SUİ-ZƏNN VƏ BƏDBİNLİK 1

:

BƏDBINLİKDƏN UZAQ OLAN SAĞLAM CƏMİYYƏT
Cəmiyyətdə əmin-amanlıq və təhlükəsizlik hökm sürməyincə sağlam mühitdən söz gedə bilməz. Bunun sayəsində azad quruluş və azadlığın sayəsində də hər hansı fikri, cismi, maddi və mənəvi dəyər və məhsul layiqincə qiymətləndirilə bilər.

Demək, onları qorumaq üçün həmişə təhlükəsizlik və əmin-amanlıq tədbirləri əhəmiyyət daşıyır. Məlumdur ki, yalnız insanların canı və malının təhlükəsizliyi və əmin-amanlığı kifayət deyil və ən mühüm məsələ onların abır-həyasının, ictimai şəxsiyyətinin qorunub-saxlanılmasıdır. Amma hər üç əmin-amanlığı təmin edən və böyük əhəmiyyət daşıyan başqa bir əmin-amanlığa da ehtiyac var ki, o da təəssüflər olsun, maddi təfəkkür tərzinin çarə qıla bilmədiyi “fikri əmin-amanlıq”dır.
Fikri əmin-amanlıq iki qismə bölünür:
1. Fərdi-mənəvi asayiş: Batini asayiş belədir ki, insan daim ruhi-psixi gərginliklər keçirməsin, əyri fikirlərin təsiri altına düşməsin və ömrü iztirab, həyəcan və narahatlıq içində sovuşmasın.
2. İctimai asayiş: İnsanların bir-birlərinə qarşı pis fikirdə olmamaları, düşünməyən mühakimələrə yol verməmələri, qarşılıqlı ehtiram hisslərinin qorunması ictimai asayişin əsas şərtlərindəndir. Əlbəttə, onların hər biri izah tələb etdiyindən, burada biz yalnız ikinci qisim haqda danışacağıq.
Məlum olduğu üzrə, hal-hazırda dünyada qanun çərçivəsində (nöqsanlara göz yummaq şərtilə) cəmiyyətin canı, malı və müəyyən qədər də ictimai asayişinin təhlükəsizliyi mümkün məsələdir. Lakin hər iki halda fikri əmin-amanlığın təmini, xüsusilə, insanlarda əsassız mühakimələrin qarşısının alınması yalnız ilahi məktəblərə, səmavi dinlərə və əxlaqi üsullara xas olan həqiqətdir. Yalnız maddi ölçülərə əsaslanan mövcud qanunlar, onun icraçıları nə insan adlı sirli mövcudun dərinliklərinə yol tapa bilir, nə də onun həqiqi duyğularını qiymətləndirə bilir. Məhz dini əqidə və əxlaqi üsullar çərçivəsində insan əsl yerini alır, əmniyyət və təhlükəsizliyi təmin edilir. İslam bu məsələyə xüsusi əhəmiyyət verərək dəyərli göstərişləri ilə diqqəti özünə cəlb edir. Məsələn, möminlərin fikri üfüqlərini işıqlandıran bu ayənin obyektivliyinə diqqət yetirək:   يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ    “Ey iman gətirənlər, əksər zənlərdən (gümanlardan) çəkinin ki, zənnin bəzisi günahdır!”(Hücurat, ayə: 12).
Ayədə qeyd olunan “kəsirən minəz-zənni” (əksər gümanlar) ifadəsinə əsasən, demək olar, insanların bir-birinə qarşı gümanlarının çoxunu, yaxud əsas qismini “bədbinlik” və ya səhv təsəvvürlər təşkil edir. Bunu nəzərə alaraq Qurani-Kərim insanları bir-birinə düşüncəvi bədbin edən, fikri əmin-amanlıqlarını pozan və kütləni sarsıda bilən bu təhlükəni aktual bir məsələ kimi açıqlayır. “Bə`zəz-zənni ismun” (zənnin bəzisi günahdır) ibarəsi haqda da bunu demək olar ki, insanların gümanlarında həqiqət olsa da, şübhəsiz, bir qismi günah və həqiqətə ziddir. Burada düşünən beyinlər gümanın bütün növlərindən çəkinməyi məsləhət görür. Hədislərdə də möminləri sui-zəndən (bədgümandan) çəkindirən çoxlu tövsiyələr vardır. Peyğəmbəri-Əkrəm (s) buyurur:  اِنَّ اللهَ حَرَّمَ مِنَ الْمُسْلِمِ دَمَهُ وَ مالَهُ وَعِرْضَهُ وَاَنْ يُظَنَّ بِهِ ظَنَّ السُّوءِ  “Allah-taala müsəlmanın qanı, malı, abır-heysiyyətini və ona qarşı bədgümanlığı haram etmişdir.”(Məhəccətül-beyza, 5-ci cild, səh. 268)
Bu hədis də əmin-amanlığın dörd qisminin (mal, can, abır-heysiyyət və fikir) birgə gəlməsi və birgə də haram edilməsi diqqəti xüsusi cəlb edir.

Ardını buradan oxuyun

 

Tags: HƏDİS, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!