4-CÜ MÜNAZİRƏ - II hissə

:

ŞİƏNİN MƏNASI VƏ ŞİƏLİYİN HƏQİQƏTİ HAQDA

Dəvətçi: «Əlbəttə, möhtərəm ağalar bilirlər ki, «şiə» sözü lüğətdə «təqib etmə» və «tərəfdar» mənasındadır; «şiətur-rəcul» isə, «insanın təqibçisi və yardımçısı» deməkdir.


Sizin böyük alimlərinizdən olan Firuzabadi özünün tərtib etdiyi lüğətində belə deyir: «Bu adla ‒ «şiə» kəlməsi ilə ümumi olaraq, Əli və Əhli-beytini sevənlər adlandırılmışdır; belə ki, artıq onlar üçün xüsusi bir ada çevrilmişdir».

Amma siz bilərəkdən və ya unutqanlıqdan, yaxud da təfsir və hədis elmindən məlumatınız olmadığınız üçün keçmişdəkilərin sözlərinin təsiri altında qalaraq, heç bir dəliliniz olmadan, «şiə» kəlməsini və onun Əli və Əhli-beytinin (ə) təqibçilərinə verilməsini Osman zamanında meydana gəldiyini və bu adı verənin də yəhudi Abdullah ibn Səba olduğunu iddia edərək, böyük bir səhvə yol verdiniz. Lakin məsələ buyurduğunuz şəkildə deyildir. Sizin öz kitab və təfsirlərinizdə yer alan mötəbər hədislərə görə, «şiə» termini Rəsulullahın (s) zamanında Əli ibn Əbu Taliibn (ə) ardıcıllarına və tərəfdarlarına verilən bir addır.

Şiə adını həzrət Əlinin (ə) tərəfdarlarına verən ‒ sizin sözünüzün əksinə olaraq ‒ şəxsən Rəsulullahın (s) özü olmuşdur. Bu kəlmə vəhy sahiibnin öz dilindən cari olmuşdur. O Peyğəmbər ki, Allah-taala onun haqqında belə buyurmuşdur: «O, nəfsi istəklər üzündən (öz istək, düşüncəsinə görə) danışmaz; söylədikləri yalnız ona vəhy olunanlardır»[1].

Bax, belə bir Peyğəmbərin (s) şəxsən özü, həzrət Əlinin (ə) tərəfdar və təqibçilərini, «şiə», «naci» və «qurtuluşa çatanlar» olaraq adlandırmışdır».

Hafiz: «Harada belə bir şey mövcuddur ki, biz onu indiyə qədər görməmişik?».

Dəvətçi: «Siz görməmisiniz, ya görmək istəməmisiniz, yaxud görüb həqiqəti etiraf etməyi öz məqamınıza uyğun bilməmiş və yaxud da tabenizdə olanları, tərəfdarlarınız və müridlərinizi nəzərə almısınız. Lakin biz görmüşük və haqqı gizlətməyi, din və dünyamıza uyğun bilmirik. Çünki Allah-taala Qurani-kərimin iki ayəsində haqqı görüb gizlədənlərə açıq-aydın şəkildə lənət etmiş və onları cəhənəm əhlindən bilmişdir.

Birincisi, «Bəqərə» surəsi 159-cu ayədə belə buyurmuşdur: «Göndərdiyimiz açıq-aydın dəlilləri və hidayət [yolunu] kitabda insanlara açıqladığımızdan sonra gizlədənlərə həm Allah və həm də bütün lənət edənlər lənət edərlər».

İkincisi, yenə də «Bəqərə» surəsi 174-cü ayədə belə buyurulur: «Allahın endirdiyi kitabdan bir şeyi gizlədənlər və onunla dəyəri az (bir qarşılığı) satın alanlar; onların qarınlarına doldurduqları, atəşdən başqa bir şey deyildir. Allah da qiyamət günü onlarla danışmaz və onları arındırmaz. Və onlar üçün acıqlı bir əzab vardır».

Hafiz: «Ayeyi-şərif haqqdır; əlbəttə, kim haqqı gizlədərsə, bu ayələrin misdaqı olacaqdır. Amma biz indiyə qədər gizlədiləcək bir haqq görmədik; əlbəttə, hər haqqı tanıdıqdan sonra onu qulaq ardına vursaq, bu ayənin hökmü bizim də haqqımızda düzgün olacaqdır; ümidimiz, heç bir zaman zikr edilən ayələrin hökmünə şamil olmamaqdır».

Dəvətçi: «İndi Allah-taalanın lütf və inayəti və Xatəmul-ənbiyanın (s) xüsusi diqqəti ilə edə bildiyimiz qədər günəşdən daha aydın olan haqqı örtülü pərdə arxasından çıxarıb, əziz qardaşlarıma (məclisdə əyləşən Əhli-sünnəyə işarə) göstərəcəyəm. Ümüd edirəm ki, zikr etdiyimiz hər iki ayəni daima gözümüzün önündə canlandırıb, adət və təəssübün bizləri hər hansı bir haqqın gizlədilməsinə səbəb olmasına icazə verməyək».

Hafiz: «Allah şahidim olsun ki, hər vaxt bir haqq mənə sabit olarsa, cidal və mübahisə etməyəcəyəm. Siz mənimlə həmsöhbət olmadığınıza görə, əxlaqımı bilmirsiniz; nəfsimin istəklərinə qalib olmaq üçün çox ciddi və qətiyyətliyəm. Əgər tutarlı dəlil gətirərsinizsə, təslim olacağımın şahidi olarsınız. Onda bilin ki, bu mövzu haqqında tamamilə aydınlıq əldə etmişəm. Əgər ziddiyyət və mübarizə aparmaq üçün bir yol olsa da, cidal etməyəcəyəm; əgər cidal etməyə başlasam, həqiqətən bu iki ayənin hökmü mənə şamildir.

İndi həqiqət üzərində deyiləcək bəyanlarınızı dinləməyə hazıram; inşaallah ki, Allah-taala bizi və sizi haqqa hidayət edər».

Dəvətçi: «Hafiz Əbu Nəim İsfahani Əhməd ibn Abdullah böyük alim, mühəddis,  dəyərli mühəqqiqlərinizdəndir. İbn Xəllakan «Vəfəyətul-əyan» kitabında onu belə tərif etmişdir: «O, ən böyük etibarlı hafizlərdən və ən elmli mühəddislərdəndir. Onun on cildlik «Hilyətul-övliya» kitabı ən gözəl kitablardandır». Bu kitab iki səhih kitabdan («Səhihi-Buxari» və «Səhihi-Müslim») iqtibas edilmişdir. Buxari və Müslimdəki hədislərdən əlavə, özünün eşitdiyi bir çox hədisləri də nəql etmişdir».

Məhəmməd ibn Abdullah əl-Xətibi də «Ricali mişqatil-məsabih»də onu belə tərif edir: «O, etibarlı hədis şeyxlərindəndir; onun nəql etdiyi hədislər araşdırılmışdır; o, şanı uca bir şəxsdir; yaşı isə, altımış doqquzdur».

Ardı var...
ARDINI BURADAN OXUYUN

[1]          «Nəcm» surəsi, ayə3.

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!