MƏSİHİYYƏT - 3

:

YƏSUİLƏR
Katolik məzhəbi məsihilikdə ən qədim məzhəbdir; ortodoks və protestant məzhəbləri də ondan ayrılmışdır. Amma bu iki parçalanmadan əlavə, katolik dəyərlərinin qorunub saxlanılması üçün yaranan digər firqələr də meydana gəlmişdir ki, onların ən mühümü Yəsuidir.

Bu firqə həqiqətdə katoliklərin dini islahatlar hərəkatında tutduğu yolu bir növ yeniləşdirmək məqsədi ilə yaradılan məzhəb sayılır. Başqa sözlə desək, bu dində islahat işləri aparmaq istəyənlər katolik təfəkkürünün əleyhinə hücuma keçdikləri zaman İqnatiyus Luyu Layi başda olmaqla bir qurup (1491-1556) Yəsui firqəsinin formalaşması ilə nəticələnən bir hərəkata başladılar.
Luyu Layi İspaniyanın zadəgan sinfindən idi və bir müddət padşah sarayında xidmətçi işləmişdi. Sonralar İspaniya ilə Fransa arasında baş verən müharibədə əsgər kimi iştirak edərək yaralanmışdı. O, xəstə olduğu illərdə məsihi qibtilərinin tərcümeyi-halını mütaliə etməklə tərkidünyalıq fikrinə düşmüşdü. Buna görə də öz silahını həzrət Məryəmin mehrabından asaraq, kilsədə ibadət və nəfsini paklaşdırmaqla məşğul oldu. Bu əməllər də sonralar Yəsui firqəsinin dini ruhani adət-ənənəsinə çevrildi. Lyu Lay müxtəlif səfərlər edərək özünə ardıcıl və şagirdlər toplamağa başladı. Nəhayət 1524-cü ildə “İsanın yoldaşları” adlı hərbi təşkilat yaratdı. O, öz nəzərinə görə kafir və yolunu azmış müsəlmanlara qarşı müharibəyə başladı və bu yolda həddən artıq canfəşanlıq etdi.
Bu firqənin təşkilatı tamamilə hərbi sistem şəklində idi. Burada ona qeydsiz-şərtsiz itaət edənlər toplanırdı. Onlar icazə verilməyən hər növ xoşagəlməz işləri məxfi şəkildə və (onların nəzərində) bəyənilən və düzgün işin müqəddiməsi olduğu halda caiz bilirdilər. Yalan, haqqı gizlətmək, hətta yalandan and içmək belə, onlar üçün düzgün sayılırdı.
Bu firqənin nəzərində ümumi prinsip hər bir Yəsui fərdin özündən yüksəkdə duran şəxsə tam sədaqətlə və kamil şəkildə itaət etməsi idi. Onların cərgəsinə daxil olan hər bir yeni şəxsə dörd həftə müddətində bir sıra ruhani-mənəvi təlimlər öyrədilir, daha sonra isə, ləyaqət və çıxarına uyğun olaraq ona müəyyən vəzifə və tapşırıqlar verilirdi. O, heç bir qeyd və şərt olmadan öz məmuriyyət yerində, hətta uzaq ölkələrdə olsa belə, hazır olmalı, ardıcıl və müntəzəm surətdə öz gördüyü işlər barədə yuxarı məqamlara məlumat verməli idi.
Yəsuilər firqəsi qurduqları bu təşkilat, rütbələr silsiləsi və üzvlərindən aldıqları ağır iltizamlara görə müxtəlif məntəqələrdə böyük işlər görə bildilər. Onlar təbliğatçılar göndərməklə Asiyanın ucqar yerlərində, xüsusilə Çin, Yaponiya, eləcə də Afrikada çoxlu müvəffəqiyyətlər əldə etdilər.

