ALİ MUHƏMMƏD(s)İN ALİMİ HƏZRƏT RİZA (ə)

:

Salam olsun sənə ey “səkkizinci nur”, ey Peyğəmbər (s) və Əlinin (ə) övladı, ey Fatimənin (s) canı, ey həzrət Musa ibn Cəfərin (s) cigərparəsi ey hərəmini hər an görmək üçün bizi Məşhəddə ağuşuna alan mehriban İmamımız. Salam olsun sənə ey Əli ibn Musər Riza və salam məsum ata-babalarına və övladlarına.

 
Mərhum Əllamə Məclisi Biharul ənvarın 9-cu cildinin 46-cı səhifəsində belə yazır: bir xanım belə deyirdi: xanım Nəcmə (həzrət Rizanın (ə) anası) buyururdu: oğlum Əliyə (ə) hamilə olduğum vaxt hamiləlik yükünün ağırlığını hiss etmirdim və (hamiləlik dövründə) yatdığım zaman bətnimdən təsbih və Allahın tərifinin səslərini eşidirdim. Bu da mənim qorxmağıma səbəb olmuşdur. Oyandıqda o səsi eşitmirdim. Elə ki, Riza (ə) dünyaya gəldi, əlini yerə qoyub başını göyə qaldırdı və mübarək dodaqlarını tərpətdi sanki danışırdı. Elə bu an onun atası həzrə Musa ibn Cəfər (əleyhissalam) yanıma gəlib buyurdu: Rəbbinin sənə olan lütf və kəraməti mübarək olsun. Sonra övladım Əlini (ə) ağ parçaya büküb sağ qulağına azan sol qulağına iqamə oxudu. Ondan sonra Fərat çayının suyundan istədi və onun damağını Fəratın suyu ilə açıb uşağı mənə qaytarıb buyurdu: onu al ki, Allahın yer üzündə “Bəqiyyətullah”ıdır.

HƏZRƏT İMAM RİZANIN (Ə) LƏQƏB VƏ ADLARI
Həzrət İmam Rizanın (ə) adı “Əli” idi. Hansı ki, bu ad həzrət Peyğəmbərin (s) xanedanının ən sevimli adı idi. Buna sübut olaraq deyə bilərik ki, İmam Hüseyn (ə) öz övladlarından bir neçəsinə bu adı qoymuşdur.
O həzrətin künyəsi isə Əbul-Həsən və Əbu Əli idi. İmamın (ə) ləqəblərindən bəziləri isə bunlardan ibarətdir: “Siracullah” (Allahın çırağı), “Nurul Huda” “Hidayət nuru”, “Qurrətə Əynul Muminin” (Möminlərin gözünün nuru), “Riza” (Allahın razılığına razı olan), “Rəziyy” (Zamin), “Vəfiyy” (Vəfalı), “Fazil”(Bağışlayan), “Sabir” (Səbirli), “Siddiq (Dost). Həmçinin Allahın Peyğəmbəri (s) ali Muhəmmədin (s) alimi adlandırmışdır.

İMAM RİZANIN (Ə) KƏRAMƏTİ
İmam Rzanın (ə) fəziləti və kəramətləri bu dar çərçivəyə sığmayacaq dərəcədə çoxdur. Lakin biz imkan dairəsində o cənabın fəzilət və kəramətlərinin birini burada qeyd edirik.
Həzrət imam Kazim (ə) buyurmuşdur: "Atam mənə buyurdu: Sənin nəslində Ali-Məhəmmədin alimi olacaq, o Əmirəl-mömininlə (ə) eyni ada sahib olacaq. Kaş ki, mən onu görəydim!"
Məmun davamlı şəkildə elmi məclislər təşkil edirdi. Müxtəlif dinlərin nümayəndələrini həmin məclislərə dəvət edərək onlardan imamla mübahisə etməyi xahiş edirdi və imam (ə) bu mübahisələrin hamısından qalib çıxırdı.
Məhəmməd ibn Davud deyir: "Mən və qardaşım imam Rzanın (ə) yanında idik. Bu vaxt bir nəfər gəlib imam Cəfər Sadiqin (ə) oğlu Məhəmmədin ölüm xəbərini gətirdi. Biz imamla (ə) birlikdə Məhəmmədə baş çəkməyə getdik. Gördük ki, onun çənəsini də bağlayıblar və övladları ağlaşır. İmam onun yanında əyləşdi, sonra onun çöhrəsinə baxıb təbəssüm elədi. Məclisdəkilər İmamın (ə) bu gülüşündən incidilər və hətta bəziləri dedilər ki, imam öz əmisinin ölümündən sevindiyi üçün tənəli şəkildə gülür. Sonra İmam (ə) namaz üçün məscidə gedərkən biz deyilənləri o Həzrətə çatdırdıq. İmam buyurdu: "Mənim gülüşüm təəccübdən doğurdu. Çünki gördüm imam Cəfər Sadiqin (ə) oğlu İshaq (Məhəmmədin qardaşı) qardaşı üçün bərk  ağlayır, halbuki  o, Məhəmməddən tez öləcək və Məhəmməd onun üçün ağlayacaq! Çox keçmədi ki, Məhəmməd sağalıb yataqdan qalxdı və İshaq isə bir müddətdən sonra dünyasını dəyişdi."

Əziz və hörmətli möminlər və saytımızın izləyiciləri! 14 avqust 2016-cı il Peyğəmbər (s) ailəsinin səkkizinci nuru həzrət İmam Rzanın (ə) mübarək təvəllüdü münasibəti ilə öndə zəmanəmizin sahibi həzrət mövla İmam Mehdini (ə) və haqq naibi canab ayətullah Xameneini sonra siz əzizlərimizi təbrik edir uca Allahdan hamınıza səadət dolu ömür arzu edirik.  

Rizvan.net saytı, dəyərli izləyicilərinə Həzrət İmam Riza əleyhissalam haqqında ətraflı məqalələrini ərməğan edir. Lütfən aşağıdakı linklərə müraciət edin!

HƏZRƏT İMAM RİZANIN (Ə) HƏYATI HAQQINDA QISA MƏLUMAT

İMAM RİZANIN (Ə) KƏRAMƏTLƏRİ

İMAM RİZANIN (Ə) ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ

İMAM RİZANIN (Ə) HAQQINDA HƏDİSLƏR

İMAM RİZANI (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ

İMAM RİZANIN (Ə) SƏXAVƏTİ

İMAM RİZADAN (Ə) BİR MÖCÜZƏ

 

Tags: İMAM RZA (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!