ALIN YAZISINI POZMAQ OLARMI?

:

CAVAB

Qurani-Kərimdə buyurulur: “Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır.” (“Rəd” surəsi, ayə: 38-39.) “Əsl kitab” kimi tərcümə olunmuş ifadə, Qurani-Kərimdə “ümmül-kitab” kimi verilmişdir. “Buruc” surəsinin 22-ci ayəsində bu kitab “lövhi-məhfuz” adlandırılmışdır.

Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, “lövhi-məhv və isbat”da öz əksini tapmışdır.

Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.

İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: “Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar.” (“Əl-mizan” 11-ci cild, səh.419)

Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda – lövhi-məhfuz və lövhi-məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!