NURMUNLAR
Nurmun kilsələri adı ilə məşhurlaşan son dövrlərin qibti məsihi kilsələri 1830-cu ildə Jozef İsmit Cunivur (1805-1844) tərəfindən yaradılmışdır. İlk əvvəldə yalnız 6 nəfər ardıcılı olan bu firqənin hal-hazırda Amerikada 3 milyondan artıq üzvü vardır.
Bu firqənin başçısı olan Cuniver 1820-ci ildə iddia edirdi ki, ona bir sıra ilhamlar olunmuşdur və o, Allahla və İsa Məsihlə görüşmüşdür. Bu sözlərdən sonra o, ilahi hidayətdən bəhrələnmək üçün meşələrə çəkilmişdi. Orada səmavi varlıqlar ona demişlər ki, bütün kilsələr Allahın nəzərində çirkin və bəyənilməz bir yerdir; Allah yer üzündə İncilin yeniləşdirilməsi tapşırığını ona verəcəkdir. Sonrakı mükaşifədə Murini adlı mələk ona yol göstərdi ki, iki daş üzərində və qızılı səhifələrdə yazılan kitabı kəşf edə bilsin. Tərəfdarlarının iddia etdiyinə görə o, 1823-cü ildə Nyu-York yaxınlığındakı təpədə yerləşən mağarının içində bu kitabı kəşf etmişdir. Nurmunların inancına görə, bu kitab təqribən 1500 il bundan əvvəl qədim Amerika sakinlərinə oxunan həqiqi İncildir.
Nurmun kitabı müqəddəs kitabdan əlavə, əqidələr və peymanlar, dəyərli mirvarid kimi iki kitaba da şamildir ki, murmunlar kilsəsinin əsas etiqad və təlimləri orada yerləşdirilib və o bu firqənin müqəddəs kitabı kimi tanınıb.
Nurmunların əqidəsinə uyğun olaraq, Rəbblərdən bir qurupu dünyaya nəzarət etməyi öhdələrinə alıblar. Bu Rəbblər müəyyən dövrlərdə torpaqdan ibarət olan göy cismlərdə yaşayan adi fərdlər olmuşlar. Onlar özlərini ruhi cəhətdən paklaşdırmış ilahlar idi ki, hələ də təkamül mərhələsini qət etməkdədirlər. Amma müxtəlif aləmlərin Rəbbləri arasında yalnız bu dünyanın Rəbbi pərəstişə layiq görülür. Bu dünyanın Rəbbi üç müxtəlif şəxsdə təcəlli etmişdir:
Ata, oğul və Ruhul-qudus. Bunların hər biri digərlərinə nisbətən müstəqildir; cöhvər baxımından da vahid deyildirlər. Nurmunlar inanırlar ki, ata və oğul qanı olmayan sümük və ətdən təşkil olunan bədənə malikdir, lakin Ruhul-qudus ruh cinsindəndir.
Nurmunlar məsihiyyətin dini qayda-qanunları arasında yalnız rəbbani gecəni dini müqəddəs şüarlar kimi qəbul edir və hər bazar günü onu təşkil edirlər. Amma təmid qüslü və izdivac mərasimini dini hökmlər sırasında qəbul etmirlər.1

YƏHÜVƏH (ŞAHİDLƏR)
Bu firqə Çarliz Taze Rasselin tərəfindən 1370-ci ildə müqəddəs kitabın tələbələrinin beynəlxalq toplantısı adı ilə Amerikada təşkil olunmuşdur. 1931-ci ildən etibarən Yəhüvəhin (Yeqovanın) şahidləri adı ilə tanınmışdır. Rassel həzrət İsanın zühurunun çox yaxın vaxtlarda olacağına inanırdı.
Müqəddəs kitabın sözlərinə çox təkid edən Yəhüvəh şahidləri müqəddəs kitabın ilham və vəhy əsasında olan gələcək xəbərlərini və sair mətləblərə xüsusi diqqət yetirir, dünyanın axırında yaxşı və pis qüvvələr arasında baş verəcək son mübarizənin çox yaxın olduğuna göz dikmişlər. Həzrət Məsihin tərəfdarları ilə bu firqənin etiqadına görə bütün dünyanın nəzarətini öz əllərinə keçirən şeytani qüvvələr arasında son müharibə baş verəcəkdir. Həzrət İsanın qələbəsi bir növ dini hökuməti dünyaya hakim edəcəkdir ki, şəxsən həzrət Məsih bu hökumətin hakimi olacaqdır. Bu firqənin ardıcılları inanırlar ki, həzrət Məsihin yenidən zühur etdiyi vaxta qədər insanın nicat tapıb qurtuluşa nail olması elm və mərifət yolu ilə əldə olunur və həqiqət müqəddəs kitabda və dini ədəbiyyatlarda gəlmişdir. Həmçinin bu firqənin nəzərində həzrət İsanın yenidən zühuruna qədər kilsə hökumətləri və ticarətin nəzarəti şeytanın əli ilə olacaqdır.

MUNİZM
İttihad kilsəsi adlanan bu firqə Songmyung tərəfindən yaradılmışdır. O, 1926-cı ildə iddia etmişdir ki, mükaşifə aləmində həzrət İsa ilə görüşmüşdür; həzrət ona göstəriş vermişdir ki, o, sona çatmamış işi təkmilləşdirmək və dünyanı xilas etmək üçün seçilmişdir. Songmyung bu mükaşifədə anlamışdı ki, həzrət İsa Məsih insanların xilası üçün öhdəsinə aldığı vəzifəni təkmilləşdirmədən öncə dara çəkilmişdir. Buna görə də iyirminci əsrdə başqa bir Məsih Koreyadan zühur edəcəkdir. O, bu məqsədlə 1944-cü ildə bir neçə nəfəri öz ətrafına toplayıb, özünə vəhy olunduğunu iddia etdiyi şeyləri onlara öyrətdi.
Monun əqidə və təlimləri onun yazdığı «İlahi əsas» kitabında şərh olunmuşdur. Onun ardıcıllarının inancına görə, bu kitab müqəddəs kitabın mətləblərindəki sirləri bəyan edir. Bu kitabda Allahın, bəşəriyyətin bünövrəsini yenidən qurub təmir etmək planı izah olunur.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev


1     Buş və başqaları, Cəhani məzhəbi, 2-ci cild, Əbdürrəhim Güvahinin tərcüməsi.

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!