ZÜHURDAN QABAQKI ƏMİN-AMANLIĞIN VƏZİYYƏTİ (1)

:

Təhlükə və hərc-mərclik
Böyük güclərin təcavüzkarlığı və zorakılığı nəticəsində kiçik, zəif millətlər və hakimiyyətlər məhv olacaq, artıq təhlükəsizlik məfhumu öz mahiyyətini itirməyə başlayacaq.

Dünyaya ağalıq edən qüvvələr zəif xalqlara o qədər təzyiqlər göstərəcək, millətlərin hüququna o qədər təcavüz edəcəklər ki, onları hətta nəfəs belə çəkməyə qoymayacqlar.
Peyğəmbər Əkrəm (s) bu dövrü belə qələmə verərək buyurur: “Tezliklə ümmətlər (digər din və məzhəblərin nümayəndələri) acgözlər yemək qablarına hücum etdikləri kimi sizin əleyhinizə çalışacaqlar.”
Bir nəfər belə sual edir: “Hətta bizim çox olduğumuz dövrdə belə bu hücumlara məruz qalacağıqmı?”
Peyğəmbər (s) cavab verir: “O zaman sizin sayınız çox olacaq. Amma su üstündə saman çöpünə bənzəyəcəksiniz. Allah-Təala sizin böyük əzəmətinizi düşmənlərin gözündə alçaldıb, qəlbinizə isə qorxu-hürkü və süstlük salacaq.”
Başqa bir şəxs isə belə sual verir: “Ey Allah Rəsulu! Bu qorxu və süstlüyün səbəbi nədir?”
Peyğəmbər (s) buyurdu: “Dünyanı çox sevib, ölümdən qorxub çəkinməkdir.”1
Peyğəmbər Əkrəmin (s) xatırlatdığı bəyənilməz bu iki xüsiyyət bir millətin azadlıq və milli dəyərlərinin müdafiəsinə qalxmağa mane olur və onların hər bir alçaq şəraitdə zillət içində yaşaması üçün kifayət edir. Əlbəttə, hətta dini qayda-qanunları və mənəvi dəyərlərini itirmək olsa da belə!
Rəsulullah (s) buyurub: “Mehdinin (əc.) zühuru dünyanın qarma-qarışıqlıq, hərc-mərcliklə dolu, bir dəstə başqa bir dəstəyə hücum etdiyi vaxt baş verəcək.2 Böyüklər kiçiklərə, güclülər zəiflərə rəhm etməyəcək. Belə bir vaxtda Allah-Təala ona (Mehdiyə) qiyam etmək izni verəcək.”3

Yоlların təhlükəli оlması
Təhlükə o qədər vüsət tapacaq ki, hətta yollarda və xiyabanlarda əmin-amanlıq olmayacaq, amansızlıq və qəddarlıq baş alıb gedəcək. Belə bir dövrdə Allah-Təala zorakı qüdrətli bayraqları yerə endirmək üçün İmam Mehdinin (əc) zühurunu yetirəcək. Vədəsi verilmiş Mehdi (əc.) təkcə qalaları fəth etməyəcək. Əslində, o, həqiqət və mənəviyyata yolu bağlanan qıfıllanmış qəlblərin qapısını açaraq, onlarda həqiqəti qəbul etmək üçün şərait yaradacaq.
Həzrət Rəsulullah (s) əziz qızı Fatimeyi-Zəhraya (s) xitab edərək belə buyurur: “Həqiqətəti çatdırmaq üçün məni göndərən Allaha and olsun! Həqiqətən də bu ümmətin Mehdisi (əc.) Həsənlə (ə) Hüseynin (ə) nəsilindən olacaq. Dünyanı təhlükə, nizam-intizamsızlıq, fitnə-fəsad bürüdüyü zaman (bir-birinin ardınca) yollar təhlükəli olacaq, heç kəs bir-birinə rəhm etməyəcək və kiçiklər də böyüklərin hörmətini saxlamayacaqlar. Bu vəziyyətdə Allah-Təala bu iki nəfərin (Həsən və Hüseynin) nəslindən оlan azğınlıq qalalarını fəth edib cahil və nadan qəlbləri (qaranlıq pərdələri altında qalmış həqiqətləri dərk etmək üçün) nurlandırmaq üçün bir nəfəri seçəcəkdir. O, mən zamanın əvvəlində gəldiyim kimi, zamanın sonunda (Axır Zamanda) gələcək və dünyanı zülmlə dolduqdan sоnra ədalətlə sirab edəcək.”4

