NƏ ÜÇÜN İNSANLAR YUXUDADIR?

:

النَّاسِ نِیَامٌ فَإِذَا مَاتُوا انْتَبَهُوا
İnsanlar yuxudadır və öləndə ayılırlar.
Sual: Xahiş edirik bu hədisin kimdən nəql olunmasını qeyd edin və bunun mənasını izah edin.

Cavab: İnsanlar yuxudadır və öləndə ayılırlar. Bu hədis şiə qaynaqlarında həm Peyğəmbərdən (s)1 və həm İmam Əlidən (ə)2 nəql olunub. Əhli-sünnə qaynaqlarında isə bu iki həzrətdən əlavə bəzi səhabə və tabeindən də nəql olunmuşdur.3
Bu mübarək hədisdə məqsəd insanların dünyada ikən qəflət halında yaşamasıdır. Əslində bu qəbildən olan sözlər insanların varlığın həqiqətini dərk etməsində düşüncələrinin qüsurlu olmasına bir növ kinayədir. Necəki insan yatanda bu halətə düçar olur. Buna görə də biz uzun bir yuxuda dini maarifdən qəflətdə oluruq. İnsanların çoxu da yuxuda olanlar kimi axirətdən xəbərsizdir. Öləndə görürlər dünyada qazandıqlarından bir şey yoxlarıdır.4
İnsanlar yatmış və xəbərsiz halda dünyada yaşayırlar. Yerinə yetirdikləri hər bir işin həqiqətindən agah deyil və nəzərlərində olduğu mövhümatdır ki, əsaslı dəlillərə söykənmir. İnsanlar öldükdən sonra dünyada etdikləri onlara aşkar olacaq  və qəlbində düşündükləri əməlləri də, əxlaqi əməlləri də, bədən üzvləri ilə etdikləri əməlləri də hamısı batini həqiqəti ilə onlara aydın olacaq. Bundan sonra başa düşəcəklər ki, dünyada yaşayışları özlərindən qafil və xəbərsiz olmuşdur və yuxu halında həyatlarını puç etmişlər. Həqiqət dünyasında görəcəklər ki, heç bir əməlləri unudulmamış və hamısı dəqiqliyi ilə əməl dəftərlərinə yazılmışdır.5
İmam Əlinin (ə) bu məzmunda başqa bir hədisi də mövcuddur:
وَ قَالَ (ع) أَهْلُ الدُّنْیَا کَرَکْبٍ یُسَارُ بِهِمْ وَ هُمْ نِیَام
İnsanlar dünyada karvanları hərəkət halında olan yuxulu süvarilər kimidir6 (qəfil məqsədə çatanda yuxudan oyanırlar).
Bu mübarək kəlam bizə bunu çatdırır ki, həyat və həqiqi varlıq o dünyada olan həyatdır ki, insanın gözü bu dünyada onu görmür. Sanki bu dünyanın həyatı o dünyanın həyatı ilə müqayisədə yuxu kimidir ki, ondan heç bir həqiqət gizli deyil. İnsan öz yuxusunda da yaşayır və hansı işlər başına yuxuda gəldiyinin şahidi olur. Necə şirin və acı hadisələri yuxuda yaşayır, amma elə ki, yuxudan ayıldı şirin yuxu gördükdə narahat olur, acı hadisəli yuxu görübsə bu hadisəni yuxuda gördüyü üçün sevinərək rahat nəfəs alır.
Dünya və axirət həyatı eynilə dünyada olan yuxu və oyaq halı kimidir. Necə ki, yuxudan ayılandan sonra yuxuda gördüyümüz ya bizi rahat edir ya da kədərləndirərək həsrətə düçar edir. Ölüm də bu dünyadan oyanıb, həqiqi dünyaya göz açmaqdır ki, ya bizi sevindirir ya da dünyada başımızı qatan xəyallara görə insana həsrət dolu anlar yaşadır.
Bunu da demək yerinə düşər ki, dünyada olan yuxu yozumları ibtidai və əxlaqi yuxu yozumlarıdır. Qəflət dünya məşğuliyyətinin təsirindən gözlərini tutmuş insanin gözündən asılmış bir pərdədir. Çox keçməz ki, bu pərdə ölüm vasitəsilə yırtılacaq və insanın gözü həqiqətə açılacaq. Amma bu dünyanın yuxusu üçün dərin irfani yozum vardır ki, bizim mövzumuzdan kənar olduğu üçün onu burada qeyd etmirik.


1. Vərram ibn Əbi Fəras, Tənbihul Xəvatir və Nəzhətul Nəvazir, c1, s150, Fiqh kitabxanası, Qum 1410 h.q.
2. Şərifur-Rəzi, Muhəmməd ibn Hüseyn, Xəsaisul-Əimmə(ə), Əmini Muhəmməd Hadi, s112, Məşhəd, 1-ci çap, 1406 h.q
3. Əbu Nəim İsfahani, Əhməd İbn Abdullah, Hilyətul Əvliya və Təbəqatul Əsfiya, c7, s52, əs-Səadət, 1394 h.q.
4. Muhəmməd Baqir Məclisi, Biharul-Ənvar, c55, s12, s70, s39, Beyrut çapı, 2-ci çap, 1403 h.q.
5. Pərtuye əz usule Kafi, c4, s114, Qum, 1-ci çap, 1363 h.q.
6. Şərifur Rəzi, Nəhcul Bəlağə, s479, Qum, Hicrət nəşriyyatı, 1-ci çap. 1414 h.q

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!