ZƏHRA (ƏS) GÜLÜNÜ SOLDURAN FƏLƏK

:

Qonşulara dua etmək onun adəti idi. Möminlərin bir bir adını çəkərək onlara dua edərdi. Lakin ömrünün son günlərində özünə də dua etdi: "یا الهی عجل وفاتی سریعا" İlahi, ölümümü tezləşdir. Əlini görəndə göz yaşlarını saxlaya bilmirdi, Həsəni (ə) bağrına basar və ağlayardı. Hüseynin (ə) boğazını öpər, göz yaşı axıdardı. Zeynəbin (əs) qəlbinə əlini qoyar ağlayardı.

Əziz atası onun adını Fatimə qoydu. Adı nə üçün Fatimədir deyə soruşanda cavab verdi: Mən onun adını ona görə Fatimə qoydum ki, Allah onu və onu sevənləri cəhənnəm odundan ayırmışdır.1 Həmçinin İmam Sadiq (ə) həzrət Fatimənin (əs) başqa adları haqqında buyurur: Allah dərgahında həzrət Zəhranın (əs) doqquz adı vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyə, Mərziyə, Mühəddəsə, Zəhra.2

FATİMƏ KƏLMƏSİNİN MƏNASI NƏDİR?
“Fətəmə” sözündən alınan Fatimə kəlməsi, kəsmək, ayırmaq mənasını verir. Həzrət Peyğəmbər (s) bir hədisində buyuraraq həzrət Fatiməyə (s) bu adı verməyin mənasını açıqlayır:
“إنّ اللّهَ عَزَّوَجَلَّ فَطمَ ابْنَتِي فاطِمَة وَوُلدَها وَمَنْ أَحَبًّهُمْ مِنَ النّارِ فَلِذلِكَ سُمّيَتْ فاطِمَة” Allah qızım və onun övladlarını, həmçinin onları sevən hər kəsi cəhənnəm odundan ayırdığı üçün o Fatimə adlanmışdır.3

ANAMIZ ZƏHRANIN (ƏS) ZAHİRİ XÜSUSİYYƏTLƏRİ
Hakim Nişaburi, özünün məşhur Müstədrək əsərində yazır: Ənəs ibn Malik dedi: Anamdan xanım Zəhranın (əs) siması haqqında soruşdum və o belə cavab verdi: O, sanki on dörd gecəlik aya yaxud bulud arxasından çıxan günə bənzəyirdi. Olduqca ağ dərisi var idi və Allah Rəsuluna (s) ən oxşar şəxs idi.4

ATA ANASINDAN ÖYRƏNDİKLƏRİ
Həzrət Zəhra (əs) atasının diqqət və məhəbbəti sayəsində böyüyür və tərbiyə alırdı. O elə bir evdə tərbiyə alırdı ki, vəhyin şüası o evi bürümüş və Allahın yaxın mələkləri o evə birbaşa nəzər salırdı. O atası həzrət Muhəmməd (s) anası xanım Xədicə (əs) kimi uca məqamlı insanların övladı idi. Məhz buna görə də Allah yolunda yaxşılıq və ehsan etməkdə hamıya nümunə idi. Həzrət Zəhra (əs) Allahın çoxlu sirlərindən biri idi. Necə ki, o həzrətin ziyarətnaməsində oxuyuruq:
"اللهم صل علی فاطمه و ابیها و بعلها و بنیها بعدد ما أحاط به علمک. الهی بحق فاطمه و ابیها و بعلها و بنیها و السرّ المستودع فیها"
Allahım elminin əhatə etdiyi qədər Fatiməyə, atasına, həyat yoldaşına və oğlanlarına salam göndər. İlahi, Fatimənin, atasının, həyat yoldaşının, oğlanlarının və onda olan sirrin haqqına (hacətimi qəbul elə).
Bu ziyarətnamədə olan (Zəhrada (əs) olan sirrə xatir) kəlməsindən məlum olur ki, o həzrətin vücudunda Allahın sirlərindən biri vardır.

