İRƏM ŞƏHƏRİ VƏ ŞƏDDADIN DÜZƏLTDİYİ CƏNNƏT

:

Bismillahir-Rəhmanir-Rəhim
Qurani-Kərimin Fəcr surəsinin 6-8-ci ayələrində İrəm bağları və tarixin ibrətamiz hadisəsi haqqında belə buyurulur.

اَ لَمْ تَرَ كَيفَ فَعَلَ رَبُّكَ بِعادٍ إِرَمَ ذاتِ الْعِمادِ الَّتِي لَمْ يخْلَقْ مِثْلُها فِي الْبِلادِ
Məgər sənin Rəbin Ad (qövmü) ilə necə rəftar etdiyini görmədinmi?

Hündür qəsrlər, uca sütunları və qədd – qamətli insanları olan İrəm (şəhərinin əhalisi) ilə. Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdır.
Deyilənlərə görə həzrət Hud (ə) peyğəmbər Ad qövmünü hidayət etməyə məmur olmuşdu. Adın Şəddad və Şədid adında iki oğlu var idi. Elə ki, Ad dünyadan köçdü Şəddad və Şədid quldurluq edərək bir dəstə insanı öz ətrafına toplayıb şəhərləri fəth etməyə başladılar. Zülm edərək güc hesabına hər yeri qarət etdilər. Bu arada Şədid öldü və Şəddad isə rəqibsiz padşaha çevrildi. Onu qürur götürmüşdü, Hud (ə) onu Allah pərəst olmağa dəvət edərək buyurdu: “əgər Allaha tərəf gəlsən, Allah sənə əbədi Cənnət verəcək. O, dedi: Cənnət necədir? Hud əleyhissalam Allahın Cənnətinin bəzi xüsusiyyətlərini və sifətlərini onun üçün vəsf etdi. Bu bir şey deyil ki, özüm də o cənnətdən düzəldəcəm. Şəddadın qüruru onu Həzrət Hud əleyhissalama tabe olmaqdan çəkindirdi.
O, qərara gəldi ki, cənnət düzəlməklə özünü Allaha göstərə və bu üzdən də İrəm şəhərini düzəltdi. Qoşunundan yüz qəhrəman igidi o şəhərdə cənnətin düzəldilməsində nəzarətçi qoydu. Qolu güclü igidlərin də öhdəsində min nəfər işçi var idi və igidlər də o işçiləri işləməyə məcbur edirdi.
Şəddad dünya padşahlarına məktub yazıb onlara əmr etdi ki, nə qədər qızıl və cəvahiriniz var hamısını mənə göndərin və onlar da bütün olar-olmazının hamısını Şəddad üçün göndərdilər.
O igidlər uzun müddət cənnəti yaratmaqla məşğul oldular və nəhayət onu düzəldib qurtardılar. O saxta cənnətin ətrafını möhkəm qaladan hasara aldılar. O hasarın ətrafında min dənə əzəmətli gözəl saray tikdilər. Sonra Şəddada xəbər verdilər ki,  vəzir vəkili və ordusu ilə bu cənnət şəhərinin açılışına gəlsinlər.
Şəddad öz vəzir vəkili ilə birlikdə o şəhərə doğru hərəkət etdi, hələ o şəhər çatmaq üçün bir gün yol getməli idilər.1  Qəflətən bir ildırım tük ürpədici bir səslə onlara tərəf gəlib onları yerə vurub həlak etdi.
ƏZRAİL (Ə) ŞƏDDADA İKİ YERDƏ YAZIĞI GƏLİR
Bir gün həzrət Muhəmməd (s) peyğəmbər oturmuşdu, bu vaxt cənab Əzrail (ə) o Həzrətin görüşünə gəldi. Həzrət ondan soruşdu: "Ey qardaşım! Neçə min illərdir ki, insanların canını almağa məmur olmusan. Elə bir şəxs olubmu sən onun canını alanda ona rəhmin gəlsin"? 
Əzrail (ə) dedi: "Bu vaxta qədər iki nəfərə ürəyim yanıb:
Biri odur ki, bir gün dənizdə tufan qopdu, dənizdə olan gəmini sındırdı və gəmidə olanların hamısı suda qərq oldu. Yalnız bir hamilə qadın nicat tapdı, o, bir taxta parçasından yapışdı , dənizin sakit dalğaları onu sahilə atdı və bu arada o, bir oğlan uşağı dünyaya gətirdi. Mən məmur oldum ki, o xanımın canını alam ürəyim o oğlan uşağına yandı.
İkinci Ad oğlu Şəddad illərlə o böyük bağı düzəltdirdi və bütün var-dövlətini onun düzəlişinə xərclədi hətta onun sütünlarına və bər-bəzəyi üçün bütün qızıl və gövhərlərini xərcləyib onu tamamladı. Nəhayət düzətdiyi bağı görməyə gedəndə atından enəndə və ayağını yerə qoymaq istəyəndə hələ sol ayağı atın üzəngisindən ayrılmamış İlahi əmr gəldi ki, onun canını alım. O, bədbəxt atın dalından yerlə atın ayağı arasında ilişib qaldı və öldü. Ürəyim ona yandı ki, bir ömür Cənnəti görmək ümidi ilə yaşadı sonda hələ gözləri o bağı görməmiş ölümün əsiri oldu". 
Elə bu an Cəbrail əleyhissalam nazil olub Həzrət Peyğəmbərə (s) ərz etdi:" Ey Muhəmməd! Allahın sənə salam çatdırır və buyurur:" Əzəmət və Cəlalıma and olsun ki, o uşaq elə Şəddad ibn Ad idi. Onu ucu-bucağı olmayan dənizdən lütfümüz ilə götürdük, anasız tərbiyələndirdik və padşahlıq məqamına çatdırdıq. Eyni halda o nemətə küfr etdi, xüdbinlik və təkəbbür edərək Bizimlə (bizə qarşı) müxalifət bayrağını qaldırdı. Sonda bizim ən çətin əzabımız onu tutdu. Dünyada olanlar bilsin ki, biz kafirlərə möhlət veririk amma onları boş buraxmırıq"".Necə ki, Qurani-Kərim buyurur:
وَلا یَحسَبنَّ الّذینَ کَفَرُوا إِنَّما نُمْلِي لَهُمْ لِيزْدادُوا إِثْماً وَ لَهُمْ عَذابٌ مُهِينٌ
"Küfr edən kəslər onlara verdiyimiz möhlətin öz xeyirlərinə olmasını güman etməsinlər. Əslində Biz onlara möhlət veririk ki, onlar günahı artırsınlar.
 Onlar üçün alçaldıcı bir əzab vardır".


1. O şəhər Ərəbistan yaramadasında, Yəmən və Hicaz arasında yerləşirdi
2. Ali İmran surəsi 178-ci ayə

 

Tags: QURAN, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!