MƏNİ YAD EDİN, MƏN DƏ SİZİ YAD EDİM

:

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

فَاذْكُرُونِي أَذْكُرْكُمْ وَاشْكُرُواْ لِي وَلاَ تَكْفُرُونِ
Məni yada salın ki, Mən də sizi yada salım. Mənə şükr edin və küfr və nemətlərimə nankorluq etməyin. (Bəqərə surəsi, 152-ci ayə).

AYƏNİN TƏFSİRİ
Bu ayədə Allah Təala bəndələrinə verdiyi nemətlərinə görə şükr etmələrini elan edir və bildirir ki, biz bəndələr də yeri var bu nemətlərə görə daim şükür edək.
Məlumdur ki, “Məni yada salın ki, Mən də sizi yada salım” cümləsi Allah ilə bəndələri arasında olan məhəbbət mənasında olan bir cümlə deyil. Necə ki, bəzi insanlar bir-birinə deyir bizi xatırlayıb yada salsanız, biz də sizi yada salarıq. Əslində Allah bu ayədə bildirir ki, Mənim pak zatımı xatırlayıb həmişə yada salıb, zikr etsəniz sizin ruhunuz İlahi rəhməti qəbul etməyə zərfiyyət tapacaq, insan Allahın pak zatına nə qədər diqqətli olsa bir o qədər ruhu güclənəcək, xalis və dözümlü olacaq.
Həmçinin nemətlərə şükr etmək də təkcə dil ilə deyil əksinə hər bir neməti öz yerində düzgün istifadə etsəniz və yaradıldığı hədəf üçün işlətsəniz Allahın nemətlərinin çoxalmasına səbəb olar.
Nəticə alırıq ki, Allahı yad etmək heç də Allahın bəndələrinin zikrinə ehtiyaclı olmasından deyil əksinə bu yad etmənin xeyirləri bəndənin özünə qayıdır. Məhz buna görə də insan nə qədər Allahı zikr edirsə ruhunun və mənəviyyatının güclənməsinə səbəb olur ki, bu da insanın ağılının çoxalmasına səbəb olur. İmam Əli əleyhissalamdan nəql olunan hədis də, bu mətləbi təsdiq edir, həzrət buyurur: İnsanın imanı onun ağlı qədərdir. Deməli insan ruhunu çoxaltdıqca onun ağlı da çoxalır ki, təbbidir ağıllı insan kamilliyə daha yaxın olur.
ALLAHI NECƏ YADA SALIB XATIRLAYAQ
Allahı xatırlamağın necəliyi haqqında müxtəlif nəzərlər mövcuddur ki, Fəxri Razi özünün “Təfsiri Kəbir” kitabında bu məsələni on mövzuda xülasələşdirib. On mövzu aşağıdakılardır:
1. Məni itaət etməklə xatırlayıb yada salın ki, Mən də sizi rəhmətimlə yad edim (bunu təsdiq etmək üçün Ali-İmran surəsinin 132-ci istinad edir: Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız).
2. Məni dua ilə yad edib xatırlayın ki, sizin dualarınızı qəbul etməklə yad edib xatırlayım (Mömin (Ğafir) surəsinin 60-cı ayəsinə istinad edir: Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim).
3. Məni həmd səna və itaətkarlıqla yad edin, sizi səna və nemətlə xatırlayım.
4. Məni dünyada yad edin sizi başqa bir aləmdə yad edim.
5. Məni xəlvətdə yad edin Mən də sizi cəmiyyət arasında yad edim.
6. Məni nemətin bol və firavan olduğu vaxt yad edin ki, Mən də sizi çətinlik vaxtı yad edim.
7. Məni ibadətlə yad edin ki, Mən də sizə kömək etməklə sizi yad edim (Fatihə surəsi, 5-ci ayə: Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik).
8. Məni cihad etməklə yad edin ki, Mən də sizi hidayət ilə yad edim (Ənkəbut surəsinin 69-cu ayəsi: Bizim yolumuzda cihad edənlərə şübhəsiz, Öz yollarımızı göstərərik...).
9. Məni düzgünlük və ixlasla yad edin ki, sizi xüsusi olaraq çox yad edim.
10. Məni rübubiyyət və pərvərdigarınız olduğumu yad edin sizi rəhmətimlə yad edim.
Təbii ki, bu deyilənlərin hamısı geniş və çoxlu mənalardan yalnız biridir və “Məni yad edin sizi yad edim” ayəsini bu deyilənlərin hamısına şamil etmək olar. Necə ki, İbrahim surəsinin 7-ci ayəsində buyurulur: “Əgər şükr etsəniz, sizə (olan nemətləri) mütləq artıraram”.

ALLAHIN ZİKRİ NƏDİR?
Yuxarıda qeyd etdiyimiz kimi Allahı zikr etmək təkcə dildə deyil qəlbdədir. Dil sadəcə qəlbdən keçəni bəyan edir. Əgər həqiqətən insan Allahı qəlbdə də zikr edərsə təbii ki, dildən gözəl sözlər çıxar. Allahı zikr edin əmrində məqsəd budur ki, bütün qəlbinlə, canınla diqqətin Allahda olmalıdır ki, bu insanı günahdan saxlayır. Hər günah edəndə insan Allaha görə o günahdan çəkinərsə deməli Allahı qəlbi ilə zikr etmiş olur əks halda. Peyğəmbərdən (s) nəqlolunan hədisdə buyurulur: üç iş vardır ki, onu (kamil şəkildə) yerinə yetirmək yoxdur, din qardaşınla malda bərabər olmaq, özünə və başqalarına adil şəkildə qəzavət etməklə camatın haqqını ödəmək, Allahı hər bir halda yad etmək.
Bu mübarək hədisdə Allahı yad etməkdə məqsəd dil ilə yad etmək deyil, məqsəd budur ki, haram bir iş qarşına çıxanda Allahdan qorxub ondan çəkinməkdir.
Maraqlı budur ki, Allah o əzəmət və böyüklüyü ilə bəndələrini bir an unutmur. Həqiqətən Allah pak və bütün eyblərdən uzaqdır. Allahın salamı olsun onun göndərdiyi elçilərinə, mələklərinə, övliyalarına və saleh bəndələrinə.

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!