SALAM OLSUN MƏHƏRRƏMİNƏ YA HÜSEYN(Ə)

:

Salam olsun sənə ey Məhərrəm
Elə hey günlər bir-birini əvəz edərək yenidən Məhərrəm ayını bizə çatdırdı. Məhərrəm ayı, qüssələr və gözəlliklər ayı.. Məhərrəm qəm-qüssələr və ümidlər ayı. Şairin dili ilə desək:
Yenə mahi Muhərrəm oldu müsirrət haramdır,
Bi şəkk bu ayda ağlamaq şəriətə bir ehtiramdır.

Məhərrəm ayı gəldi Hüseynin (ə) ətrini bizlərə ərmağan gətirdi. Məhərrəm ayı gəldi möminlər qara köynəklərdə dodaq altı pıçıldamağa başladı. Möminlərin dodaqlarında olan “Ya Hüseyn” zümzüməsi bitmək bilmir. Məhərrəm ayında eşqin cuşa gəlməsi ilə zalımların canına vəlvələ düşür. Məhərrəm ayı gələndə bütün möminlər Aşura gününü xatırlayaraq o günü səbirsizliklə gözləyir. Çünki möminlər bilir ki, Aşura təkcə bir tarixi hadisə deyil. Bu elə bir mədəni irsdir ki, İslamın kökünü və budaqlarını yanmağa və qurumağa qoymur. Hamımız bilirik Aşura haqqında çoxlu sözlər deyilib və kitablar yazılıb. Amma bu haqda İmamın (ə) öz əməllərində görmək daha şirin və insana daha çox bəsirət bəxş edir.
İmam Hüseyn (ə) Məkkədə olarkən alimlərin və şəhərlərdə yaşayan böyük vəzifəli insanların ağır vəzifələrini xatırladaraq onları dinin müdafiəsinə qalxmağa və bu işdə süstlük göstərənlərin günahlarının bağışlanmaz olduğunu önə çəkir.
Mədinəni tərk edəndə vida zamanı qardaşı Məhəmməd Hənəfiyyəyə vəsiyyətnamə yazaraq öz hədəfini orada belə açıqlayır:
ən öz nəfsim, ağılsızlığım, yer üzündə fəsad törətməyim və zülm etməyimə görə hərəkət etmədim əksinə yalnız cəddimin ümmətinin islahı üçün hərəkət etdim. İnsanları yaxşılığa dəvət pisliklərdən çəkindirmək üçün hərəkət etdim istəyirəm Cəddimin və atamın yolu ilə gedəm.
Həzrət Məkkədə olarkan Kufə böyüklərindən aldığı məktuba cavabında öz qiyamının fəlsəfəsini açıqlayaraq belə yazır:
nd olsun canıma, rəhbər o şəxsdir ki, Allahın kitabına əməl etsin, ədaləti bərqərar etsin, haqqa inansın, özünü Allahın yolunda möhkəm və sabitqədəm etsin.
Bəsrənin böyükləri onunla həmkarlığa çağıraraq birlikdə olduqlarını bildirkdə İmam (ə) onlara cavab olaraq qiyamının səbəbini belə bəyan edir:
ən sizi Allahın kitabına və Peyğəmbərin (s) ənənələrinə əməl etməyə çağırıram. Həqiqətən də Allah Rəsulunun (s) qanunları aradan getmiş və bidətlər baş qaldırmışdır.
Abdullah ibn Mütinin cavabında buyurur:
Küfəlilər mənə məktub yazdı və məndən onların yanına getmələrini istədi. Çünki, ümidvardırlar (mənim rəhbərliyim ilə) haqqın nişanələri diriləcək və bidətlər məhv olacaq.
Həmçinin Bəsrə şiələrinə yazdığı məktubda belə buyurur:
Mən sizi haqqın nişanələrini diriltməyə və bidətləri məhv etməyə çağırıram.
Həzrət İmam Hüseyn (ə) Hürr ibn Yəzid Riyahi ilə görüşündə buyurduğu xütbədə öz qiyamının hədəfini Peyğəmbərin (s) sifarişinə istinad edərək bəyan edir:
Ey camaat! Allahın Rəsulu (s) buyurub: kim zalım bir rəhbəri Allahın halalını haram edən, Onun əhdi-peymanını sındıran, Peyğəmbərin (s) qanunlarına zidd gedən, Allahın bəndələri ilə günah və zorakılıqla rəftar edən görsə amma onun müqabilində öz rəftarı və sözü ilə ayağa qalxmazsa Allaha vacibdir o şəxsi həmin zalımla birlikdə qərar versin.
Agah olun ey camaat! Bilin ki, bunlar şeytana beyət əli uzatmış, Allahın itaətini tərk etmiş, fəsadı aşkar etmiş, Allahın qanunlarını tətil etmiş, müsəlmanların ümumi gəlirini şəxsiləşdirmiş, halalları haram haramları isə halal etmişdir. Mən (müsəlmanların işlərinin yaxşılığa doğru) dəyişdirməyə ən layiq insanam.
İmam Hüseyn (ə) qiyamının hədəflərindən birini də zilləti qəbul etməmək kimi açıqlayır. Necə ki, Übeydullah ibn Ziyad həzrət İmam Hüseyni (ə) ölüm və Yezidə beyət etmək üçün seçim arasında qoyur, İmam (ə) isə cavabında: heyhat minnaz zillət, yəbillah zalikə lənə və rəsuluhu vəl muminun – uzaqdır bizdən zillət, Allah, peyğəmbəri və möminlər bu işdən imtina edir.

Əziz və dəyərli izləyicilərimiz! Bildiyiniz kimi Məhərrəm ayı Əhli-Beytin hüznü və qəm-qüssə ayıdır. Bu ayda şadyanalıq etmək hamımıza haram olduğu kimi bu ayın fürsətlərindən istifadə etmək də lazımdır. Allahdan bu fəzilətli ayda mövlamız SahibəzZAmana (əc) səbr verməsini diləyərək, rəhbərimiz cənab Ayətullah Xamenei ilə yanaşı o Həzrətə (ə) başsağlığı verir sizin də məqamınızın Öz dərgahında uca olmasını arzulayırıq. Allah bu ayda hamımız bağışlayaraq ağamız İmam Hüseynin (ə) dəftərinə hamımızan adını yazsın. Amin!

DİQQƏT: Məhərrəm ayının birinci gününün əməlləri haqqında aşağıdakı linkdən istifadə edə bilərsiniz.

MƏHƏRRƏM AYININ BİRİNCİ GÜNÜNÜN ƏMƏLLƏRİ

MƏHƏRRƏM AYININ BİRİNCİ GÜNÜ BAŞ VERMİŞ HADİSƏLƏR

 

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!