7-Cİ MÜNAZİRƏ - I hissə

:

ŞİƏ FİRQƏLƏRİ BARƏDƏ (25 rəcəb, bazar axşamı 1345-ci il)

Axşam namazını yeni bitirmişdik ki, ağalar gəldilər. Hal-əhval soruşduqdan sonra onlar çay içməklə məşğul ikən, mən də bu arada işa namazını qılaraq, rahat bir zehin ilə ağaların sözlərini dinləmək üçün hazır oldum.

Hafiz: «Möhtərəm şeyx, dünən gecə evə getdikdə, xəyalımda hey, nə üçün müxtəlif millətlərin əqidələrini ətraflı araşdırmırıq, onlara diqqətlə nəzər yetirmirik? Sizin deyiminizlə, nə üçün təəssübkeş şəxslərin bəzi kitabları ilə keçinirik? Beləcə, bir qrup həqiqətlər bizdən gizli qalır düşünərək, özümü qınadım».

Dəvətçi: «Allah-taala, «Höccətül-Baliğə (ən üstün dəlil) Allahındır» – buyurduğuna görə, dünən gecəki məclis də, ilahi höccətlərdən biri idi.

Ağalar, söhbətin əvvəlində bir az adətlərinizi kənara qoyub insaf, elm və əql gözüylə sözlərimə diqqət etdin. Bilməlisiniz ki, söylədiyim şeylər elm, əql, məntiq və həqiqət ölçüləri üzrədir. Mübarək qulaqlarınıza doldurduqları və ağlınıza yeritdikləri şeylər, batininizdəki təəssüb və kibir kimlərinsə inadlarından qaynaqlanmışdır.

Allah şahiddir ki, bu məclisdə danışarkən, qalib və ya məğlub olmaq fikrində deyiləm; təkcə hədəfim, Əhli-beyt haqqını və onların məktəibni müdafiə edərək, həqiqətlərin ortaya çıxmasını təmin etməkdir».

Hafiz: «Dünən gecəki söhbətlərinizdə şiənin müxtəlif qruplara ayrıldığı ortaya çıxdı. Görəsən, şiənin hansı qrupu haqqdır və onların hansının sözünü, əqidələrini doğru bilirsiniz?».

Dəvətçi: «Dünən gecə, «şiə müxtəlif qruplara ayrılmışdır» – deyə, bir şey ərz etmədim. Dünən gecə, şiənin mənasını ərz etdim; yəni şiə, Allah və Peyğəmbərə itaət edən və Rəsulullahın əmri çərçivəsində risalət ailəsinin ardıcılları olan bir camaatdır. Amma bəzi azğın firqələr özlərini şiə göstərərək, hər şeydən xəbərsiz cahil insanları öz ətrafına toplamış, müqəddəs şiə adından sui-istifadə etmişlər; batil inancları, hətta küfr və dinsizliyi bu adla insanlar arasında yaymışlar. Bax bu səbəbdən, həqiqətlər üzərində tədqiqat aparmayan bir qrup cahil insanlar, onları tarixdə şiə adı ilə tanımışlar. Onlar həqiqətdə dörd firqəyə ayrılmışlar; o dörd firqədən sadəcə ikisi özünü yaşada bilmişdir, digərləri isə tamamilə dağılıb aradan getmişdir. Qalan iki firqədən də, müxtəlif firqələr meydana gəlmişdir. Bu dörd firqə bunlardan ibarətdir: zeydiyyə, kisaniyyə, qəddahiyyə, ğulat.

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!