İBTİDAİ DİNLƏR– IV hissə

:

ANİMİZM İLƏ FETİŞİZMİN FƏRQİ
Sosioloqlar əvvəllər belə təsəvvür edirdilər ki, animistlərlə fetişistlər arasında heç bir fərq yoxdur. Amma sonrakı tədqiqatlar göstərdi ki, bu iki təfəkkür arasında müəyyən fərqlər vardır.

Animistlər təkcə maddi əşyaların deyil, hətta onların nəzərində varlıq aləminin bütün işlərinə hakim kəsilən mücərrəd qüvvələrin də ruhları vardır. Halbuki fetişistlər yalnız bəzi maddi əşyaların ruha malik olduğunu təsəvvür edərək onlara sitayiş edirdilər. Eyni zamanda animistlərlə fetişistlər arasında müştərək bir cəhət də mövcuddur. Yəni, onların hər ikisi inanır ki, müharibədə sehr və cadudan düşmənlərin əleyhinə bir döyüş vasitəsi kimi istifadə etmək olar; hər ikisinin əqidəsinə görə ruh sahibi həm xəbis və murdar ruha, həm də pak və xalis ruha malik ola bilər. Bu əqidəyə əsasən bütün müsibət və bəlalar, çətinlik və xəstəliklər insana düşmən olan bədxah ruhlar tərəfindən törənir və onları dəf etmək üçün sehrkarlıq və cadugərlikdən istifadə etmək lazımdır. Onlar belə təsəvvür edirdilər ki, sehr və cadu pis insanların şərrini dəf etməkdə təsirli olduğu kimi, müharibələrdə, xəstəliklərin müalicəsində, fəlakət və çətinliklərin dəf olunmasında da təsirli sayılır. Buna görə də hər iki əqidənin ardıcılları müəyyən bir xəstəliyə tutulmuş şəxsin ətrafına yığışır, bəzi kəlmələri uca səslə və xüsusi avazla oxumaqla, yaxud quşların uçuş hərəkətlərini təqlid etməklə özlərinə təlqin edirlər ki, guya quşlar ətrafda qanad çalıb uçduqları kimi, xəstəlik də bu şəxsdən qaçacaqdır. Yaxud onlar quraqlıq illərində xüsusi bir mərasim təşkil edərək qablarla havaya su atırlar və öz söylədikləri kimi bununla yağışa ethiyaclı olduqlarını xatırlatmaq istəyirlər. Onlar inanırlar ki, bu iş yağışın yağmasına səbəb olur.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!