BÖHTAN

:

وَالَّذينَ يُؤْذُونَ الْمُؤمِنينَ والْمُؤْمِناتِ بِغَيْرِ مَااكْتَسَبُوا فَقَدِاحْتَمَلُوا بُهْتانآ وَ اِثْمآ مُب

“Mömin kişi və qadınları etmədiyi rəftarlarla günahlandıran və onlara əziyyət edən şəxslər “böhtan”ın ağır yükünü boyunlarına yükləyirlər.”
“Əhzab” surəsi, ayə 58

Çirkin və xoşagəlməz rəftarlardan biri olan, bəzən qeybətin bir növü sayılan “böhtan” insanları ictimai fəsadlarla qarşılaşdırır.

BÖHTANIN TƏRİFİ
“Böhtan” sözü lüğətdə “heyrətlənmək”, yaxud “heyrətləndirmək” mənasında işlənir. Lakin xalq arasında bu söz kiminsə haqqında başqalarını heyrətə gətirə biləcək yalan danışmaq anlamına gəlir.
Bəzən, böhtan sözü “töhmət” və “iftira” ilə sinonimlik kəsb edir. Halbuki bu üç söz lüğətdə bir-birindən fərqli termindir. Böhtan – yalan toxumaq və iftira, töhmət isə bədgümanlığı büruzə vermək deməkdir.

ƏXLAQ ELMİNDƏ BÖHTANIN MAHİYYƏTİ
Bir çox rəvayətlərdə böhtanın çirkin bir rəftar olduğu aşkar şəkildə vurğulanır:

مَاالْغِيبَةُ؟ قالَ: ذِكْرُكَ اَخاكَ بِما يَكْرَهُ قُلْتُ: يا رَسُولَ اللّهِ! فَاِنْ كانَ فيهِ الَّذى يُذْكَرُ بِهِ؟ قالَ: اعْلَمْ، اَنَّكَ اِذا ذَكَرْتَهُ بِما هُوَ فيهِ فَقَدِاغْتَبْتَهُ وَ اِذا ذَكَرْتَهُ بِما لَيْسَ فيهِ فَقَدْ بَهَتَّهُ

“Əbuzər Qifari deyir: Rəsulullahdan qeybətin mahiyyəti haqqında soruşdum. Buyurdu: “Din qardaşının arxasınca narazılığına səbəb ola biləcək nöqsanını başqalarına çatdırmaqdır.” Yenə soruşdum: Ey Rəsulullah! Əgər onun özündə olan nöqsan deyilərsə, onda necə? Buyurdu: “Onda olan eybi özünün olmadığı yerdə başqalarına çatdırmaq qeybət, sahib olmadığı nöqsanı haqda danışmaq isə böhtandır.”1
İmam Sadiq (ə) bu barədə buyurur:

اِنَّ مِنَ الْغِيبَةِ اَنْ تَقُولَ فى اَخيكَ ما سَتَرَهُ اللّهُ عَلَيْهِ وَ اِنَّ مِنَالْبُهْتانِ اَنْ تَقُولَ فى اَخيكَ ما لَيْسَ فيهِ

“Mömin qardaşının haqqında Allahın gizlin saxladığı sirri demək qeybət, onda olmayan nöqsanı ona nisbət vermək isə böhtan adlanır.”2
İmam Kazim (ə) buyurur:

وَ مَنْ ذَكَرَهُ مِنْ خَلْفِهِ بِما هُوَ فيهِ مِمّا لا يَعْرِفُهُ النّاسُ اغْتابَهُ وَ مَنْ ذَكَرَهُ بِما لَيْسَ فيهِ فَقَدْ بَهَتَهُ

“İnsan imanlı qardaşının arxasınca danışarsa qeybət, bir şəxsdə olmayan nöqsanı həmin adama nisbət verib hamıya bu barədə məlumat verərsə, böhtan etmişdir.”3
Qurani-Kərimdə mövzu ilə əlaqədar buyurulur:

وَ مَنْ يَكْسِبْ خَطيئَةً اَوْ اِثْمآ ثُمَّ يَرْمِ بِهِ بَريئآ فَقَدِ احْتَمَلَ بُهْتانآ و اِثْمآ مُبينآ

“Günah, yaxud səhvə düçar olan, bundan sonra isə kimisə günahlandıraraq onu ittihamlandıran şəxs “böhtan” və digər günahların yükünü boynuna götürmüşdür.”4

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Vəsailüş-şiə” Hürr Amuli,, 12-ci cild, səh. 280, 16308-ci hədis.
2. Yenə orada, səh. 282, 16313-cü hədis.
3. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 358, 6-cı hədis.
4. “Nisa” surəsi, 112-ci ayə.

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!