Dəhşətli cinayətlər
Tarix bоyu zülmkar və cəlladların ən ağır və vəhşətə gətirən cinayətləri inkaredilməzdir. Əlbəttə, tarix kitablarını vərəqləyərkən belə cinayətlərə çox rast gəldiyimiz üçün bunu təkrarlamaq bir o qədər də lazım deyil. Çingiz, Hitler, Atilla və bu kimi qaniçən şəxslərin müxtəlif millətlərə etdikləri rəhmsizlikləri heç xatırlamağa belə ehtiyac yoxdur.
Amma dünya miqyasında İmam Mehdinin (əc) zühurundan öncə baş verən cinayətləri təsəvvürə belə gətirmək mümükün deyil. Kiçik yaşlı uşaqların dar ağacında edam edilməsi, yandırılması, qaynar məhlulların içinə atılması, adamların mişarla tikə-tikə doğranılması, bu kimi acı və dözülməz hadisələr dünyada ədalətli hökumət qurulmazdan öncə, eləcə insan hüquqlarının müdafiəsi şüarı ilə yaşayan hakimiyyətlərin əli ilə olacaqdır. Belə vəhşilikləri görən insanlar İmam Mehdinin (əc) hökumətinin necə zəruri olduğunu dərk edəcəklər. Rəvayətlər isə bu dərketməni “Məhrum təbəqələrin pənahı” adı ilə bəyan ediblər.
Əmirəl-möminin Əli (ə) zamanənin acı hadisələri haqqında belə buyurur: “Sufyanilər uşaqları bir yerə toplayıb оnlara cəza vermək üçün bir dəstə adamı məmuriyyətə göndərəcəklər. Belə ki, onlar uşaqları yandırmaq üçün yağları qaynadacaqlar. Uşaqlar isə: “Bizim atamız sizinlə müxalifdirsə, bəs bizim nə günahımız var, bizi nə üçün yandırırsınız?”-deyə yalvaracaqlar. Onlar isə uşaqların içindən Həsən və Hüseyn adını daşıyanları ayırıb dar ağacından asacaqlar. Bundan sonra onlar Kufəyə gedərək oranın uşaqları ilə də eyni rəftarı edəcəklər. Kufə məscidində də (Həsən və Hüseyn kimi) eyni adlı uşaqları ayıraraq dara çəkəcək, əllərində nizə ilə öz çirkin cinayətlərinə davam edəcəklər. Оnlar оrada hamilə qadınları tutaraq hamılıqla yolun ortasında təcacvüz edəcəklər. Daha sonra isə qadının qarnını parçalayıb uşağını çıxaracaqlar. Bu dözülməz vəziyyəti isə heç kəs dəyişdirə bilməyəcək.”5
İmam Sadiq (ə) Lövhə barəsindəki hədisdə belə buyurur: “... Allah-Təala öz rəhmətini Peyğəmbərin (s) qızının oğlu vasitəsilə kamilləşdirəcək. Оnda Musanın kamalı, İsanın əzəməti və Əyyub peyğəmbərin səbir və müqaviməti vardır. Mənim dostlarım (оnun zühurundan öncəki) bu dövrdə zəlil və xar olacaq, başları da Türk və Deyləm əhalisinin başları kimi (zalımlar və hakimlər üçün) hədiyyə aparılacaq. Onlar öldürüləcək, yandırılacaq, qorxulu və hürkülü anlar yaşayacaqlar. Torpaq onların qanından qırmızı rəngə boyanacaq, qadınların fəryadı və ah-nalələri çохalacaq. Onlar mənim həqiqi dostlarımdırlar. O, (İmam Mehdi) mənim dostlarımın vasitəsilə bütün zülmləri, bütün fitnə-fəsadları məhv edəcək, zəlzələləri (və nizamsızlıqları) nizama salacaq, оnlardakı əsirlik zəncirlərini qıracaq. Allahın salamı оnlara оlsun və оnlar hidayət olunmuşlardır.”6
İbn Abbas deyir: “Süfyani və filankəs zühur edəcək. Onlar bir-birləri ilə döyüşəcəklər. Belə ki, (Süfyani) qadınların qarnını parçalayacaq və körpələri qaynar qazanda yandıracaq.”7
Ərtat adlı şəxs deyir: “Süfyani onunla müxalifət edən hər bir şəxsi öldürəcək. O, müхalif оlan adamları mişarla iki yerə böləcək və qaynar qazanlarda əzab verəcək. Bu zülmlər altı ay davam edəcək.”8

Ardı var...

ARDINI BURADAN OXUYUN


1. Tiyalisi, “Musnəd”, səh. 133; Əbu Davud, “Sünən”, 4-cü cild, səh. 111; “Əl-Mucəmul-Kəbir”, 2-ci cild, səh. 101.
2. “Biharul-ənvar”, 36-cı cild, səh. 335 və 52-ci cild, səh. 380.
3. “Biharul-ənvar”, 52-ci cild, səh. 154.
4. “Əqdud-Durər”, səh. 152; “Biharul-ənvar”, 52-ci cild, səh. 154 və 266; “İhqaqul-Həqq”, 13-cü cild, səh. 116; “Əl-Ərbəunə Hədisən”, (Əbu Nəim), “Zəxairul-Uqba”, səh. 135; “Yənabiul-Məvəddə”, səh. 426.
5. “Əqdud-Durər”, səh. 94; “Əş-Şiə vər-Ricə”, 1-ci cild, səh. 155.
6. “Kəmalud-Din”, 1-ci cild, səh. 311; İbn Şəhr Aşub, “Mənaqib”, 2-ci cild, səh. 297; “Əəlamul-Vəra”, səh. 371; “İsbatul-Vəsiyyə”, səh. 226.
7. İbn Həmmad, “Fitən”, səh. 83; İbn Tavus, “Mulahim”, səh. 51.
8. Hakim, “Mustədrək”, 4-cü cild, səh. 520; “Əl-Havi lil-Fətava”, 2-ci cild, səh. 65; “Muntəxəbu Kənzil-ummal”, 6-cı cild, səh. 31 (“Musnəd Əhməd”in çıxarışı ilə); “İhqaqul-Həqq”, 13-cü cild, səh. 293.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!