HƏZRƏT İMAM MUSEYİ KAZIM(ə)DAN HƏDİS

:

Bağışlayan və mehriban Allahın adı ilə

 

قال موسی بن جعفرٍ علیه‌السلام: مَرَّ أمیرالمؤمنین علیُّ بنُ ابی‌طالبٍ علیه‌السلام بِالرَّجُلٍ یَتَکَلَّمُ بِفُضولِ الکلام فَوَقَفَ عَلیه فتَکَلَّم بِما یَعنیک 

İmam Musa ibn Cəfər (ə) buyurur: Həzrət Əmirəl-Möminin yoldan keçirdi, bir nəfərin yolda dayandığını və özü-özünə yersiz sözlər danışdığını gördü, söylədiyi sözlərin onun üçün heç bir faydası və həmçinin dinləyici üçün əhəmiyyəti yox idi. Həzrət (ə) dayandı.

ثُمَّ قالْ إنَّکَ تُملی عَلی حافِظَیکَ کتاباً إلی رَبِّک

(Və o səxsə buyurdu:) Sizi qoruyan çiyinlərinizdəki iki mələyə danışırsınız. Siz imla deyirsiniz və onlar isə sizin dediklərinizi qeyd edirlər. Sizin və mənim danışdıqlarımızın hamısını sözbəsöz yazırlar. Əgər danışdıqlarımıza əhəmiyyət verməsək, ola bilsin ki, sonradan bizim zərərimizə tamamlansın. Bu səbələrdən dolayı, danışdığımız sözlərə diqqət edib fərqində olaq.

وَ دَعْ ما لا یَعنیک

Sizin üçün lazımlı və faydalı olan sözlər üçün danışın. Sizin üçün faydalı və əhəmiyyətli olmayan sözləri danışmaqdan çəkinin, çünki belə sözlərin faydası yoxdur, əksinə zərəri vardır və danışmaqdan öncə diqqət edib nəzərdən keçirin və bilin nə danışırsınız.
 

Mətni səsləndirdi: SƏFAQULİYEV ELÇİN
You must have the Adobe Flash Player installed to view this player.

"Ayətullah Xamenei" həzrətlərinin "Dərse Xaric"-indən.
 Hazırladı: Elçin Səfaquliyev

Tags: ƏHLİ-BEYT (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!