HƏZRƏT MEHDİ (Ə) KİMİN NƏSLİNDƏNDİR?

:

SUAL: HƏZRƏT MEHDİ (Ə) KİMİN NƏSLİNDƏNDİR?
CAVAB
Bütün müsəlmanlar yekdil olaraq qəbul edirlər ki, həzrət Mehdi (ə) Peyğəmbər (s) ailəsindəndir. Səd ibn Müsəyyib deyir:

“Ümmü-Sələmənin yanında idim. Həzrət Mehdidən (ə) söhbət düşdü. Ümmü-Sələmə dedi: “Həzrət Peyğəmbərdən (s) belə eşitdim: “Mehdi (ə) Fatimə (s) övladlarındandır.”1
Əbu-Səid Xidri deyir: “Həzrət peyğəmbərdən (s) eşitdim: “Yer üzünü zülm-sitəm bürüməmiş qiyamət qopmaz. Sonra ailəmdən olan bir şəxs qiyam qaldırar və yer üzündə ədaləti bərpa edər.”2
İmam Baqir (ə) buyurmuşdur: “Mehdi (ə) Fatimə övladlarındandır.”3
Kitаbın аdı: Əsrin İmamı Mehdi Sahibəz-Zamanla (ə) tanışlıq
Müәllif: Ustad Əli Əsğər Rizvani
Tәrcümә еdәn: M. Əhməd


1. “Sünəni-İbn Macə”, c. 2, s. 1364.

2. “Müsnədi-Əhməd”, c. 3, s. 36.

3. “Biharul-ənvar”, c. 51, s. 43.

 

Tags: İMAM ZAMAN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!