlar.”

18. Salavatın bərəkətinə üzün xoş iyli olması
“Şəfaul-əsqam”da Məhəmməd ibn Səiddən rəvayət olub ki, dedi: ”Özümlə əhd bağladım ki, yuxudan əvvəl müəyyən sayda Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) salavat göndərim. Bir gecə ailəm ilə bir otaqda yatmışdım və yuxuda gördüm ki, o həzrət daxil oldu və otağın divarları camalının nuru ilə işıqlandı və buyurdu:
–Mənə salavat göndərən o ağız hardadır ki, onu öpüm?
–Mən ağzımı qabağa aparmağa utandım, üzümü irəli apardım ki, onu öpsün. Sevincimdən yuxudan oyandım və ailəmi oyatdım. Xoş ətir iyi otağı bürümüşdü və elə bil əzfər müşkündən ev dolmuşdu. O iy səkkiz günə qədər üzümdə qaldı və hər kəs onu iyləyirdi.

19. Fəqirin ağzının xoş iyi
Şeyxlərin birindən hekayət edirlər: “Bir gecə İsfahanda fəqirlərdən birinin otağında qaldım. Gecə yarısı yuxudan oyandım xoş bir iy burnuma yetişdi ki, ondan daha xoş iy heç vaxt duymamışdım. Qalxdım və o iyin haradan gəldiyini bilmək üçün axtarmağa başladım, o iyin evin daxilindən gəldiyini hiss etdim. Baxanda otağın küncündə bir fəqirin züm-zümə etdiyini gördüm. Qulaq asan kimi salavat göndərdiyini eşitdim və o ürək oxşayan xoş ətir iyi onun ağzından gəlirdi.”

20. Qəbirdə salavatın fəryada  çatması
Şibli nəql edir: “Mənim bir qonşum var idi. Vəfat etdikdən sonra onu yuxuda gördüm. Soruşdum: Allah-taala səninlə necə rəftar etdi?
Dedi: “Ey Şeyx! Böyük dəhşətlər gördüm, çoxlu əziyyətlər çəkdim. O cümlədən Münkir və Nəkirin sualları zamanı dilim işdən düşdü. Öz-özümə deyirdim: Vaveyla, bu əzab və bəla mənə hardan yetişdi? Axı mən müsəlman idim və İslam dinində öldüm. O iki mələk qəzəblə məndən cavab tələb etdilər. Qəflətən gözəl, nurani saqqallı və xoş iyli bir şəxs gəlib mənimlə onlar arasında hayil (pərdə) oldu və mənə öyrətdi. Mən də onların suallarına düzgün şəkildə cavab verdim. O şəxsdən soruşdum: Sən kimsən? – Allah sənə rəhm eləsin – məni qüssədən xilas etdin!
Dedi: “Mən sənin Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) göndərdiyin salavatdan xəlq oldum və hər zaman və hər yerdə əlacsız qalsan sənin fəryadına yetişmək üçün məmur olmuşam.”

21. Bərzəxdə salavatın kəraməti
Fəzl Kindini vəfatından sonra yuxuda görüb ondan soruşdular: “Allah-taala səninlə necə rəftar etdi?
Dedi: “Mənim bu iki barmağım – yəni şəhadət və baş barmağım – vasitəsi ilə həyata keçən əməlimə görə məni bağışladı və əzizlədi.
Dedilər: “Onlar nə iş gördülər ki, sənə olan kəramətə səbəb oldu?”
Dedi: “Səlləllahu əleyhi və alihi və səlləm”i çox yazırdım.

22. Gül iyləyən zaman salavat demək
Mötəbər hədisdə Malik Cəhənidən rəvayət olmuşdur: “Bir gülü imam Cəfər Sadiqə (ə) verdim. Həzrət aldı və iylədi, sonra hər iki gözünün üstünə qoyub buyurdu: Hər kəs bir gülü alsa, iyləsə və gözlərinə qoysa – Allahummə səlli əla Muhəmməd və ali Muhəmməd və əccil fərəcəhum – desə, hələ yerə qoymamış onun günahları bağışlanar.”

23. Unutqanlığın dərmanı
Allahın Rəsulu (səlləllahu əleyhi və alihi) buyurdu:
–Bir şeyi unutduğunuz zaman mənə salavat göndərin ki, o şeyin yada düşməsinə səbəb olar.
{mp3remote}http://rizvan.net/aze/images/audio/salavat/2/002.mp3{/mp3remote}
Kitabın adı: Fatimeyi-Zəhranın (ə.s) zikrinin və salavatın savabı
Tərcümə edən: Əbdülğəfur
Ardı var ...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!