VİLAYƏT BAYRAMI - QƏDİR XUM

:

Ya Mövla (ə)! Bayramın mübarək olsun! Qədir Xumdan və sənin uca rəhbərlik məqamından yazıram... Eşqdən və sənin vilayət məqamından yazıram...

Ya Mövla (ə)! Qədir Xum sənin olmadığına baxmayaraq, hər il vida həcci zamanı aşiqlərin tərəfindən yenidən təkrar olur və bilirəm ki, varlığın batinində hamı səni zahirdə görür... Möminlər hər il yenidən səninlə beyətlərini təzələyir. Mən həm səninlə və övladın Məhdi (əc) ilə yenidən əhd-peyman bağlayıram. Əhdi-peymanımı yeniləyirəm ki, peymanımı Qədir Xumda unudanlar kimi unutmayım, Qiyamətə qədər bu peymanı qoruyub saxlayım deyə əhdimi təzələyirəm... Qədir Xum bayramı, dünyada keçirilən ən gözəl bayramdır. Mübarəkdir! Zilhəccənin on səkkizinci günü vəhy elçisi Allahın Rəsuluna (s) nazil oldu və Allah tərəfindən xəbər gətirdi: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq" . (Maidə, 67)

Həzrət Rəsul (s) dayanma əmrini verdi və hamı günəşin yandırıcı şüaları altında gözləməli oldu: “Mən kimin mövlasıyamsa, bu Əli də onun mövlasıdır” deyə buyurdu Həzrət Peyğəmbər(s).

Otuz il keçdi bu hadisədən, amma bu günü kimsə bayram keçirmədi. Məzlum Əmirəl-möminin Əli (ə) bu əzəmətli günü ilk dəfə Qədir Xum bayramının otuzuncu il dönümündə qeyd edib, özü söhbət edərək o gündən bu gözəl adət-ənənəni gələcək nəsillərə irs buraxdı.

Həzrət bu gözəl gündə hansı yaxşılıqları etməyimizi bizə öyrədərək belə bir mövzuda söhbət etdi: "Qardaşlarınıza yaxşılıq edin. Allahın sizə bəxş etdiklərinə görə Ona şükr edin. Birlikdə olun ki, Allah sizə vəhdət versin. Bir-birinizə yaxşılıq edin ki, Allah sizin ülfətinizi möhkəm etsin. Allahın nemətlərini bir-birinizə hədiyyə edin ki, Allah keçmişdə və gələcəkdə olan bayramların neçə qatının mükafatını sizə verəcəkdir. Bu gündə yaxşılıq etmək sərvəti səmərəli və ömrü uzun edər. Bu gündə bir-birinizin dərdinə şərik olmanız Allahın rəhmətini cəlb edəcəkdir. Təbəssüm və şadyanalığı öz aranızda göstərin və Allahın sizə verdiklərinə görə şükrünü göstərin". 

Qədir həmin gündür ki, şeytan o günü naümid olaraq nalə çəkdi... İmam Sadiq (ə) atası Həzrət Baqirdən (ə) nəql edərək belə buyurdu: "Şeytan dörd dəfə ümidsizlik naləsi çəkibdir: Allahın lənətinə gəldiyi gün, göylərdən yerə düşdüyü gün, Peyğəmbər (s) peyğəmbərliyə seçildiyi gün və Qədir Xum bayramı günü". 

Allaha şükürlər olsun ki, bizi Əmirəl-möminin Həzrət İmam Əlinin (ə) vilayəti ətrafında toplaşanlardan qərar verdi. Allaha şükürlər olsun, bizə nemətlərini tamamlayacaq, bizim üçün din olaraq İslamı seçdi. Allaha şükürlər olsun,bizi Peyğəmbərindən (s) sonra rəhbərsiz qoymadı.

Bu günü hamınıza təbrik deyərək, bol nemətlərlə yanaşı bərəkətli ömür arzu edir və Allahdan diləyirik ki, zəmanəmizin sahibi Həzrət İmam Məhdinin (əc) gəlişini tezləşdirsin  və rəhbərimiz Xamenei ağanın əli ilə İslam bayrağını o Həzrətə təhvil verməklə möminləri sevindirsin. Allahdan bayramlıq olaraq bütün xoş dualarımızın bu günlərdə qəbul olmasını istəyir, hamımıza Həzrət Əlinin (ə) vilayətində sabitqədəm olmamızı əta etməsini diləyirik. Bayramınız mübarək olsun! 

Fürsətdən istifadə edib siz əziz izləyicilərimiz üçün Qədir Xum haqqında maraqlı məlumatlar da hazırlamışıq. Həmin məlumatları aşağıdakı linklərdən əldə edin. 

İMAM ƏLİ (Ə) VƏ QƏDİR XUM HAQQINDA

QƏDİR XUM HADİSƏSİNİN İNSANLARA MÜRACİƏTİ

 

 

Tags: İMAM ƏLİ (ə), QURAN, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!