NƏ ÜÇÜN BİR ÇOXLARI YALANÇI MEHDİLƏRƏ İNANIRDI?

:

ƏGƏR HƏZRƏT MEHDİNİN (Ə) ŞƏXSİYYƏTİ AŞKAR İDİSƏ, NƏ ÜÇÜN BİR ÇOXLARI YALANÇI MEHDİLƏRƏ İNANIRDI?
CAVAB
Əhməd Katib deyir: “Əgər həzrət Mehdinin (ə) xilaskar olması aydın idisə, nə üçün bir çoxları həzrət Əlinin (ə), onun oğlu Hənəfiyyənin, imam Sadiqin (ə), imam Kazimin (ə), imam Hadinin (ə) oğlu Seyid Məhəmmədin, hətta imam Əsgərinin (ə) Mehdi olmasını iddia edirdi?”

Məsələni araşdıraq:
1. Əgər həzrət Peyğəmbərdən (s) və Əhli-beytdən (ə) nəql olunmuş hədislərdə həzrət Mehdinin zühuru, onun imam Əsgərinin (ə) oğlu olması aşkar şəkildə bəyan olunmuşdusa, hansı əsasla başqalarını Mehdi (ə) saymaq olardı?! Amma bəziləri zülm-sitəmi şiddətli görüb, eyni zamanda bütün Əhli-beyti (ə) saydığından bəzən Mehdişünaslıq ümidi ilə imamların sorağına gedirdi. Belələri, adətən, sadəlövh və nadan insanlar olmuşdur. Əlbəttə ki, uyğun məsələyə siyasi durumun da təsiri danılmazdır.
2. Başqalarını Mehdi (ə) sayanlar qısa bir müddət sonra şiələrə qoşularaq öz iddialarından əl çəkmişlər.
3. Bir məzhəbin əqidəsi onun alimləri ilə təsbit olunur. İmam Əsgərinin (ə) övladı Mehdinin (ə) zühuruna əqidə əksər şiə alimlərinin qəti fikridir.
4. Haqqında danışılan dövr ziddiyyətli olduğundan bəziləri bir müddət başqalarını Mehdi (ə) saymışlar. Amma qısa bir müddətdən sonra şəkk-şübhələr aradan qalxmışdır.
Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq
Tәrcümә еdәn: M. Əhməd

 

Tags: İMAM ZAMAN (ə), SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!