İMAM RZA (Ə) MƏRHƏMƏT AYNASIDIR - MÖVLUD BAYRAMINIZ MÜBARƏK

:

ALLAHIN ADI İLƏ
SƏN XORASAN GÜNƏŞİSƏN YA RİZA (Ə)
"Salam olsun sənə, ey Allahın dostu və Allah dostunun oğlu!
Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!
Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla getmisən. Allahın salavatı olsun onlara.

Vilayət səması səkkizinci ulduzuna qucaq açıb. Bu gün İmam Kazimin (ə) evi bir daha nurlu olaraq nur üzərinə nur saçıldı. Bu gün mələklər bu mübarək evə ardı arası kəsilmədən nazil olub göylərə qalxır. Həzrət Riza dünyaya göz açır. Onu Allah Riza adlandırdı çünki, ondan razı idi.
Göylərin qapıları bir daha açılaraq İmamətin parlaq nurunu yer üzərinə saçdı. İmamət səmasının 8-ci günəşi hicri qəməri tarixi ilə 148-ci il Zil-Qədə ayının 11-də Mədinə şəhərində şəfəq saçaraq vücudunu bürümüş bütün gözllikləri ilə yer üzünün hidayət teşnəsilə susamış insanlarını öz hidayəti ilə sirab etməyə başladı.
İmam Riza (ə) ata və babaları kimi dövründə olan zalımların zülmünə qarşı çıxıb zəif düşmüş Allah bəndələrinə sığınacaq yeri oldu. Yer üzərinə pak cismi ilə nur saçdığı andan, öz mehri məhəbbəti ilə insanların qəlblərini özünə tərəf yönəltdi.
İndinin özündə də şiələrin səkkizinci imamı həzrət İmam Rizanın (ə) pak ziyarətgahının nuru hər bir aşiqinin qəlbini nurlandırır və bəlkə də elə buna görədir ki, əbəs yerə deyilmir sən fəqirlərin haccısan YA İMAM RİZA (Ə)!
İmam Riza (ə) Allahın dostu və dostunun oğlu idi. O, öz şiələrinin hidayətçisi və şəfaətçisidir. O Allahın Quranda “ürvətul vüsqa – sarsılmaz ipi” deyə buyurduğu şəxsdir. Hansı ki, o həzrətin ziyarətnaməsində də bunun şahidi oluruq.
Əziz və dəyərli izləyicilərimiz! Qərib imamımız həzrət İmam Rizanın (ə) mübarək mövludu münasibəti ilə hamınızı təbrik edir və arzu edirik o həzrətin ziyarəti hamımıza nəsib olaraq Qiyamət günü bizə şəfaətçi olsun. Fürsətdən istifədə edib övladı həzrət SahibəzZamanı (əc) və haqq naibi həzrət Ayətullah Xamenei cənablarını səmimi qəlbdən təbrik edir və Allahdan İmamın (əc) zühurunun tezləşməsini diləyirik.

HƏZRƏT İMAM RİZANIN (Ə) QISA ZİYARƏTNAMƏSİNİN TƏRCÜMƏSİNİ SİZ DƏYƏRLİ OXUCULARIMIZA ƏRMƏĞAN EDİRİK

"Salam olsun sənə, ey Allahın dostu və Allah dostunun oğlu!
Salam olsun sənə, ey Allahın höccəti və Allahın höccətinin oğlu!
Salam olsun sənə, ey hidayət imamı və ey Allahın möhkəm, sarsılmaz ipi! Allahın rəhmət və bərəkəti olsun sənə. Şəhadət verirəm ki, sən pak-müqəddəs ata-babalarının getdiyi yolla getmisən. Allahın salavatı olsun onlara. Zəlalət qaranlığına hidayət nuru saçmısan. Heç vaxt haqqdan batilə əyilməmisən.
Sən həqiqətən də, Allah və onun Rəsuluna xeyirxah idin və Allahın əmanətini yaxşı yerinə yetirmisən. Allah səni islam və müsəlmanlar tərəfindən xeyirli mükafatla mükafatlandırsın. Atam-anam sənə fəda olsun, mən sənin ziyarətinə, sənin imamət haqqına agah olaraq və dostlarını özümə dost və düşmənlərini özümə düşmən bilərək gəlmişəm. Mənə Allah dərgahında şəfaətçi ol.
Salam olsun sənə, ey mənim mövlam, ey Rəsulallahın oğlu! Allahın rəhmət və bərəkəti olsun sənə.
Şəhadət verirəm ki, həqiqətən də, sən hidayətçi imam və doğru yolu göstərən başçısan. Mən sənin düşmənlərindən Allaha sığınıram və sənin vilayətinə görə Allah dərgahına sığınıram. Allahın salavatı, rəhməti və bərəkəti olsun sənə".

DİQQƏT: İMAM RİZA (Ə) HAQQINDA ƏLAVƏ MƏLUMATLARI AŞAĞIDAKI LİNKLƏRDƏN ƏLDƏ EDİN!

İMAM RİZANIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM RİZANIN (Ə) SƏXAVƏTİ

PEYĞƏMBƏR (S) AİLƏSİNİN ALİMİSƏN YA İMAM RİZA (Ə)

İMAM RİZANIN (Ə) ZİYARƏTİNİN FƏZİLƏTİ

 

 

Tags: İMAM RZA (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!