ERKƏN QÜRUB EDƏN GÜNƏŞ

:

Ya Fatimə (əs) deyib səni çağırıram. Ey bütün pisliklərdən uzaq olan. Vücudun bütün pisliklərdən və qübarlardan təmizlənən bir güzgüdür!  
Ya Zəhra (əs) deyib səni çağırıram. Çünki, asimanın ən geniş üfüqlərinə qürub etməyən günəş tək nur saçırsan. Yanan qapına canım fəda olsun ya Zəhra (əs).
Ey Mübarəkə (əs) deyib səni çağırıram ki, kəramət və bərəkət dolu bu ad, hündür dalğalar tək yeddi asimanın okeanlarını təlatümə gətirir.

Səni Raziyə (əs) deyə çağırıram. Hansı ki, müsibət və çətinliklər dalğaları müqabilində möhkəm dayanıb həmişə həyat qayığını Allahın razılığı yolunda irəli aparımısan.
Səni Mərziyyə (əs) deyə səsləyirəm ey xanım! Çünki yaşayışın, sükutun, danışığın, duruşun və oturuşun hamısı Allahın istədiyi kimi idi.
Bu gün Fatimiyyə (əs) günü olaraq dünyanın haqq sevərləri dünyanın harasında olmasına baxmayaraq qəm və matəm içindədir. Baxmayaraq hər Fatimiyyədə (əs) qəmimiz yenilənir yaralarımıza duz salsa da bu qəm siyahisi bizi Fatiməyə (əs) daha yaxın edir. Fatimənin (əs) qapısında izzət tapırıq.  Qəlbimizə şəffaflıq bəxş edir. Fatimiyyə günlərində aşiqlərin qəlbi aram döyünmür, qəm surudları, oxuyur və sızlayır. Fatimiyyə (əs) günləri Əlinin (ə) qəlbinin yaralarının yeniləndiyi gündür. Bu günlərdə Əli (ə) çox dəyərli bir gövhəri həyat sədəfindən meraca göndərərək aşiqləri matəmə qərq edibdir. Sınan qabırğalarına və Möhsününə balalarımız fəda olsun ya Fatimə (əs)
Allahın salamı olsun asimanda və müqərrəb mələklərin yanında sevimli olan yeganə iki aləm xanımı Həzrət Zəhraya (əs). Allahın salamı olsun həzrət Cəbrail (ə) ilə həmsöhbət olan xanımlar xanımı Fatimeyi Zəhraya (əs). Allahın salamı olsun Peyğəmbər (əs) gülü və qəlbinin aramlığı və canının bir parçası olan anamız Zəhraya (əs).
Əziz oxucularımız. Anamız Zəhranın (əs) müsibətli şəhadəti münasibətilə hamınıza başsağlığı verir uca Allahdan hamınıza o xanıma layiq insan olmağı arzu edirik. Allahdan arzumuz budur ki, iki dünya xanımı Fatimeyi Zəhra (əs) kimi yaşayaq onunla məşhur olaq. Fürsətdən istifadə edərək ağamız həzrət Sahibəzzaman İmam Mehdini (əc) də yad edərək ona başsağlığı veririk.

 

Mətni səsləndirdi: TURAN MƏMMƏDLİ
You must have the Adobe Flash Player installed to view this player.
 

 

Tags: HƏZRƏT ZƏHRA (s), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!