NƏ ÜÇÜN ŞİƏLƏR QƏBİRLƏRİ PİR EDİRLƏR?

:

CAVAB

Allah, müqəddəs şəxslərin qəbirlərini pir qərar verməyi, orada məscid tikməyi, namaz qılmağı bizlərə qadağan etməyib, Peyğəmbər(s) və Əhli-Beytin məzarlarının üstündə məscid tikməyin İslama heç bir ziyanı yoxdur.

Məlumat üçün qeyd edək ki, təkcə şiələr yox, Əhli-Sünnə məzhəbləri də övliyaların qəbirlərinin üstündə məscid tikiblər. İstər şiələr, istərsə də sünnülər bunu özbaşına yox, Quran ayəsinə və Quran ayəsinin təfsirinə əsasən ediblər: “Onların qəbirlərinin üstündə bina düzəltdik. Bu işdə qalib gəlmiş başqa dəstə (möminlər) dedilər. Onların qəbirlərini məscid qərar verəcəyik.” yəni orada məscid tikəcəyik, “Kəhf” surəsinin 21-ci ayəsində belə buyurulur.  Bu ayədən açıq-aydın görünür ki, qəbri pir etmək (üzərində məscid tikmək) heç də haram deyil və bunu növbəti hədisdən də başa düşmək olar: “Peyğəmbərimizin qızı Həzrət Fatimeyi Zəhra(s.ə.) cümə günləri əmisi şəhid Həmzənin qəbrinin yanına gedib namaz qılır və ona gözyaşı tökürdü. (“Səhihi-Müslüm” c.3 və “Sünəni Beyhəqi” c.4, səh.78)

Əgər qəbrin yanında namaz qılmaq, oranı məscid – səcdə olunan yer qərar vermək haram olsaydı, Rəsuli Əkrəm bunu öz doğma qızına qadağan edərdi. Bunu da unutmayaq ki,  Peyğəmbər(s)-in öz məzarı Mədinədə Məscidün-Nəbinin daxilindədir və bütün zəvvarlar orada namaz qılırlar, ziyarət edirlər.

Kitаbın аdı: Suallara cavab

 

Tags: SUALLARA CAVAB

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!