ÇOXALLAHLIQ HANSI DƏLİLLƏRLƏ İNKAR OLUNUR?

:

CAVAB

İslam çoxallahlığın bariz nümunəsi olan bütpərəstlik mühitində zühur etdi. İnsanların zaman-zaman etiqad etdiyi bütləri qırıb Allahın birliyinə inam yaratmaq, yalnız əsaslı dəlillər vasitəsi ilə mümkün idi. İslam məntiq və dəlillərlə bu inamı yarada bildi.

Qurani-Kərimdə buyurulur: “Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də pozulardı.” (Ənbiya surəsi, ayə: 22) Dünyanın obyektiv nizamlı quruluşu, Allahın birliyinə ən yetərli dəlillərdəndir.

Müşriklər bu dəlil qarşısında “tanrılar bir-birinə zidd olmasa, dünyanın nizamı pozulmaz”, dedilər. İslam onlara belə cavab verdi: fərq və ziddiyyəti doğuran çoxluqdur. Fərdlərin oxşarlığı eyniyyət deyil və oxşarlıq ziddiyyəti azaltsa da, tam aradan qaldıra bilməz.

Bir kafir imam Sadiqdən (ə) soruşdu: “Allah necədir?.” İmam (ə) buyurdu: “Bir halda ki, yaranış nizamlıdır, ulduzlar səmada öz yolu ilə gedir, bu həmahənglik yaradanın birliyinə dəlildir”. (Tövhidi-Səduq)

Qurani-Kərim tərslik edib kainatın nizamını Allahın birliyinə dəlil qəbul etməyənlərə “dəlilinizi gətirin” (Ənbiya surəsi, ayə: 24) deyir.

Əhli-beyt (ə) hədislərində məntiqə əsaslanan belə bir cavabla da rastlaşırıq: “Allahdan başqa tanrı olsaydı, o da öz peyğəmbərlərini göndərərdi. Hansı ki, bütün peyğəmbərlər bir Allah tərəfindən göndərildiklərini bildirmişlər.”

Kitаbın аdı: Qurani-Kərimin “Nümunə” təfsiri əsasinda (170 sual-cavab)

 

 

Tags: SUALLARA CAVAB, DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!