TÖHMƏT

:

“Duzun suda əridiyi kimi, mömin qardaşına töhmət vuran şəxsin qəlbində də imanı məhv olar.”
İmam Sadiq (ə).

MÜQƏDDİMƏ
“Töhmət” qədim zamanlardan insanların böyük bəlalarından biri olmuşdur. “Qeybət” və “yalan” kimi töhmət də dilə aid xəstəliklərdən hesab olunur. Töhmət cəmiyyətdə bir çox bəlaların baş verməsində böyük rol oynayır. Bu səbəbdən də, bu xəstəliyə dair məlumatı olmaq, onu aradan qaldırmaq hər kəsə vacibdir.

TÖHMƏTİN TƏRİFİ
Ərəb dilində “vəhm” sözündən alınmış “töhmət” sözü insanın qəlbində yer almış bədgümanlığı bildirir. İnsanların cəmiyyətdəki rəftarları iki şəkildə təşəkkül tapır: “yaxşı rəftar” və “pis rəftar”, yaxud “mənfi və müsbət rəftar”.
İnsanlar töhmət mövzusunda başqasının rəftarını, söhbət, yaxud düçar olduğu vəziyyətini analiz edərək “pis və mənfi” nəticələr əldə edirlər. Bu nəticəyə səbəb isə, yenə də həmin rəftarlardır. Bəzən, rəftarın özü xoşagəlməz və ya nalayiq təlqin olunur, bəzən də, baş vermiş rəftardan daxili çirkinliklər üzə çıxır. Eyni zamanda, bu rəftar özlüyündə pis olmaya da bilər. Beləliklə də, baş vermiş rəftar daxili xüsusiyyətin göstəricisi hesab olunur. Yəni bəzən “töhmət” bir əməlin, yaxud hansısa rəftarın pis mahiyyətini üzə çıxarır, yaxud da bir rəftar digər xoşagəlməz xarakterin göstəricisini bəyan etmək məqsədilə həyata keçir.

BƏDGÜMANLIQLA TÖHMƏTİN FƏRQİ
Bir şəxs başqası haqda pis fikirləşərsə, lakin bədgümanlığı qəlbində saxlayıb kimsəyə söyləməzsə, bədgümana düçar olmuşdur. Əgər bu bədgümanlığını dilə gətirib bəyan etmiş olursa, bu töhmət hesab olunur. Belə ki, bədgümanla töhmət arasında yeganə fərq, bədgümanlığı dilə gətirib-gətirməməkdən asılıdır.

TÖHMƏTLƏ BÖHTANIN FƏRQİ
“Böhtan” zamanı tərəf-müqabili ona qarşı nalayiq sözlərin deyildiyindən xəbərdar olur. Böhtanın atılmasına əsasən düşmənçilik, hiyləgərlik, paxıllıq, kin-küdurət və bu kimi mənfi hisslər dəxalət edir. “Töhmət” zamanı isə insan özü pis nəticələr əldə edərkən qarşı tərəfi ittihamlandırır. Məsələn, bir şəxsi silahla öldürülmüş bir insanın kənarında görərkən həmin şəxsin qatil olduğunu bilə-bilə onu qatil adlandırmaq “böhtan”dır. Lakin qatil olduğunu bilməyərəkdən ona qatil adı verilərsə, bu “töhmət” hesab olunar.
“Töhmət” “bədgümanlıq”dan qaynaqlanır. Kiminsə rəftarına bədgüman olmaq həmin şəxsin olmadığı yerdə ona töhmət vurmaqla nəticələnir. Beləliklə də, bədgümanlığın nəticəsi “töhmət” ola bilər. Əgər insanın qəlbində başqası haqqında fikirləşdiyi pis düşüncələr müxtəlif səbəbdən dilə gətirilib başqalarına sözlə çatdırılarsa, bu faktiki olaraq “töhmət” sayılacaqdır.

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova

 

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!