HƏZRƏT ZƏHRA(ƏS)NIN ŞƏHADƏTİ HANSI GÜNDÜR?

:

Xanımlar xanımı Həzrət Zəhra(əs)nın atası Həzrət Rəsulullah(s)ın vəfatından sonra neçə gün həyatda olması barəsində, tarix və hədis kitablarında bir neçə nəzəriyyə vardır. Bəziləri bu müddəti qırx gün və bəziləri isə altı ay və bir dəstə isə bunun, hətta səkkiz ay olduğunu bildirirlər.1

Mərhum Əbulfərəc İsfəhani, “Məqatilut-talibin” kitabında yazır: Həzrət Fatimeyi Zəhranın (əs) Peyğəmbərin (s) vəfatından sonrakı həyatı ixtilaflıdır. Bu barədə qeyd olunmuşdur ki, ən az müddət 40 gün və ən çox müddət isə səkkiz aydır. Amma şiə alimlərinin nəzərində məsum İmamlardan (ə) mötəbər hədislərə əsasən İmam Baqir (ə) buyurur:

Həqiqətən Siddiqeyi Kubranın (əs) vəfatı, Peyğəmbərin (s) vəfatından üç ay sonradır.2

O cümlədən Mərhum Təbrəsi İmam Sadiqdən (ə) bir sıra rəvayətlər nəql edir:

Həzrət Siddiqeyi Tahirə (əs) Cəmadius-sani ayı, aydan üç gün keçmiş (cəmadius-sani ayının üçü) və hicrətin on birinci ilində dünyadan köçmüşdür.3

Bu iki rəvayət şiə alimlərinin bir çoxunun nəzəriyyəsinin qaynağıdır.
Amma başqa bir dəstə mötəbər rəvayətlər bu müddətin 75 gün olduğunu bildirir, o cümlədən bu rəvayətləri mərhum Kuleyni imam Sadiqdən (ə) nəql etmişdir ki, o həzrət buyurur:

"Həqiqətən Fatimənin (əs) atasından sonrakı həyatı 75 gün olmuşdur".4

Bəzi şiə alimlərinin o cümlədən mərhum Kuleyninin nəzəri, bu cür (ikinci dəstə) rəvayətlərə əsaslanmışdırlar. Əlbəttə mümkündür bu ixtilaflı nəzəriyyələrin dəlili o zaman ərəb yazılışında nöqtə və hərəkətlərin olmamasından qaynaqlanır. Bu cür oxşarlıq " خمسه و سبعون" və " خمسه تسعون" bu mənanı təyin edir.
Alimlərin bir çox dəstəsi Cəmadiyus-sani (Peyğəmbərin vəfatından 95 gün sonra olduğunu) daha etibarlı olduğunu bilirlər və qeyd edək ki, digər hədisi (Peyğəmbərin vəfatından 75 gün sonra olduğunu) əsasən əhli-sünnə mənbələrində qeyd olunmuşdur.

İYİRMİ GÜN ƏYYAMİ FATİMİYYƏ KEÇİRMƏK OLARMI?

Son zamanlarda anamız "vilayət" şəhidi Həzrət Fatimeyi-Zəhranın (əs) şəhadəti münasibətilə iyirmi gün əza məclisi keçirmək, sanki süni şəkildə bir mədəniyyətə çevrilməkdədir və bəzi insanlar tərəfindən bu qondarma ənənəyə ifrat dərəcədə israrın şahidi oluruq. Mövzu ilə əlaqədar Ayətullah Məkarim Şiraziyə ünvanlanan sualı cavabı ilə nəzərinizə çatıdıraraq qəzavəti sizin öz öhdənizə buraxırıq. Əlbəttə, Ayətullah Şübeyri Zəncaninin də oxşar və qəti mövqeyi mətbuatda mövcuddur. 

Ayətullah Məkarim Şiraziyə ünvanlanan sual və o böyük alimin cavabı aşağıdakı kimidir:

Sual: Xahiş edirik Fatimiyyənin iki on günlüyünün məhdudiyyətini bəyan edin və bu günlərdə toy və şənliklərin keçirilməsinin hökmü nədir?

Cavab: Cəmadiul əvvəl ayının 13, 14 və 15-ci günləri və Cəmadius-sani ayının isə 1, 2 və 3-cü günləri adətə görə “Fatimiyyə”yə günləridir. Qeyd olunan günlərin arasında fasilə salan günlərdə isə toy şənliklərinin keçirilməsinin (təbii ki, halal və haramlara riayət etmək şərtilə) heç bir maneəsi yoxdur. (Sual və cavabın orijinalını buradan oxuya bilərsiniz).


1 - Məclisi, Məhəmməd Baqir, Biharul-ənvar, cild 43, səh. 189, hədis 19- Kəşful-ğimmət.

وَ نَقَلْتُ مِنْ كِتَابِ الذُّرِّيَّةِ الطَّاهِرَةِ لِلدُّولَابِيِّ فِي وَفَاتِهَا (س) مَا نَقَلَهُ مِنْ رِجَالِهِ قَالَ لَبِثَتْ فَاطِمَةُ بَعْدَ النَّبِيِّ (ص) ثَلَاثَةَ أَشْهُرٍ وَ قَالَ‏ ابْنُ شِهَابٍ سِتَّةَ أَشْهُرٍ وَ قَالَ الزُّهْرِيُّ سِتَّةَ أَشْهُرٍ وَ مِثْلُهُ عَنْ عَائِشَةَ وَ مِثْلُهُ عَنْ عُرْوَةَ بْنِ الزُّبَيْرِ وَ عَنْ أَبِي جَعْفَرٍ مُحَمَّدِ بْنِ عَلِيٍّ (ع) خَمْساً وَ تِسْعِينَ لَيْلَةً فِي سَنَةِ إِحْدَى عَشْرَةَ وَ قَالَ ابْنُ قُتَيْبَةَ فِي مَعَارِفِهِ مِائَةَ يَوْمٍ وَ قِيلَ مَاتَتْ فِي سَنَةِ إِحْدَى عَشْرَةَ لَيْلَةَ الثَّلَاثَاءِ لِثَلَاثِ لَيَالٍ مِنْ شَهْرِ رَمَضَانَ وَ هِيَ بِنْتُ تِسْعٍ وَ عِشْرِينَ سَنَةً أَوْ نَحْوِهَا

2 - Əbulfərəc Əli ibni Hüseyn Əl-İsfəhani, Məqatilut-talibin, səh. 59 və 60. Təhqiq Seyyid Əhməd Səqər, Beyrut, Darul-mərifət.
3 - Təbrəsi, Fəzl ibni Həsən, Əminul-İslam, Ə`lamul-vəra, səh. 152,
4 - Əl-Kafi, cild 1, səh. 458. Bab mövludi Zəhrayi Fatimə (s), hədis:

«مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ مُحَمَّدٍ عَنِ ابْنِ مَحْبُوبٍ عَنِ ابْنِ رِئَابٍ عَنْ أَبِي عُبَيْدَةَ عَنْ أَبِي عَبْدِ اللَّهِ (ع) قَالَ: إِنَّ فَاطِمَةَ (س) مَكَثَتْ بَعْدَ رَسُولِ اللَّهِ (ص) خَمْسَةً وَ سَبْعِينَ يَوْماً»

Tags: ƏHLİ-BEYT (ə), HƏZRƏT ZƏHRA (s)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!