SALAM OLSUN ƏRBƏİNƏ YA HÜSEYN(ə)!

:

“Ərbəin”, yəni eşq karvanının Şamdan Mədinəyə qayıdışı və Allah Rəsulunun (s) səhabəsi Cabir ibn Abdullah Ənsarinin Mədinədən Kərbəlaya çataraq tələm-tələsik özünü İmam Hüseynin (ə) qəbrinə çatdırması. O Hüseyni (ə) ziyarət edən ilk şəxs idi və Ərbəin günü həmin gün idi ki, İmam Zeynəlabidin (ə) mübarək kəsilmiş başı gətirib atasının pak bədəni ilə birlikdə torpağa tapşırdı.

Şəhidlər ağası həzrət İmam Hüseynin (ə) ərbəin günü ilk zəvvarları onu yad edərək məzlumiyyətinə ağladı. Onlar bu görüş yerində həqiqət günəşinin risalət üfüqündə qürub etdiyini və Hüseynin (ə) qanı ilə cücərən həqiqəti seyr edib ağladılar. Ondan sonra həzrət İmam Hüseynin (ə) aşiqləri hər il imamın qırxında (ərbəində) o həzrəti ziyarətinə gələr onun məzlumiyyətini zikr edib göz yaşı axıdarlar.
Seyid ibn Tavus “Luhufda” ərbəin gününü əsirlərin Kərbəlaya qayıdış günü kimi qeyd edərək belə yazır: Kərbəla əsirləri Şamdan İraqa qayıdarkən karvan bələdçisinə dedilər: bizi Kərbalaya apar.
Buna görə də onlar İmam Hüseynin (ə) şəhid olduğu yerə gəlib çatdılar və orada əza məclisi qurub Həzrətə matəm saxladılar.
“Bişarətul Mustəfa(s)” kitabında yazılır: Ətiyyə Ovfi deyir: Cabir ibn Abdullah Ənsari ilə birlikdə İmam Hüseynin (ə) qəbrini ziyarət etmək üçün Kərbəlaya getdik. Cabir Fərat çayına gedib qüsl alıb təmiz paltar geyindi... sonra pak qəbrə tərəf getdi. O, yalnız Allahı zikr edərək addım atırdı. Qəbrə yaxınlaşanda mənə dedi: məni qəbrə çatdır (Cabirin o zaman gözü görmürdü). Mən onun əlini qəbrin üstünə qoydum və Cabir özünü qəbrin üstünə atıb özündən getdi. Mən onun üzünə bir qədər su səpəndən sonra ayıldı və üç dəfə Ya Hüseyn, deyə fəryad etdi. Sonra belə dedi: ya Hüseyn! Nə üçün mənə cavab vermirsən? Sonra özünə dedi: necə mənim cavabımı verə biləcəksən halbuki, sənin damarlarını kəsiblər və başını bədənindən ayırıblar. Şəhadət verirəm ki, sən peyğəmbərlərin sonuncusu, möminlərin ağasının övladısan... Peyğəmbərin (s) əbası altında olan beş nəfərdən birisən... Allahın salamı, salavatı və rizvanı (razılığı) sənin üzərinə olsun. Sonra qəbrin ətrafında hərəkət edərək dedi: Əssəlamu ələykum əyyətuhəl ərvahil ləti həllət bifinail Husəyn... Əşhədi ənnəkum əqamtumus salətə və ətəytumuz zəkatə və əmərtum bilmərufi və nəhəytum ənil munkər.
Bax bu cür oldu ki, ərbəin yürüşü ənənəsi baş tutdu. Həzrət İmam Hüseynin (ə) ilk zəvvari cənab Cabir ibn Abdullah Ənsari Mədinədən Kərbəlaya səfər edərək Ərbəin günü həzrət Hüseynin (ə) qəbrini ziyarət etdi və o gündən artıq 1373 il keçməsinə baxmayaraq indinin özündə belə o həzrətin aşiqləri ya Hüseyn zillət bizdən uzaqdır şüarı ilə Kərbəlaya yürüş edib ağalarının ziyarətinə gedirlər.

Əssəlamu ələl Hüsəyn, və əla Əli İbnil Hüsəyn, və əla ovladil Hüsəyn, və əla əshabil Hüsəyn.

 Əziz və dəyərli rizvan.net saytının izləyiciləri. İmam Hüseynin (ə) şəhadətinin qırxıncı günü (ərbəin günü) münasibəti ilə öndə əza sahibi həzrət İmam Zamana (əc) və İmam Hüseynin (ə) xələf övladı Həzrət Ayətullah Xameneiyə sonra siz əziz möminlərə dərin hüznlə başsağlığı verir hamınıza Allahdan Qiyamət günü İmam Hüseyn (ə) şəfaətinə nail olmanızı diləyirik.

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!