PEYĞƏMBƏRDƏN (S) SONRA ƏHLİBEYTDƏN (Ə) O HƏZRƏTƏ ÇATAN İLK ŞƏXS
Həzrət Peyğəmbərin (s) ömrünün o qədər ağladı ki, mübarək saqqalı göz yaşlarından islandı. O həzrətdən soruşdular: Ey Allahın Peyğəmbəri! Nə üçün ağlayırsan? Buyurdu: övladlarım üçün və məndən sonra ümmətimin zalımlarının etdiyi zülmlərə görə ağlayıram. Mən sanki görürəm məndən sonra qızım Fatiməni (əs) məzlum ediblər və o nə qədər “ey ata can!” deyə səsləsə də ümmətimdən kimsə onun fəryadına çatmır. Xanım Zəhra (əs) bu sözü eşidəndə ağlayıb göz yaşı axıtdı. Peyğəmbər (s) ona buyurdu: Ey əziz qızım! Ağlama! Həzrət Zəhra (əs) buyurdu: Ata can! Mən səndən sonra çəkəcək zülmlərə ağlamıram əksinə sənin ayrılığına ağlayıram. Peyğəmbər (s) buyurdu: Ey Muhəmmədin (s) qızı! Səni müjdələyirəm! Çünki, ailəmdən mənə ən tez yetişən sən olacaqsan.5

HƏZRƏT ZƏHRANIN (ƏS) ATASINA AĞLAMASI
Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: Fatimeyi Zəhra (əs) Peyğəmbər (s) üçün o qədər ağladı ki, bu ağlamağına görə Mədinə camaatı əziyyət çəkərək ona dedilər: Çox ağlamağına görə bizi narahat etdin, ya gecə ağla ya gündüz! Buna görə də Fatimə (əs) Mədinə şəhərindən çıxıb, şəhidlərin qəbri üzərində ağlayardı.6

HƏZRƏT ZƏHRANIN (ƏS) ŞƏHADƏTİ
Ömər və bir neçə nəfər xəlifə tərəfindən məmur oldular ki, xilafəti Allah və Peyğəmbər (s) tərəfindən təyin olunmasını qəbul edərək insanlar tərəfindən seçilən xəlifəyə beyət etməyən İmam Əlinin (ə) qapısına gedərək Əbu Bəkrə beyət etmək üçün onu məscidə aparmaq istədilər. Ömər və yanındakılar o həzrətin evinə çatanda xanım Zəhra (əs) qapı arxasına gələrək Ömərlə danışdı və xanımın qapını açmadığını görən Ömər, evin qapısına od vurmaq üçün odun gətirməsini göstəriş verərək özü də təpiklə evin qapısına vurub qapını zorla açdı. Qapı möhkəm açılaraq zərbə ilə xanıma dəydi. Bu zərbənin təsirindən xanımın bətnində olan övladı siqt oldu. Bu qapının zərbəsindən bir neçə gün sonra o həzrət şəhid oldu. O həzrətin şəhadəti cəmadiul axir ayının üçü, hicrətin on ikinci ilində baş verdi.7
Hörmətli izləyicilərimiz! Bu ağrılı günlər münasibətilə öndə həzrət İmam Zaman (əc) və həzrət Ayətullah Xamenei cənablarına başsağlığı veririk. Ümid edirik Allah xanım Zəhra (əc) balasının zühurunu tezləşdirməklə anamızın intiqamını düşmənlərindən alacaq. Siz dəyərli izləyicilərimizə o xanıma layiq ömür arzu edirik.


1 Biharul Ənvar, c43
2 Şeyx Səduq, Əmali, s474
3 Kənzul ummal, c6, s219
4 Seyid Möhsün Əmin, Peyğəmbər qızı fatimə kitabının 3cü səhifəsidə
5 Səhihi Buxari, c4, s203. Səhihi Müslim, c7, s142.
6 Biharul Ənvar, c43, s35.
7 http://www.valiasr-aj.com/fa/page.php?bank=maghalat&id=44

Tags: HƏZRƏT ZƏHRA (s), TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!